XİN Başçısı Şavkat Mirziyoyevlə bu məsələləri müzakirə etdi .....                        Gürcüstan parlamenti qarşısında aksiya keçirilib .....                        Ceyhun Bayramov Özbəkistan Prezidentiylə görüşdü .....                        İsrail İrana görə əməliyyatı təxirə saldı .....                        Tehran Yaxın Şərqdə gərginliyin artmasına müsbət yanaşmır .....                        Bakıda Çingiz Aytmatovun abidəsi qoyuldu .....                        Hakan Fidan BMT-nin baş katibiylə telefon danışığı apardı .....                        Rəşad Nəbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü .....                        Rəşad Nəbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü .....                       
Tarix : 26-11-2015, 14:32
Müqavilə öhdəliklərini pozan 89 QHT-dən 135.843 manat vəsait tutulub


Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Hilton” hotelində ölkə QHT-lərinin Ümumrespublika Forumunu keçirib. Toplantıda giriş sözü ilə çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun ənənəvi olaraq hər il maliyyə yardımı müsabiqəsi elan etməzdən öncə ictimai dinləmələr təşkil etdiyini bildirib: “Forumun əsas məqsəd Şuranın 2016-cı il maliyyə yardımı müsabiqəsinin mövzuları ilə bağlı ictimai dinləmələr keçirmək, QHT-lərin rəy və təkliflərini öyrənməkdir”.

Şuranın 2015-ci ildə dəstəklədiyi layihələrə toxunan Azay Quliyev bildirib ki, cari ildə Şuraya ayrılan vəsaitdən olduqca qənaətlə istifadə olunub. "Belə ki, QHT-lərə maliyyə yardımı fondundan, eyni zamanda Şura və Katibliyin saxlanma xərclərindən 360 min manat vəsaitə qənaət olunub və bu vəsaitin dövlət büdcəsinə qaytarılması nəzərdə tutulur. Bundan başqa 2013-2014-cü illərdə xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi məqsədilə ayrılan vəsaitə də xüsusi diqqətlə yanaşılıb və 1.927.788 manat növbəti illərdə istifadə olunması üçün Şuranın hesabında saxlanılıb".

Forumda çıxış edən Katibliyin icraçı direktoru Fərasət Qurbanov Şuranın 2016 - cı il maliyyə müsabiqəsinin mövzuları, ictimai aktuallıq kəsb edən məsələlər, problemlərin müəyyən edilməsi və onların həlli yolları, təsvir və təqdimetmə qaydaları haqqında ətraflı təqdimatla çıxış edib. F. Qurbanov cari ildə həyata keçirilən layihələrin icra vəziyyəti və hesabatlılıq məsələlərinə də toxunub: “Katiblik layihələrin icrasına nəzarəti daim təkmilləşdirir və QHT-lərin fəaliyyətinin qanunauyğun qurulması üçün zəruri tədbirlər görür. Təəssüf ki, əldə olunan müsbət nəticələrə baxmayaraq hələ də bir sıra QHT-lərin müqavilə öhdəliklərinin icrasında ciddi problemlər müşahidə olunmaqdadır. Şuranın Katibliyi müqavilə öhdəliyini pozan QHT-lərə qarşı sərt tədbirlər görmüş və onlar haqqında müxtəlif qərarlar qəbul etmişdir. Belə ki, 89 yerli və xarici QHT-dən 135.843 manat vəsait tutulmuşdur. 2015-ci ilin sonuna qədər bu istiqamətdə intizam tədbirləri davam etdiriləcək”.
Müqavilə öhdəliklərini pozan 89 QHT-dən 135.843 manat vəsait tutulub

Toplantıda 40-dan artıq QHT rəhbəri çıxış edib. Ülkər Abdullayeva, Umud Rəhimoğlu, Ələkbər Seyidov, Ceyhun Musaoğlu, Ceyhun Abbasov, Fatima Ağamirzəyeva, Sahib Məmmədov, Davud Rəhimov, Südabə Məmmədova, Rauf Zeyni, Əkrəm Baydəmirli, Niyaməddin Orduxanlı, Şəmsəddin Əliyev, Sevil Yusifova, Sevda Tahirli, Dadaş Quliyev, Həsən Şıxəliyev, Eyyub Hüseynov, Radə Abbas, Əzizağa Qənizadə, Mətanət Əsgərqızı və digərləri cinayətkarlığın baş verməsini törədən səbəblərin araşdırılması, insan alveri, yerli təşkilatların xarici QHT-lərlə təcrübə mübadiləsinin təşkili, milli-mənəvi dəyərlərimizin təbliği, sosial çarxların hazırlanması, korrupsiyaya qarşı mübarizə, sərhədyanı rayonlarda maarifçiliyin artırılması, regionlarda məşğulluğun yüksəldilməsi və digər mövzularla bağlı rəy və təkliflərini səsləndirib, ictimai aktuallıq kəsb edən məsələlərlə əlaqədar fikirlərini bildiriblər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!