“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
Tarix : 13-08-2014, 16:27

Erməni  kilsəsinin rəhbəri KQB agenti imiş 

Avstraliyanın nüfuzlu «The Sydney Morning Herald» qəzeti Rusiya kəşfiyyatının arxiv sənədlərinə istinadla ölkədə fəaliyyət göstərən Avstraliya Erməni Kilsəsinin rəhbəri, arxiyepiskop Aqan Baliozyanın uzun illər “Zorik” ləqəbi altında KQB agenti işləməsi barədə geniş məqalə dərc edib.
Axar.az xəbər verir ki, məlumatda mərhum Baliozyanın 1946-cı ildə Suriyada anadan olduğu, Avstraliyaya isə 1975-ci ildə köçdüyü vurğulanır. Əlavə olunur ki, ilk illərdə vikar kimi çıxış edən “Zorik” 1982-ci ildə Avstraliya və Yeni Zelandiya Erməni Kilsələrinin arxiyepiskopu seçilir. Daha sonra mühüm nüfuz əldə edən Baliozyan Erməni Kilsəsini Beynəlxalq Kilsələr Şurasında təmsil edir. Erməni kilsələri arasında birliyin yaranmasındakı xidmətlərinə görə o bir sıra medalla təltif olunur. Baliozyan 2012-ci ildə yaşadığı evdə dünyasını dəyişir.
Maraqlı detallar da bundan sonra ortaya çıxmağa başlayır. Belə ki, 1973-cü ildə İrəvanda dini ayinlər oxuyan arxiyepiskop sovet kəşfiyyatı tərəfindən əməkdaşlığa cəlb olunur. Növbəti illərdə - 1974-ci ildə Qüdsə gedən Baliozyan “üç ölkədən” KQB-yə məlumatlar ötürməyə başlayır. Avstraliyadakı “fəaliyyəti” isə növbəti illərə təsadüf edir.
Xatırladaq ki, “Baliozyan işi” ilə əlaqədar məsələyə reaksiya verən Rusiya kəşfiyyat orqanı əməkdaşları arxiv sənədlərindən onun ikinci peşəsindən razı qalınmadığını müəyyənləşdiriblər. Bildirilir ki, nüfuzlu olsa da, əksər hallarda Baliozyan qorxaq olub və kəşfiyyat sistemi standartlarına elə də cavab verməyib.



Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!