"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 11-11-2013, 13:19


 Sabir Rüstəmxanlı:Son illərdə belə sarsıntı keçirməmişdim...

Elə bil içimi sökürdülər, ürəyimi köksümdən qoparırdılar... Son illərdə belə sarsıntı keçirməmişdim.

Öncə elə bildim bu olay hansısa bir düşmən ölkəsində baş verir; Türkiyədən, türklərdən qisas almaq üçün edirlər bunu; Suriyada, İraqda, Yunanıstanda, Balkanların bir köşəsində unudulub qalmış türk nişanələrindən biriymiş, indi uçurub atmaqla tarix boyu yaşadıqları məğlubiyyətlərin, yenilgələrin intiqamını alırlar.
Sonra bu vəhşiliyin Diyarbəkirdə,Türkiyənin bir il-vilayət mərkəzində, türklüyün çox qədim ocaqlarından birində baş verdiyini duyanda qanım dondu, ayağım yerə yapışdı...
Bəli, Türkiyə cümhuriyyəti torpaqlarında “Nə mutlu türküm deyənə!” yazılmış onbeş-onaltı metrə uzunluğunda tarixi bir daş lövhə, abidə sındırıldı. Qaynaqçılar alov yaya-yaya dəmir bəndləri kəsir, qaldırıcı kran “mutlu”, “türkəm ”, “Atatürk” sözlərini vəhşi bir ehtirasla qırır, dağıdır, çöplük arabasına yığır, tamaşa edənlər bayram edirmişcəsinə əl çalırdılar.
Elə bil Türkiyədə türklüyü uçurur, Oğuz xanların, Metelərin, Çağrı bəylərin, Alparslanların, Osman Qazılərin, Fatehlərin, bu torpaqlarda şəhid olmuş atalarımızın ruhunu yıxıb-yaxır, onların anılarını, bizə miras buraxdıqları nə varsa hamısını birdən torpağa gömür, yox edirdilər...


Televizor da ayrıntıları ilə göstərirdi bu vandalizmi...

Şarsılmışdım... Nə baş verir Türkiyədə? Dövlət çevirilişimi, inqilabmı oldu, yadelli düşmənlərin əlinəmi keçdi ölkə? Türk sözünü dilə gətirmək yasaqlandımı? Türkiyədə türk olmaq utanc gətirdimi? Yüzillər boyu dünyaya yön vermiş şərəfli bir millət bu qədərmi yox sayılır?
Türkiyə qardaş dövlətdir. İçdəki siyasi mübarizələrə, siyasi partiyalar arasındakı hakimiyyət savaşlarına qarışmaq, kimisə suçlamaq, olaylara hakimlik etmək bizim işimiz deyil! Lakin mən bir türkəm və bu adın şərəfini qorumaq görəvi həm də mənə aiddir! Bir millət vəkili, siyasi partinin gənəl başqanı, Dünya Azərbaycanlıları Konqresinin eşbaşqanı olaraq dünyada hara getdimsə Azərbaycanın üzləşdiyi haqsızlıqlarla yanaşı, eyni zamanda Türkiyənin sorunlarından danışdım, Türkiyəni savundum, ”türklər soyqırımı yapmamışdır, əsil çoyqırım türkə yapılmışdır” söylədim. Türk düşmənləri o soyqırımı davam etdirirlər... Diyarbəkirdə baş verən də onun bir görüntüsüydü...
Mənim üçün Azərbaycan türkü ilə Anadolu türkü arasında fərq yoxdur. Araya sınır çəkməklə milli kimlik dəyişilməz! Türkiyənin uğurlarına sevindiyim kimi, onun acılarını da öz acım olaraq yaşayıram... Və bir çox suallar var ki, onları Türkiyə vətəndaşları kimi mən də sora bilərəm.

