TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 16-08-2014, 14:55

 

 "Kaspi"qəzetinin əməkdaşı, vətənpərvər jurnalist Rufik İsmayılov "Borçalı" İctimai Cəmiyyətinin sədrindən müsahibə alıb. Müshibənin "Bütöv Azərbaycan"çılar üçün maraqlı olacağını nəzərə alaraq təqdim edirik:

Zəlimxan Məmmədli: “Azərbaycan, Gürcüstan və Türkiyə dostluğunun möhkəmlənməsi Cənubi Qafqazın daha güvənli gələcəyə gedişinin əsasıdır” 
Hər il iyul ayının 26-sı Borçalı Türklərinin Elat Mədəniyyəti Günü kimi qeyd edilir. Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylağında Cəmiyyət tərəfindən böyük bayram tədbiri təşkil olunur. Çoxsaylı insanların, o cümlədən media mənsublarının da qatıldığı bayram tədbiri, Elatın ictimai-siyasi və mədəni əhəmiyyəti, cəmiyyətə verdiyi mesaj, Gürcüstan azərbaycanlılarının problemlərinin həllinə təsiri və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli cavablandırır.
- Zəlimxan bəy, 26 iyul tarixinin Borçalı Türklərinin Elat Mədəniyyəti Günü kimi qeyd edilməsi nədən və haradan qaynaqlanır?
- 2009-cu ildə cəmiyyətin sədri kimi fəaliyyətə başlayanda ilkin əsas hədəf ideoloji prinsipləri müəyyənləşdirmək, toplumu bir araya yığma və bir arada tutma yolunu aramaq idi. Uzun müzakirələr və axtarışlardan sonra Borçalı Türklərinin həyat tərzində, poetik dünyasında, folklorunda, məişətində, Elat ənənələrinin mühüm, bəlkədə üstün yer tutduğunu müəyyənləşdirdik. Elat ənənələri, Elat ruhu hər bir ailədə hiss olunmaqdadır. ELAT Elat köç ənənələri, ona hazırlıqlar, borcların ödənilməsi, küsülülərin barışması, yol tədarüklərinin hazırlanması, harayçıların halayı, aran qabağı evlərin, həyətlərin ideal təmizlənməsi kimi müqəddəs, toplumsal inanc sisteminin hopduğu ruhani mədəni-məişət birgəyaşayış və kollektiv əmək vərdişləri ilə zəngindir. Elat ənənələrində xap (ağartının həftəlik, aylıq və ya günlük bir ailəyə verilməsi, bunun bərabər şəkildə dövriyyəsi), alışma (kəsilən ətin tərəzi olmadan bərabər bölünməsi) kimi insanlar, ailə və nəsillər arasında etimad yaratma, inam, etibar sistemi qurulubdur. Təbii ki içərisində olduğum Elat ənənələrinin dirçəldilməsinin toplumun gerçək mahiyyətinin üzə çıxmasında mühüm rolu artıq yüz minlərin, milyonların gözü qarşısında baş verməkdədir. 26 iyul tarixinin seçilməsi isə apardığımız tətqiqat nəticəsində həmin tarixdə statistik olaraq havaların nisbətən yağmursuz keçməsi ilə bağlıdır. Tarixin dəyişməməsində əsas hədəflərdən biri isə həmin tarixin simvollaşması, bayramlaşması, Gürcüstan həyatında toplumun toparlanma günü kimi təqvimə düşməsi ilə bağlıdır.
- “Borçalı” Cəmiyyəti tərəfindən artıq bir neçə ildir ki, davamlı şəkildə Elat Mədəniyyəti Günü qeyd olunur. Ənənəyə uyğun olaraq, bir neçə gün bundan öncə də bu günlə bağlı böyük bir bayram şənliyi keçirildi. Bilmək istərdik, bu tədbiriniz necə keçdi, insanların Elata münasibəti necə oldu?
- Bu il sayca VI “Borçalı Türklərinin Elat Mədəniyyəti Günü” bayram tədbirini keçirdik. Bu ideyanın yarandığı gündən çox böyük qüvvələr bu ideyanı gözdən salmağa çalışmaqdadırlar. Hər iki dövlətin siyasi sistemində açıq və dolayı formada mane olmaq cəhdləri də olub. Hətta 2010-cu ulə II Elat Bayramının həmin il qeyri-mümkünlüyü haqda Gürcüstanın o vaxtkı hakimiyyətinin rəsmi məktubunu da almışdıq. Ancaq həmin məktubda bir neçə ciddi xətalara yol verilmişdi və Borçalı Cəmiyyətini siyasətləşdirmə cəhdi açıq sezilirdi. Təbii ki, kifayət qədər siyasi