İranda matəm elan edildi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                        İsrail Livandakı “Hizbullah” hədəflərini vurdu .....                       
Tarix : 25-11-2015, 14:46
 Azay Quliyev: "ABŞ-ın Qarabağa yardımı qəbuledilməzdir"


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ABŞ-ın Avropa və Avrasiyaya yardım üzrə koordinatoru Alina Romanovski, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkə üzrə direktoru Mikela Merediç və ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanla görüş keçirilib.

Şuradan Butov.az - a daxil olan məlumata görə, ABŞ-ın Avropa və Avrasiyaya yardım üzrə koordinatoru A.Romanovski xarici donorların yerli QHT-lərə qrant vəsaiti ayırmalarının hüquqi əsasları haqqında mövcud vəziyyətlə maraqlanıb və Şura sədrindən bu sahədə bir sıra məqamlara aydınlıq gətirilməsini xahiş edib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev "Qrant haqqında" qanuna edilmiş əlavə və dəyişikliklərin mahiyyəti haqqında qonaqlara ətraflı məlumat verib və onların suallarını cavablandırıb.

Şura sədri ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağa birbaşa yardımına da toxunaraq ölkə ictimaiyyətinin bunu ciddi narahatlıqla qarşıladığını qonaqların diqqətinə çatdırıb. A.Quliyev bildirib ki, xarici ölkələr tərəfindən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə rəsmi Bakının razılığı olmadan edilən istənilən yardım və yaxud səfər beynəlxalq hüquq normalarına ziddir və qəbuledilməzdir.

USAID-nin ölkə üzrə direktoru M.Merediç hər iki qurum arasında əməkdaşlığı yüksək qiymətləndirib və tərəfdaşlarının üzləşdiyi çətinliklərin həllində Şuranın mühüm rolunu qeyd edib.

Sonda tərəflər müzakirə olunan məsələlərlə bağlı dialoqun və əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətli olduğunu qeyd ediblər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!