Ey 75 milyonluq Türkiyə, Sən hara baxırsan? Baxırsansa niyə görmürsən? Baxmırsansa gözünü tutan nədir? Atatürkün qurduğu bir dövlətdə onun adı, xatirəsi niyə hər gün yeni sayqısızlıqlara tuş olur? Böyük Atatürk onun qurduğu dövlətin bu günkü yönəticilərinin qarşısında hansı suçun sahibidir? Gizli gedən Atatürkü cuçlama məhkəməsində böyük öndəri savunan bircə nəfər dövlət görəvlisi, rəsmi vəkil yoxdurmu?
Günahı nədir Atatürkün? Bəlkə dünya imperializminin planlarını pozaraq, Osmanlının sonuyla türkün sonuna çıxacaqlarını zənn edənlərin niyyətlərini gözlərində qoyması; türkə düşmən kəsilən Avropa güclərinin hamısının bir yerdə burnunu ovması? Bəlkə Anadolu insanını - türklü, kürdlü, lazlı, cərkəzli, kölə olmaq təhlükəsindən qurtarıb, hamısının başını ucaldan, ləyaqətini qoruyan Türkiyə cümhuriyyətini qurması? Bəlkə XX yüzilin ən parlaq, dahi şəxsiyyətlərindən biri olması? Bəlkə dünyanın məşhur, amma saxtakar liderləri çeşidli adlar altinda öz imperiya təfəkkürlərini davam etdirəndə, onlara dərs verərək, imperatorluqdan imtina edib, öz halal yurduna sahiblənməsi? Bəlkə türkün əyilməzliyini və qüdrətini göstərməsi? Bəlkə dış güclərin etkisiylə Anadoluda düşmən halına gətirilən, didişən param-parça tayfa, əşirət, məzhəb, təriqət qatmaqarışıqlığının yerinə Türkiyəni bölünməz bir bütövə çevirməsi, türk kimliyini qoruyub yaşatması? Bəlkə apardığı demokratik islahatlar, xilafət düşüncəsinin yerinə demokratik təfəkkürü gətirməsi, Doğunun ən sivil, çağdaş, modern bir dövlətini qurması? Bəlkə bütün bunların hamısı? Bir sözlə, dərdiniz nədir sizin?
Vicdanı olan hər kəs bilir ki, soruya çevrilən bu məsələlərin hər biri Atatürkü ötən yüzilin ən parlaq şəxsiyyətinə çevirmişdir! O, türk əsgəridir, məğlubiyyət bilməyən sərkərdədir, liderdir, təkrarsız fikir adamıdir, alimdir, gözəl insandır, dahidir, Türkiyənin qədərini yaşamış bir çox xalqlara yol göstərən xilaskardır... Ötən yüzilin şöhrətli Avropa liderlərinin dar irqçi-nasist düşüncələri dünya savaşlarına və 100 milyondan çox incanın canına mal olduğu halda Atatürk Türkiyəni sülh və barış yoluna çıxardı...
Bir insan öz milləti və dövləti üçün bundan artıq nə eləməliydi ki, onun ruhunu sakit buraxsınlar? Bunların xalqdan və Allahdan qorxuları yoxdurmu?
Gizli məhkəmə dedim. Bəlkə də belə bir məhkəmə yoxdur, ancaq gizli bir əl var. Bu əl gecə-gündüz türk və Atatürk izlərini silməklə məşğuldur. Bir də gözünü açırsan Atatürk hava limanının biletlərində də Atatürk sözünü bula bilmirsən. “İstanbul. Terminal 1 və ya 2”. Vəssalam. Atatürkün daşı çox ağırdır! Ötən yüzildə yadelli düşmənlər qaldıra bilmədilər, başlarına düşdü. Məncə, indi də onu qaldırmağa çalışanlar öz başlarını da düşünməlidirlər...