təcrübənin olması və idarə heyətinin çox dəyərli üzvlərinin iradəsi ilə biz, həmin qərarı geri oxutmağı bacardıq. Gürcüstan siyasi hakimiyyətinin o vaxtki quberniya rəhbərliyi yanlışlığa yol verdiklərini sonralar etiraf etməli oldu. 2011-ci ildə bir nəfər idmançımızın suda batması, bəzi üzdəniraq “ziyalıların” qapı-qapı düşüb insanları bu möhtəşəm birlik modelindən sapındırma cəhdi də baş tutmadı. Bu il jurnalist dostlarımızın hesablamalarına görə 30 min nəfərdən çox insan iştirak etdi Elat bayramında. Gürcüstanda soydaşlarımızın məskunlaşdığı 200-ə qədər kəndin əksəriyyəti ziyalıları ilə təmsil olundu bu tədbirdə. Elat bayramında İnsanlardakı sevgini yalnız azadlıq meydanındakı millətimizin sayğı və sevgi dolu birliyi ilə müqayisə etmək olar. Elat bayramı artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Toplumsal, sağlam, barış və sülh gücü meydanlardadır. Gürcüstan sürətlə bu layihəyə inanmağa meyillənir. Hesab edirəm ki, Elat üç dövlət arasında dostluq, qardaşlıq əlaqələrini gücləndirməklə, düşmənlərə dirəniş üçün ictimai güc vasitəsinə çevrilməkdədir.
- Elat bayramına gürcü rəsmiləri, həmçinin xarici ölkələrdən də qonaqlar qatılmışdılarmı?
- Elat tədbirində Türkiyə, Güney Azərbaycan, Şimalı Azərbaycan, MDB, Avropa ölkələrindən də çoxsaylı insanlar iştirak edirdi. Qonaqlar arasında Qars bələdiyyə başqanı Murtaza Karaçanta, Bursa Bələdiyyə rəsmisi Sadəttin Turan, Qars Sərhəd Bolu Dərnəyi başqanı Məhərrəm Yıldız, Uluslararası İpəkyolu Strateji Araşdırmalar vəqfinin qurucusu, telejurnalist Seyfullah Türksoy, Bursada ünlü iş adamı Zəkəriyyə Kutlucanı, Karapapaklar dərnəyinin başqan və üzvlərini, media mənsublarını, Güney Azərbycandan aşıqlar qrupunu xüsusi qeyd etmək istəyirəm. Bununla yanaşı, bayram tədbirində gürcü ziyalıları, ictimaiyyət nümayəndələri, Gürcüstan parlamentinin üzvləri iştirak etdilər. Amma təbii ki, biz bununla qane ola bilmərik. Düşünürəm ki, bu tədbirdə açılış nitqini Gürcüstan höküməti rəsmilərindən biri, məsələn quberniya rəsmisi və ya bu statusda kimsə etməli idi. Görünür, etimadsızlıq mühiti hələ öz işini görməkdədir. Ona görə də bu layihəyə ögey yanaşan hər kəsə səslənirəm: -Xalqla, ellə, elatla, mədəniyyətlə, ruhla bu cür davranış yaxşı nəsə demir və günahdır.
- Gürcüstan hökumətinin bu tədbirə münasibəti necədir?
- Ünsiyyətdə olduğum Gürcüsran rəsmiləri bu tədbirə xoşgörülü davranış sərgiləyirlər. Bəzi xırda anlaşılmazlıqları da anlaşaraq yoluna qoya bilirik. Gürcüstan siyasi sistemi və aydınları bizim dəstək verdiyimiz və israrla apardığımız siyasətə rəğbətlərini ifadə etməkdədirlər.
- Belə bir vacib tədbirin keçirilməsində təşkilatçılıq baxımından dəstəkçiləriniz kimlərdir? Rəsmi qurumlardan da sizə dəstək varmı?
Azərbaycan və Gürcüstan tərəfindən kimsənin bizə mane olmamasını dəstək kimi qəbul edirik. Amma hər iki dövlətin əlaqədar qurumları bu layihədə yaxından iştirak etməlidirlər. Hər il hər iki dövlətin rəsmi qurumlarına dəvət göndəririk. Hətta bu layihənin maliyyə xərcləri rəsmi səviyyədə həllini tapmalıdır. Mən naqisliklərə qarşı müxalifəm, hər zaman da olacam. Mənim üçün milli və dövlət maraqları hər şeydən ucadır. Bunu dövlət rəsmiləri belə də qəbul etməli, sağlam iradə nümayiş etdirməlidirlər. Cəsarətlə deyə bilərəm ki, bəzi əlaqədar dövlət qurumlarının rəhbərlərində MİLLİ maraq anlayışı yoxdur. Bir məsələni də qətiyyətlə bəyan edirəm. “Borçalı” Cəmiyyətinə heç zaman çirkin əl, pul və niyyətə yer olmayacaq. Millətimizin, Borçalının dəyərli iş adamları, nəhayət İŞ ADAMI olduqlarını sübut etməli, önə keçib iş görməlidirlər. Çox nikbinəm, hesab edirəm ki, bu baş verəcəkdir. Yeri gəlmişkən, bu ilki tədbirimizin ağırlıq yükü də bir neçə yaxın könül dostlarımız üzərinə düşdü. Türkiyədən təmsilçimiz Məhərrəm bəyin, Seyfullah bəyin, Dostum Hüseyn bəyin, Osman bəyin, İsrafil bəyin, EL məclislərimizin adını çəkə bilərəm ki, el yolunda fədakarlıq nümunələrinə çevriliblər.
