Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                       
Tarix : 25-12-2015, 12:34
Manatın ucuzlaşması oğurluqların sayını artıracaq


Azərbaycanda manatın ikinci dəfə kəskin ucuzlaşması əhalinin həyat şəraitinin kəskin aşağı düşməsinə səbəb ola bilər. Bundan əlavə, neftin qiymətinin kəskin aşağı düşməsi səbəbindən Azərbaycanda istər özəl, istərsə də dövlət müəssisələrində çalışanların ixtisara düşəcəyi də istisna edilmir. Şübhəsiz ki, həm qiymətlərin bahalaşması, həm də gözlənilən ixtisarlar cəmiyyətdə mənfi proseslərə yol aça bilər. Məsələn, bəzi ekspertlərin fikrincə, indiki situasiya bəzi cinayətlərin, xüsusilə oğurluqların, talanların sayını artıra bilər. Əlbəttə, heç bir adam cinayətkar kimi doğulmur. Ancaq istənilən ailədə dünyaya gələn adam nə zamansa cinayət törədə bilər. Onları cinayətkar olmağa sövq edən səbəblər isə müxtəlif olur.

Butov.az xəbər verir ki, ekspert-kriminalist Mahmud Hacıyev də Modern.az saytına oğurluq etməyin səbəblərindən və belə faktların sayının artması ehtimalından danışıb: “Sosial-iqtisadi gərginlik olan cəmiyyətlərdə oğruların və intihara meyllilərin sayı, adətən çoxalır. Oğurluğun arxasında duran əsas niyyətlərdən biri tamahkarlıqdır. İnsanlar pula ehtiyacları olanda daha çox oğurluq edirlər. Dünya təcrübəsinə əsaslanaraq deyirəm ki, hansı ölkədə sosial-iqtisadi gərginlik yaşanırsa, oğurluq və digər cinayətlərin sayı artır.

Manatın budəfəki devalvasiyasından sonra oğruların sayı və intihar meylli insanların sayı çoxalacaq. Bunun bir necə səbəbi olacaq. Məsələn, ailəsini dolandıra bilməyən, borca düşən və banka krediti olanlar bu yola əl ata bilərlər. Şübhəsiz ki, kredit borcunu ödəyə bilməyən adamları bank məhkəməyə verəcək. Elə adamlar var ki, qonşuların və ailə üzvlərinin yanında boynu bükük vəziyyətə düşmək istəməyəcək. Digər tərəfdən, indiki bahalaşma adamların ilk növbədə iş axtarma arzusunu gücləndirəcək. İstəklərinə çatmayanda qohumlardan borc almaq yoluna əl atacaq. Əlbəttə, tanış və qohumlardan da müsbət cavab gəlməyəndə iki yolu qalır. O ya evini, başqa mülkünü satışa çıxarmaqla borcunu ödəməli, yaxud oğurluq etməlidir. Başqa bir yolu isə həmin şəxsin canına qəsdidir”.

Mahmud Hacıyevin fikrincə, situasiya müsbət istiqamətdə dəyişməzsə, cinayətkarlığın sayının artmasına da təsirsiz ötüşməyəcək. “Bu cür proseslər insanın psixoloji durumuna da təsir edəcək, bəzən yerli-yersiz mübahisələr düşəcək. Öz hislərini cilovlaya bilməyənlər son anda cinayətə meyl göstərə bilərlər”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!