"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 29-09-2016, 11:44
Sentyabrın 27-də paytaxtdakı "Holiday İnn" hotelində Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Multikultural cəmiyyət və turizm” mövzusunda dəyirmi masa keçirildi. Tədbir 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması və Azərbaycanın DTT-yə üzv qəbul edilməsinin 15 illik yubileyinə həsr olunmuşdu. Tədbirdə Dünya Turizm Təşkilatının proqramlar və koordinasiya üzrə icraçı direktoru Zoltan Somogyi, Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı və digər qonaqlar iştirak edirdi.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dəyirmi masanı açaraq belə bir tədbirin Dünya Turizm Günü və Azərbaycanda turizm işçilərinin peşə bayramı günündə təşkil olunmasının əhəmiyyətini diqqətə çatdırdı.
Nazir ölkəmizdə turizm sahəsinin inkişafından danışaraq bildirdi ki, bu sahə hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatələnib: "Bu yaxınlarda ölkə başçısının imzaladığı müvafiq sərəncamlar bir daha təsdiq edir ki, turizm sənayesinin inkişafı dövlətin prioritet istiqamətlərindəndir. Ölkəmizdə multikulturalizm və mədəniyyətlərarası dialoqun inkişafına da xüsusi önəm verilir. Azərbaycan bu baxımdan dünyada yüksək mövqeyə malikdir. Dövlət başçısı İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunması Azərbaycanda tarixi tolerantlıq ənənələrinin davam etdiyini göstərir”.
Vurğulandı ki, bu gün Azərbaycan dünyada multikultural ənənələri özündə birləşdirən və yaşadan ölkə kimi tanınır. Bunun nəticəsi olaraq dövlət başçısının təşəbbüsü və himayəsi ilə Bakıda iki ildən bir mədəniyyətlərarası dialoq forumu keçirilir. Nazir bu ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yüksək səviyyədə keçdiyini də diqqətə çatdırdı.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla qonaqları salamlayaraq multikulturalizm ənənələrindən söz açdı: “Azərbaycan multikulturalizmindən danışarkən ulu öndər Heydər Əliyevin “Multikulturalizm Azərbaycan xalqının canına, qanına xas olan bir dəyərdir” sözlərindən çıxış edirik. Dövlət başçısı İlham Əliyevin xalqın milli dəyərlərinə sadiq qalaraq 2016-cı ili “Multikultralizm ili” elan etməsi dövlətimizin hər bir vətəndaşının dünya dəyərlərinə hörmət etməsinin göstəricisidir. Azərbaycan multikultralizmi Portuqaliyadan İndoneziyayadək olan ölkələrin universitetlərində tədris edilir. Bu da xalqımızın mədəniyyətinin, ictimai-siyasi həyatının, ədəbiyyatının, dilinin və dinin öyrənilməsi deməkdir. Bu gün Avropanın bir sıra ölkələri multikulturalizmdən imtina edib. Bu, multikultralizmə olan bədbin münasibətin nəticəsidir. Azərbaycanın dövlət başçısının multikulturalizmi dövlət siyasəti elan etməsi multikultral həyatın nikbin ruhunu müəyyənləşdirir. Multikultral cəmiyyətdə turizmin inkişafı və bu yöndə atılan addımlar da təqdirəlayiqdir, alqışlanası addımlardır”.
Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının proqramlar və koordinasiya üzrə icraçı direktoru Zoltan Somogyi tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi. Azərbaycana beşinci dəfədir gəldiyini deyən qonaq qeyd etdi ki, son zamanlar ölkənin turizm sahəsində əldə etdiyi uğurlar danılmazdır. Prezident İlham Əliyevin bu sahənin inkişafına dəstək məqsədilə imzaladığı sərəncamlarının əhəmiyyətini yüksək qiymətləndirən Z.Somogyi 27 sentyabrın Azərbaycanda “Turizm işçiləri günü” kimi qeyd olunmasının təqdirəlayiq olduğunu bildirdi.
