Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                        İsrail Livandakı “Hizbullah” hədəflərini vurdu .....                        İranda etirazçılar geri çəkilmirlər .....                       
Tarix : 21-10-2014, 13:32

“ASAN xidmət” mərkəzində uşaq hüquqi yardım otağı

“ASAN xidmət” mərkəzində uşaq hüquqi yardım otağının açılış mərasimi keçirilib

 

20 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 4 saylı “ASAN xidmət” mərkəzində uşaq hüquqi yardım otağının açılış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Agentliyinin sədri İnam Kərimov uşaq hüquqlarının qorunması sahəsində ölkəmizdə əhəmiyyətli tədbirlərin həyata keçirildiyini vurğulayıb. Müvafiq sahənin dövlət siyasətinin prioritet istiqaməti olduğunu vurğulayan İnam Kərimov xidmətin də bu məqsədlə təşkil olunduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən UNİCEF-in Azərbaycandakı nümayəndəsi Andro Şilakadze Uşaq Hüquqları Konvensiyasının 25-ci ildönümündə bu mərkəzinin açılmasının sevindirici olduğunu bildirib. “ASAN xidmət” mərkəzlərində uşaqlar üçün mütərəqqi addımların atıldığını vurğulayan A.Şilakadze bu xidmətin təşkilinin dövlətin müvafiq sahəyə olan diqqətini biruzə etdiyini qeyd edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin şöbə müdiri Yeron Villems “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyətindən bəhs edib. Bildirib ki, bu xidmət uşaqlar üçün hüquqi yardım xidmətlərinin həyata keçirilməsində səmərəli nəticələrin əldə olunmasına xidmət edir.

Qeyd edək ki, otaq uşaq hüquqi yardım xidmətlərinin “ASAN xidmət” mərkəzləri vasitəsi ilə həyata keçirilməsi məqsədi üçün UNİCEF-in Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə təşəbbüsü çərçivəsində təşkil olunub.



Paylaş



Bölmə: Xəbər / Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!