Türk gəncliyinə andı unutduranların niyyəti onlara fatihə öyrətməkdir ki, türklüyə fatihə oxusunlar...
“Türk” sözü Türkiyədə, eləcə də Azərbaycanda niyə bu qədər qıcıq doğurur? Bəlkə elə düşünürlər ki, illər boyu bizim axırımıza çıxdılar və indi türkə nə qədər istəsələr həqarət edə bilərlər?
Atatürk “türkəm” sözü arxasında yalnız türk etnik kimliyini düşünmürdü, Türkiyədə yaşayan bütün insanların birliyini, bərabərliyini düşünürdü! Bu etnik milliyyətçilik deyildi, vətəndaş millətçiliydi, dövlət təəssübüydü, Türkiyədəki xalqları birləşdirib qorumağın yeganə yoluydu. Amerikan, fransız, ispan qavramları də eyni şəkildə, öz ölkələrində birləşdirici amildir. Həmin ölkələrdə kim bu sözlərə həqarət edə bilər?
Bunu anlamayanlar, zəhmət çəkib, tarixə baxsınlar. Oğuz xan dövlətin başına keçərkən ətrafındakılara “mən sizi oğuzladım” demişdi. Bu, bir işarəylə bütün fərqli etnosların bir anda oğuza çevirmək istəyi deyildi. Bu, o deməkdi ki, “bundan sonra mən sizin hamınıza bir gözlə baxıram”... Osmanlı, özbək isimləri də belə yaranmışdı. Atatürk “türkəm” yerinə nə deyə bilərdi? Anadoluda Şumer, Troya zamanından yaşayan bir türklük var, səlcuqlar onların qədim, ancaq unudulmamış iziylə gəlmişdilər. Bu dövəti quran, qanıyla, canıyla qoruyan insanlar türkdür. Bunu deməklə başqa xalqlar inkar edilmir, Atatürkün dahiliyinin nəticəsidir ki, bu gün Türkiyədə etnik-mədəni kimliklər də yaşayır, kimsə kimsənin özünü kürd və ya bosnak saymasına mane olmur.

Lakin onların hamısını qardaşlıq duyğusuyla ətrafında cəmləşdirib əyilməz gücə çevirən türkdür. Türk hamıya qucaq açıb. İslam dünyasının çeşidli bölgələrində, Rusiyada, Çində zülm görənlər də Türkiyəyə qaçıb, Türkiyəyə sığınıb, türk olmaqla fəxr ediblər. İndi arxayınçılığa çıxandan, məhv olmaq təhlükəsi keçib-gedəndən sonra sığındığın qucağa təpik atmaq nankorluqdur. Bu gün türk sözünü inkara qalxanların Qurtuluş savaşındakı düşmənlərdən heç bir fərqi yoxdur! Ölkədə demokratiyanı gəlişdirmək bəyanatları, çeşidli açilımlar bir xalqı dirçəldib başqasını boğacaqsa bunun nəyi demokratiyadır? Türkü inkarla, adını dilə gətirməməklə başqa xalqların silahına və hər cür tələbinə boyun əymək qardaşlıq deyil, qardaşlığın axırına çıxmaq, Türkiyəni arasıkəsilməz münaqişələrə sürükləməkdir. Kürdü, lazı, gürcünü, kimi istəyirsiniz böyüdə bilərsiniz, hər xalqa sayğı göstərilməlidir, ancaq Türkiyənin və böyük Türk xalqının kicildilməsi, aşağılanması hesabına yox!
Azərbaycanda heç vaxt türk-kürd ayrılığı olmayıb, qardaş kimi yaşamışıq. Amma bu gün terror başçıları əllərindəki silaha güvənərək, Güney Azərbaycandakı 35 milyon Azərbaycan türkünü yox sayaraq, az qala Urmiyanı da kürd şəhəri hesab edir, Təbrizə də dil uzadırlar. Bu iddialar məcbur eləyir deyək ki, əziz qardaşlar, cinlilər, hindistanlılar sürətlə çoxalırlar deyə, bütün dünyaya və ya bütün qonşu torpaqlarına iddia eləyə bilməzlər! Diyarbəkir yüzillər boyu Azərbaycan türklərinə məxsus olmuş bir şəhərdir, Uzun Həsən zamanında və bir sıra başqa dönəmlərdə Azərbaycanın paytaxtı olub. Çaldıran savaşından sonra on minlərlə Azərbaycan türkü ordan köçüb getdi və etnik tərkib dəyişildi. Bu gün türk sözünü meydandan götürmək olar, lakin Diyarbəkirin tarixindən, havasından, suyundan, dağlarının hafizəsindən silmək olmaz!


Paylaş



Bölmə: Turan / Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!