DTT təmsilçisinin sözlərinə görə, bu ilin ilk yarısında dünya turizmində 5 faiz artım müşahidə olunub. Turizm sənayesinin inkişafı üçün təhlükəsizlik mexanizmləri xüsusilə vacibdir. 2015-ci ildə dünya üzrə 1,1 milyard insan turist səfərinə çıxıb. Turizmin inkişafı üçün dünyada sülhün bərqərar olması vacib amildir.
Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı iki ölkə arasında əməkdaşlığa toxunaraq vurğuladı ki, bu gün Azərbaycanda hər sahədə inkişaf var, bu, turizm sahəsində də özünü göstərir. Türkiyənin və Azərbaycanın zəngin mədəniyyətə sahib olduğunu bildirən qonaq, dünyada mədəniyyətlərarası dialoqun əhəmiyyətindən və Azərbaycanda multikultral dəyərlərdən danışdı. Türkiyəli nazir iki ölkə arasında əlaqələrin güclənməsi istiqamətində bütün sahələrdə, o cümlədən mədəniyyət və turizm sahəsində daha da güclü əməkdaşlığa hər zaman hazır olduqlarını diqqətə çatdırdı.
Tədbirdə bu ilin aprelində Bakıda keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu əks etdirən videoçarx nümayiş olundu.
Sonra dəyirmi masa panel iclasları ilə işini davam etdirdi.
* * *
“Multikulturalizmin turizmdə rolu” adlı panel iclasda çıxış edən ABŞ-ın Visconsin-Stout Universitetinin fəxri professoru Cəfər Cəfəri multikulturalizm və turizmin qarşılıqlı inkişaf etməsinin vacibliyini diqqətə çatdırdı: "Bu gün dünyada qarşılıqlı mədəni əlaqələrin inkişafı üçün qarşılıqlı anlaşma olduqca vacibdir. Çünki qarşılıqlı anlaşmanın, mədəniyyətlərarası dialoqun mövcud olmadığı yerdə heç zaman turizm inkişaf edə bilməz. Multikultural cəmiyyət sülhün və sabitliyin başlıca qarantıdır. Sülh və sabitlik olduğu yerdə inkişafa zəmin yaradır. Bu sahədə Azərbaycan hökumətinin atdığı addımlar olduqca təqdirəlayiqdir".
Dünya Turizm Gününü 200 milyondan artıq insanın peşə bayramı kimi qeyd etdiyini deyən C.Cəfəri Azərbaycanın da dünya turizm sənayesinə sürətlə inteqrasiya etdiyini vurğuladı.
Böyük Britaniyanın Koventri Universitetinin professoru, İctimai Birlik İnstitutunun icraçı direktoru Mayk Hardi multikulturalizm və turizmin inkişafında müasir mədəni proseslərin, mədəni əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd etdi. Bildirdi ki müasir dövrdə cəmiyyətin həyatı daha çox sosiallaşmağa doğru sürətlə inkişaf edir, bunun nəticəsində "qlobal vətəndaşlıq" termini meydana gəlib.
Daha sonra çıxış edən Dünya Turist Bələdçiləri Assosiasiyasının prezidenti Felicitas Vressniq və "Qlobal Compas"ın təsisçisi və icraçı direktoru Jan-Kristof Bas multikultralizmin inkişaf etdirilməsinin dövlətlər və xalqlar arasında münasibətlərin daha da gücləndirilməsi istiqamətində böyük fayda verdiyini diqqətə çatdırdılar. Bu sahədə də Azərbaycanın tarixən formalaşmış böyük ənənələrə sahib olduğu vurğulandı.
Dəyirmi masa “Mədəniyyətlər arasında tolerantlıq və anlaşmanın inkişafında turizmin rolu” mövzusunda ikinci panel iclası ilə işini başa vurdu.

Dünya Turizm Günündə dəyirmi masa keçirildi
Dünya Turizm Günündə dəyirmi masa keçirildi


Medeniyyet.az


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!