Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 25-11-2015, 14:46
 Azay Quliyev: "ABŞ-ın Qarabağa yardımı qəbuledilməzdir"


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ABŞ-ın Avropa və Avrasiyaya yardım üzrə koordinatoru Alina Romanovski, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkə üzrə direktoru Mikela Merediç və ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanla görüş keçirilib.

Şuradan Butov.az - a daxil olan məlumata görə, ABŞ-ın Avropa və Avrasiyaya yardım üzrə koordinatoru A.Romanovski xarici donorların yerli QHT-lərə qrant vəsaiti ayırmalarının hüquqi əsasları haqqında mövcud vəziyyətlə maraqlanıb və Şura sədrindən bu sahədə bir sıra məqamlara aydınlıq gətirilməsini xahiş edib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev "Qrant haqqında" qanuna edilmiş əlavə və dəyişikliklərin mahiyyəti haqqında qonaqlara ətraflı məlumat verib və onların suallarını cavablandırıb.

Şura sədri ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağa birbaşa yardımına da toxunaraq ölkə ictimaiyyətinin bunu ciddi narahatlıqla qarşıladığını qonaqların diqqətinə çatdırıb. A.Quliyev bildirib ki, xarici ölkələr tərəfindən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə rəsmi Bakının razılığı olmadan edilən istənilən yardım və yaxud səfər beynəlxalq hüquq normalarına ziddir və qəbuledilməzdir.

USAID-nin ölkə üzrə direktoru M.Merediç hər iki qurum arasında əməkdaşlığı yüksək qiymətləndirib və tərəfdaşlarının üzləşdiyi çətinliklərin həllində Şuranın mühüm rolunu qeyd edib.

Sonda tərəflər müzakirə olunan məsələlərlə bağlı dialoqun və əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətli olduğunu qeyd ediblər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!