Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 26-02-2014, 18:24

 

 

Təki Vətən yaşasın!

 

 

 

 

Zalım öyünməsin zülmləriylə,

Millət-millət olar xeyir-şəriylə,

Torpağın köksünə cəsədləriylə,

Azadlıq tumunu əkdi şəhidlər.

B. Vahabzadə

Hər bir xalqın keçdiyi yollarda tarixə düşən xüsusi məqamlar mövcuddur və təəssüflə qeyd edirik ki, fərəh-qürur bəxş edən tarixi günlərimiz bəzən qan-qadalı, kədər-hüzn dolu anlardan adlayıb keçir. Fəxrimiz, azadlıq dühamız olan 20 Yanvar tarixi də milyonlarla Azərbaycan övladının göz yaşlarından yaranan sonsuz dəryanın üçrəngli bayraqlı qayığıdır. O qayıq 24 ildir ki, ömrün baharını azadlığa qurban verən igidlərimizin, xanımlarımızın, azyaşlı fidanların, müdrik çağında düşmən gülləsinə tuş gələnlərin ruhlarını dolandırır həmin göz yaşından yaranan dəryada:

Ağlama, Bakım, belə,

Zaman öndədir hələ,

Xalq verərək əl-ələ,

Tapdalayar düşməni,

Məğlub olar erməni.

Şəhid ruhu şad olar,

Qarabağ azad olar.

Azərbaycan xalqının ən yeni tarixində ən qəmli, kədərli günlərdən biri 1990-cı ilin 20 yanvarıdır. Həmin gün rəsmi şəkildə çox dəqiq ifadə olunmuşdur: Ümumxalq hüzn günü. İyirmi dörd il öncə yanvarın 20-nə keçən gecə Bakıda müdhiş hadisə baş verdi. Sovet imperiyası tərəfindən xalqımızın coşub daşan azadlıq, müstəqillik arzularını, möhtəşəm meydan hərəkatını boğmaq üçün paytaxtımıza təpədən-dırnağadək silahlanmış qoşun yeridildi. Qoşunun tərkibində Stavropol və Krasnodar diyarlarından ehtiyatda olan çoxlu erməni hərbçi vardı. Özünü yenidənqurmanın memarı, demokratiyanın tərəfdarı kimi qələmə verən Qorbaçov əslində isə demokratiyanın da, yenidənqurmanın da düşməni idi. Qorbaçov hadisə ilə bağlı dərhal düşünüb-daşınmadan, dəlilsiz-sübutsuz və soyuqqanlı şəkildə bildirdi ki, Bakıya qoşunlar yeridilib. Halbuki onun və Bakıdakı əlaltılarının əlləri ilə qanlı cinayət törədilmiş, yüzlərlə günahsız insanın qanı tökülmüşdü. Bakı küçələrində günahsız şəhidlər yan-yana düzülmüşdü. Həmin faciəli gecədən əvvəl baş verənlər də yaxşı yadımızdadır. İnsanlar öz yurd-yuvalarından didərgin salınmışdılar. Didərginləri Qarabağda, Şuşada deyil, Bakıda yerləşdirməyə çalışırdılar. Bütün bu hadisələr gəncləri daha mübariz olmağa cağırırdı. Çünki 250 mindən çox soydaşımız əzəli torpaqlardan- Göyçədən, Zəngəzurdan, İrəvandan amansızcasına qovulmuşdu. Əslində, onlar öz başlarının hayında idilər..... lakin, belə bir dövrdə heç kim inanmırdı ki, Bakıya qoşun yeridiləcək... Gənclərimiz, qocalarımız qanına qəltan ediləcəklər. Sovet imperiyası əsgərlərinin süngülərinin qurbanı olacaqlar.  20 yanvar faciəsi  insanların başına gələcək.  19-dan 20-nə keçən gecə qəlblərdə tarixi faciə kimi qeyd olunacaqdır.

Yusifin alim bacısı filologiya üzrə fəlsəfə doktoru Sadıqova Sayalı Allahverdi qızının dediklərindən:

Belə faciənin qurbanlarından biri də  Yusif oldu. O Yusif ki, yaşıdlarından həmişə  qeyri-adi istedadi ilə fərqlənirdi.  Orta məktəbi  qızıl medalla bitirmişdir. Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. Oxuduğu illərdə Kiyevdə, Moskvada, Leninqradda olimpiadalarda iştirak etmişdir. Qələbə ilə oxuduğu Universitetə qalib kimi qayıtmışdır. Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Təhsilini davam etmək üçün Azərbaycan Elmlər Akademiyasının Mexanika-riyaziyyat İnstitutunun  aspiranturasına  daxil olmuşdur. Minimumlarını vermiş, işini tamamlamışdır. Nişanlı idi.... yaşayıb-yaratmaq istəyirdi. Hər bir gənc kimi xöşbəxt olmaq istəyirdi. Lakin.... həmin gecə neçə igidimiz şəhid oldu....o dəhşətli yanvar gecəsində. O gecədən əvvəlki gecələrdə və gündüzlərdə. O gecədən sonrakı səhərlərdə, axşamlarda. Yanvar qurbanları matəm siyahısına əlavə olundu. Həyəcan təbilləri səsləndi.  Çox təəccüblü idi ki, həlak olanlara ekstremist adı verməyə çalışdılar. Lakin,  Azərbaycan xalqı təlatümə gəldi....xalq ayağa qalxdı. İgidlərini, qəhrəmanlarını xalqa tanıtdırdı. Günahsız qurbanların şəhidliyini dünyaya tanıtdırdı. Yusif, Ülvi kimi gənclər faciənin qurbanı oldular. Yusifin faciəli ölümü təkcə ailəsi üçün deyil, millətin faciəsi oldu. Rəsmi müharibə elan etmədən, hətta bəyanat verilmədən fövqəladə vəziyyət elan edilməsindən yeddi saat qabaq sovet qoşunları Bakı şəhərində qırğın törətdilər. Əliyalın, günahsız insanları tankların altında əzdilər. Yusif də bu tankın altında qalan qurbanlardan biri oldu.  Səhər açılanda sanki günəşin üstündə qırmızı qan görünürdü....günəş  də sanki bu faciədən ağlayırdı. Heç kimin ağlına gəlməyən bu qəddarlıq bütün insanları ağlatdı.... Qəddarlar diri-diri insanların üstünə tanklar sürmüşdülər. Tankın tırtırları altından ancaq  Yusifin sağ qolu çıxmışdır.  Bu faciəni görənlər dəhşətə gəlmişdir. Yüzlərlə öldürülənlərin, yaralıların günahsız qanları Bakının küçələrindən axırdı. Xalq Şəhidlərinə yüksək qiymət verdi. Dağüstü parkda öz şəhidlərini dəfn etdilər. Yusifin də sağ qolu Şəhidlər Xiyabanında dəfn olundu. Ananın ah-naləsi ətrafı bürüdü:

Ey dünya, gidi dünya,

   Üzün igidi, dünya.

   Namərdi uca tutdun,

   Yıxdın igidi, dünya.         

Şəhidlər dağı... Bu gün bu dağdan yalnız Bakı və Xəzər deyil, bütün  Azərbaycan görünür - o taylı, bu taylı. Bu gün bura Azərbaycanın ən yüksək dağı, ən uca zirvəsidir. Şəhidlərimizin ruhu da bu zirvədədir. Bu zirvədən keçmişimizi də görürük, gələcəyimizi də. Tariximizin rəmzidir Şəhidlər dağı. Qəhrəmanların, igidlərin qürur rəmzidir Şəhidlər dağı.  20 Yanvar gecəsindən bizə xatirədir Şəhidlər dağı. Yusif kimi gənclərin qəhrəmanlıq rəmzidir. Şəhidlərimizin uyuduğu yer bizim ziyarətgahımızdır. Tarix özü bir müəllimdir. Bizə ibrət dərsi verdi. Həmin tarix 19-dan 20-nə keçən gecə şəhid qanının töküldüyü gündür. Yusif də o gündən İnstituta gedə bilmədi.  Ancaq qəlblərdə yaşadı. O gündən 24 il keçsə də hər gün bizi ona daha da yaxınlaşdırır. Lakin, onun uyuduğu yer Şəhidlər Xiyabanıdır.  O Xiyaban ki, bizə Şəhidlər dağı yaşadır.  Şəhidlər dağı, ürəklərə dağdan ağır dağ çəkən Şəhidlər dağı. Xalqın matəmi, hüznü, dərdi,  xalqın mütilik, köləlik, əsarət üzərində qələbə rəmzi...Şəhərin aşağı məhəllələrindən, dəniz sahilindən başımızı qaldırıb yuxarı baxanda  çətin anlarımızda ucalardan uca Tanrıya üz tutacağıq. Bir də Şəhidlər dağına, onun əbədi məşəllərinə tapınacağıq.

Bu saflaşma, təmizləşmə, müqəddəsləşmə anlarında qəlblərimizə kədərlə bərabər, ümid, işıq, həyat duyğuları da dolacaq. Çünki, həmin gecə Müstəqilliyimizə aparan gecə idi.  Müstəqilliyimiz Şəhidlərin qanı bahasına başa gəldi.  Vətən o vaxt Vətəndir ki, onun yolunda  canından keçənlər var.  Başını uca tut, Azərbaycan! Sənin üçün hər zaman ölməyə hazır olanların var. Azərbaycan xalqı Şəhidlərini yaşadır....Bu gün soyuq ruzigar Şəhidlər Xiyabanında sükuta qərq olmuş şəhid məzarlarının üstündəki ağacların çılpaq budaqlarını xəfif-xəfif yellədir. Şəhidlər öz canlarını  ona görə fəda etdilər ki, barı biz tarixin kədərli dərslərinə azacıq da olsa qulaq verək.

