“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 30-11-2015, 13:55
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş olub



Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini ilə görüş olub. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafı barədə səfirə ətraflı məlumat verib. Nazir vurğulayıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir. Aparılan uğurlu iqtisadi islahatların güclü sosial siyasətlə tamamlandığını bildirən S.Müslümov nəzərə çatdırıb ki, cari ilin 10 ayında 3,3 faizlik iqtisadi artım şəraitində əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz çoxalıb. Adambaşına düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 0,7 faiz bəndi üstələyərək 4,4 faiz təşkil edib.

Nazir qeyd edib ki, əmək ehtiyatlarından səmərəli istifadə ölkəmizdə iqtisadi tərəqqinin xarakterik cəhətidir. 2004-cü ildən sonrakı dövrdə 1,4 milyondan çox yeni iş yeri açılmaqla, işsizlik 4,9 faizə enib. Respublikada iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı növbəti ildə də yeni iş yerlərinin açılması prosesinin və əmək bazarında sabitliyin davam edəcəyinə təminat yaradır”.
S.Müslümov ölkə əhalisinin təqribən 22 faizdən çox hissəsini əhatə edən sosial təminat sisteminin inkişafı, əmək bazarına nəzarətin təkmilləşdirilməsi yönündə aparılan islahatlara da toxunub: “Ötən ildən respublikamızda tətbiq olunan əmək müqavilələrinin elektron qeydiyyat sistemi hazırda dünyada innovativ yanaşmaları əks etdirən mütərəqqi iş təcrübələrindən biri kimi dəyərləndirilir. Bu sistem əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasında mühüm rol oynayır”. Meksika ilə əlaqələrin müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyini bildirən nazir bu əməkdaşlığın əmək, məşğulluq, sosial müdafiə sahələrini də əhatə etməsinin hər iki tərəf üçün faydalı ola biləcəyini vurğulayıb.
R.Labardini Azərbaycanda iqtisadi inkişaf istiqamətində əldə olunan nailiyyətlərin, habelə iqtisadiyyatın artımının sosial rifah səviyyəsinin yüksəlməsi ilə müşahidə olunmasının Meksika tərəfindən daim maraqla izlənildiyini bildirib. Səfir iki ölkə arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində də əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsinin onun ölkəsi üçün də xüsusi önəm kəsb etdiyini və bunun üçün səylərini göstərəcəyini diqqətə çatdırıb.
Görüşdə Meksikanın sosial müdafiə sistemi barədə də ətraflı məlumat verilib. Azərbaycan və Meksika arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.




Olaylar.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!