- Zəlimxan bəy, siyasi baxımdan Elatın əhəmiyyəti nədən ibarətdir? Bununla təmsil olunduğumuz cəmiyyətlərə hansı mesajlar verilir?
- Qafqazda bir cərəyan mənfiyüklüdür. Beləki, insanları ictimai, siyasi proseslərdən təcrid etməni yanlış olaraq məqbul hesab edirlər. Düşünürük ki, problemlərin həllində, mədəniyyətlərin yaxınlaşmasında dövlətlərin dostlaşmasında xalq, mədəniyyət, insanların ruhu birbaşa iştirak etmirsə, bu siyasət qusurludur və əldə edilən nəticə dayanıqlı ola bilməz. Artıq Elat mədəniyyəti tədbirinin siyasi proseslərə, pozitiv cərəyanlara ictimai dəstəyi göz önündədir. 2009-cu ildən siyasi, mənəvi məsuliyyət gününü öz üzərimizdə göstərən üç dövlətin bayrağını və güc birlikdədir şüarını başımızın üstündən asmışıq. Biz hesab edirik ki, Azərbaycan, Gürcüstan və Türkiyə dostluğunun möhkəmlənməsi Cənubi Qafqazın daha güvənli gələcəyə gedişinin əsasıdır. Bir zamanlar buna görə bizi qınayanlar bu gün nə xoş ki, bizi alqışlamaqdadırlar. Birbaşa siyasətlə məşğul olmasaq da bu və digər formada siyasətin milli və dövlət maraqlarımızın təmininə yönəldilməsində ciddi təsir mexanizminə çevrilməkdəyik. Elat tədbiri həm də el qarşısında hesabatımız və yeni hədəflərin müəyyən olunduğu məkandır. Bu müddətdə yüzlərlə ailələr “Borçalı” Cəmiyyəti vasitəsilə bir-birinə qovuşublar. Türkiyəyə bir zamanlar köç etmiş soydaşlarımız öz əqrabalarına qovuşmaqdadırlar. Türkiyə siyasi dairələri əməkdaşlığa əl qoyurlar. Bir sıra razılaşdığımız məsələlər hökmən soydaşlarımıza və Gürcüstana faydalar verəcəkdir. Bu il Türk dünyası və Gürcüstan bir yerdə idi. Lakin hələlik, Azərbaycan və Gürcüstan arasında müəyyən fərqliliklər hər iki dövlət rəsmilərinin bu möhtəşəm layihəyə seyrçi qalmalarının əsas səbəblərindən biridir. 
Düşünürük ki, regionda sülh və barış layihəsi olan və artıq milyonlara nüfuz etmiş bu layihəyə kənardan baxılmayacaq. Ən yaxın zamanlarda 3 dövlətin - Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin illik zirvə toplantılarının məhz Elat törənində gerçəkləşəcəyinə inanırıq. Dövlət başçılarına zaman-zaman müraciətlərimizdə də bunu vurğulayırıq. Regionda etnik separatçılığı durdurmanın ən klassik, ortaq modeli Elat bayramıdır.
- Sizcə, bu kimi tədbirlərlə azərbaycanlıların problemlərinin həlli baxımından Gürcüstanda nəyəsə nail olmaq mümkündürmü?
- Gürcüstanda məskunlaşmış soydaşlarımızın siyasi mahiyyət daşıyan problemlərindən danışmaq daha doğru olar. Sosial mənşəli problemlər əsasən ümumi xarakterlidir və zaman, həmçinin aparılan islahatların ardıcıllığı bu problemlərin həllinin açarıdır. Bu tip problemləri siyasiləşdirənlər ən yüngül formada məsuliyyətlərini dərk etməyənlər və ya səviyyəsində natamamlıq olanlardır. Siyasi mahiyyətli - tarixi yaddaşın məhvinə və etnik qarşıdurmaya hesablanmış tarixi türk toponimlərinin gürcüləşdirilməsi yolverilməzdir. Hesab edirik ki, Bolnisi rayonunda 1991-92-ci illərdə saxtakarlıqla dəyişdirilmiş toponimlər bərpa olunmalıdır. Bu