Allah Sizə rəhmət eləsin Şəhidlər!

Müqəddəs ad almışdın sən Yusif peyğəmbərdən,

İndi sorağın gəlir əziz, doğma ellərdən.

Bütün ölkə tanıyır sən tək şəhidimizi,

Hər fəsil: yay, qış, bahar sən ağladırsan bizi.

Göz yaşları al xonça olub qarşına gəlir,

Bütün məlaikələr səni salama gəlir.

Dualar qanad verir, gənc ruhun pərvazlanır,

Əbədiyyətə doğru milyon qollar uzanır.

Beş gün tez, ya beş gün gec, hər kəs köçər dünyadan,

Lakin cənnəti verməz hər bir kəsə Yaradan.

Sənin ruhun behiştin ən gözəl guşəsində,

Adın gəzir xalqının ən əziz kəlməsində.

Hələ neçə əsrlər yaşayacaqsan, igid!

Şəhid adın şərəflə yaşadacaqsan, igid!

İlahi qüdrət-qüvvət bəxş eləsin ruhuna,

Qəni-qəni rəhmətlər olsun Vətən oğluna.

Sözardı... Bakı şəhərinin ən səviyyəli məktəblərindən olan 16 saylı liseydə hüzn hökm sürürdü... “Allahverdi müəllimin oğlu itkin düşdü 20 Yanvarda”-deyib, bütün məktəb uşaqlı-böyüklü kədərə bürünmüşdü. Ağlar gözlər hər yerdə gənc, gözəl, ziyalı növcavanı-Yusifi axtarırdı... “Vətən!” -deyib, evdən birbaş əliyalın tankların önünə şücaətlə gedən igidin bircə nişanəsini arayırdılar. Nəhayət, ata-anaya təsəlli ola biləcək (?) bir qol tapıldı...

Sağdır Yusif, ruhu ilə

hey dolanır xiyabanı,

İgid görür yas saxlayan

bütün xalqı, el-obanı.

Gecə-gündüz ana səssiz yola baxır,

Deyir: -O, qayıdar axır.      

-Axı, necə ola bilər?!

Nər cüssəli cavan necə itə bilər?!

Yox, gələcək!-deyib, açır qapıları,

Göz qapanır, lakin yatmır.

-Qalx, anacan,-deyir qızı-

-Açıq qoyma qapımızı.

Bayır şaxta, donarsan sən,

Bizi yalqız qoyarsan sən.

-Yox!!!-söyləyir əsim-əsim əsən ana,

Sübhə qədər nalə çəkir yana-yana

-Söylə, Yusif, haradasan?

O qol sənin qolundurmu?

Ölməmisən, söylə barı

Duyduqlarım yalandırmı?

Bax, qapını örtməyəcəm,

Gecə-gündüz: Yusif!-deyib gözləyəcəm.

16 saylı məktəbdə ölkəmizin qabaqcıl pedaqoqu, Əməkdar müəllim, nüfuzlu ziyalı Allahverdi müəllimə dəyən zərbəni bütün kollektiv, rəhbərlik, müəllim və şagirdlər, valideynlərlə birgə bütün xalq hüzn-kədərlə hiss edərək, bu dözülməz dərdə çarə axtarsalar da, bir yol vardı-Səbir. Allah-Təala öz qüdrətindən səbir əta etdi bu ailəyə. Şəhid atası, ölkəmizin Qabaqcıl Maarif işçisi daha əzmlə çalışaraq, minlərlə vətənpərvər məzunlar yetirdi. Hazırda onlar dünyanın müxtəlif diyarlarında, respublikamızda çalışır, hörmətli Allahverdi müəllimə Uca Tanrıdan sağlamlıq, ailəsinə xoşbəxtlik diləyirlər. Şəhidlər Xiyabanında uyuyan bütün şəhidlərimizə və Yusifə Allahdan behişt-cənnət diləyərək, məzarları üstünə qərənfillər düzülür.

Allahdan igid, qəhrəman şəhid Yusifin valideynləri - Allahverdi müəllimə, Kəhriz xanıma, qardaşları Xaliq və Misir Sadıqovlara, bacısı Sayalı xanıma xoşbəxt gələcək naminə  səbr  dözüm mətinlik  nikbinlik diləyir və həyatda uğurlar arzulayırıq.

İradə Gözəl Vəlibəyli,

 Filologiya üzrə fəlsəfə doktoru,

şair publisis “qızıl qələm” media mükafatı laureatı

 

 

 



Paylaş



Bölmə: Xəbər / Şəkilçarx / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!