"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 23-07-2015, 13:35
Rayon maşınlarına paytaxta giriş qadağan edildi


Azərbaycan Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının növbəti iclası olub.


AZƏRTAC xəbər verir ki, iclasda “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərar qəbul edilib.
Qərara əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Nəqliyyat Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək məhdudlaşdırılsın. Gündüz saatlarında kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri əsasında təşkil edilsin.
Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Abşeron Rayon İcra Hakimiyyəti Bakı şəhərinə respublikanın şəhər və rayonlarından, həmçinin ölkə xaricindən gələn ümumi istifadədə olan nəqliyyat vasitələri istisna olmaqla, digər növ avtonəqliyyat vasitələri üçün şəhərin cənub və şimal istiqamətlərindən giriş ərazilərə yaxın yerlərdə bütün zəruri şəraiti olan ödənişsiz duracaqların təşkili ilə bağlı təklifləri üç gün müddətində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim etməlidirlər. Eyni zamanda, Bakı şəhərinə gələn taksi avtomobilləri üçün şəhərə daxil olmadan çatma məntəqəsi kimi Bakı Beynəlxalq Avtovağzalı təyin olunsun.
Daxili İşlər Nazirliyinə duracaqların tikintisini 2015-ci ilin sentyabrın 1-dək başa çatdırmaq, Nəqliyyat Nazirliyinə isə duracaqlardan istifadə edən sürücülərin və sərnişinlərin Bakı şəhərinin daxilinə çatdırılması üçün avtobus və taksi dayanacaqlarının və müvafiq avtobus marşrutlarının təşkilini təmin etmək tapşırılıb.
Həmçinin qərarda Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yeni sərnişin qatarlarının bu il sentyabrın 15-dək istismara verilməsi də öz əksini tapıb.
Qərarda qeyd olunub ki, Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyi paytaxtda şəhərdaxili müntəzəm avtobus marşrutlarının optimallaşdırılması, marşrutlara tələbata uyğun sayda avtobusların buraxılması, avtobus dayanacaqlarının hərəkətə maneə yaradan yerlərdən, xüsusilə yol kəsişmələri ətrafından köçürülməsi və mümkün olan yerlərdə dayanacaq üçün “ciblər”in yaradılması ilə bağlı zəruri tədbirlər görsünlər, şəhərdaxili avtobus marşrutlarında hərəkət cədvəllərinə və hərəkət sxemlərinə riayət olunmasına nəzarəti gücləndirsinlər, cərimələrin tətbiqini təmin etsinlər.
Eyni zamanda, Daxili İşlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin xüsusi zolaqla hərəkətinin təmin edilməsi məqsədi ilə müvafiq avtomobil yollarının siyahısını müəyyənləşdirməli, bu zolaqlarda göstərilən növ nəqliyyat vasitələrinin hərəkətinin təşkili ilə bağlı təklifləri 10 gün müddətində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim etməlidirlər.
Nəqliyyat Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə müvafiq şirkətlərlə danışıqlar aparmaqla, Bakı şəhərinə gətirilən qum, çınqıl, daş, sement və digər tikinti materiallarının, həmçinin Bakı şəhəri ətrafındakı karxanalardan aparılan daş, istehsal müəssisələrindən sement və digər tikinti materiallarının dəmir yolu nəqliyyatı ilə daşınmasının təşkili ilə bağlı tədbirlər görməli və bu barədə ayda bir dəfə Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına məlumat verməlidir.
Təhsil və Səhiyyə nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası və digər qurumlar tabeliyindəki həyətyanı əraziləri olan səhiyyə, ali təhsil, elmi-tədqiqat idarə, müəssisə və təşkilatlar işçilərinin şəxsi avtomobillərinin iş vaxtı ərzində həmin ərazilərdə parklanmasını sentyabrın 1-dən etibarən təmin etməlidirlər.
Nəqliyyat Nazirliyinə tapşırılıb ki, “Bakı dairəvi-1” yoluna Ziya Bünyadov prospektindən birbaşa yolun inşası ilə bağlı təklifini 10 gün müddətində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim etsin.
Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti aidiyyəti orqanlarla razılaşdırmaqla, Bakı şəhərinin avtomobil yollarında piyadaların təhlükəsiz və sərbəst keçidinin təmin olunması üçün yüngül konstruksiyalı yerüstü piyada keçidlərinin tikintisi zəruri olan yerləri müəyyənləşdirməli və həmin keçidlərin inşası üzrə layihələri 1 ay müddətində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim etməlidirlər.
Həmçinin Təhsil Nazirliyi təhsil müəssisələrində fərqli iş qrafikinin tətbiqi barədə təkliflərini 1 ay müddətində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına göndərməlidir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!