alternativsiz yoldur. Bunu ağıllı Gürcüstan ziyalıları, siyasətçiləri dərk etməli və nə qədər gec deyil bu addımı cəsarətlə atmalıdırlar. Burada toplumsal dirəniş çox önəmli görünür. Eyni zamanda Elat bayramı toplumsal sağlam güc mənbəyi olmaqla bizi separatçılıqda suçlamaq istəyənlərə ən tutarlı cavabdır. Türk heç zaman heç kimə yedək olmadığı kimi, Borçalı türkləri də hər zamankı kimi sağlam dövlətçilik və vətəndaş mövqeyində duracaqdır. Toplumun gücü həm də ona güvənc hissinin artmasına rəvac verəcəkdir. Elat artıq bir prosesdir. Bu dalğa sübut edəcək ki, üçüncü tərəf olmadan Gürcü və Azərbaycan türkü bir ailə kimi yaşamaq, yaratmaq gücündədir.
- Verdiyiniz bəyanatlardan, facebook statuslarınızdan belə müəyyən olur ki, həyata keçirdiyiniz bu tədbirə, gördüyünüz işlərə qara yaxmağa cəhd göstərənlər də var. Onlara sözünüz nədir?
- “Borçalı” Cəmiyyətinin tutduğu prinsipial mövqeyi bölüşməyən qüvvələr mövcuddur. Kremlin iradəsinə zidd olaraq, biz Gürcüstan Azərbaycan strateji, siyasi, hərbi tərəfdaşlığını, dostluq xəttini yürüdürük. İranın bölücü düşüncəsinə qarşı ictimai müqaviməti təşkil edirik. Eyni zamanda Azərbaycanda gözü ayağının altını görməyən, harın və təfəkkürcə birlik və bərabərlik düşüncəsindən çox uzaq olan bəzi məmurlarla da üz-üzəyik. Bundan başqa, “Borçalı” Cəmiyyəti bir qrup insanın gürcüləri söyərək çörək qazanmasına bais olub. İndi təsəvvür edin vəziyyətimizin çətinliyini. Bu qüvvələrin hədəfi sağlam milli düşüncə xəttidir - Borçalı hərəkatıdır. Ancaq arxayınıq ki, niyyətimiz də, əməlimiz də, cibimiz də, yolumuz da çox safdır. Himayədarımızın Böyük Yaradan olduğuna əminliyimiz, qələbəmizə şübhə yeri qoymur.
- “Borçalı” Cəmiyyətinin sədri olaraq, gələcək planlarınız nədən ibarətdir?
- Bu ildən gələcəyə yeni hədəflərmizi bəyan eləmişik. Növbəti ildən Elat qurultayı Gürcüstanın ərazi bütövlüyünün təmini üçün Abxaziya və Cənubi Osetiya ilə Gürcüstan siyasi hakimiyyəti arasında vasitəçilik missiyasını öz üzrərinə götürmək niyyətlindədir. Bölücü hörgütlənmənin durdurulmasının ən ideal yolu xalqların və mədəniyyətilərin birlik modeli olan elat ruhunu önə verməkdir. Azərbaycan tərəfdən “Borçalı” Cəmiyyətini Gürcüstan türklərinin icma təmsilçisi kimi tanıtmaq iddiamız var. Hesab edirik ki, haqlıyıq və milli maraqlarımız bu modellə daha dolğun təmin oluna bilər. Eyni zamanda Gürcüstan tərəfdən bizi Gürcüstanın Azərbaycanda diaspor quruluşu kimi qəbul etməklərini istəmişik. Diaspor etnik sərhədləri aşmalıdır. Diasporda gürcü milli kimiliyi ilə Gürcüstanı sevən türk kimiliyi arasında fərq qoyulmamalı və biz diaspor siyasətini daha dolğun yerinə yetirə bilərik, düşüncəsindəyik. Artık rəsmi müraciətlərimiz Prezidentlərə ünvanlanıbdır. Gələn il isə sayca 7-ci Elat bayramıdır. Ölkə başçılarının müdrik qərarlar verəcəklərini gözləməkdəyik. Gələn il mərkəzdə möhtəşəm Gürcüstan çadırı quracağıq. Gürcüstanın ətrafında Türk dövlətlərinin çadırları qurulacaq. Türk dünyasını doğma vətənimiz olan Gürcüstanın başına yığmaq, önun duz çörəyinə qonaq etmək istəyirik. Çox istərdik ki, 7-ci birlik qurultayının xeyir duasını Hacı Allah Şükür Paşazadə və Gürcüstanın katalikosu II İlya həzrətləri versin, üç dövlətin prezidentləri təbrik nitqləri söyləsinlər. Proseslərin inkişafı, hər üç dövləti təhdid həlqəsinin daralması vahid gücə çevrilməni diktə edir.

Rufik İSMAYILOV 
 
 


Paylaş



Bölmə: Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!