Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
Tarix : 19-01-2016, 15:59
Fərqlənən QHT-lərə sertifikat təqdim olunub



“Müqavilə öhdəliklərinə əməl etməmiş 172 QHT-dən 58 min manat tutulub, 6 təşkilata isə qrantın ikinci tranşının ödənilməsindən imtina edilib. Bütövlükdə Şura qənaət edilmiş 337 min 431 min manat vəsaitin ilin sonunda dövlət büdcəsinə qaytarılması barədə qərar qəbul edib”.


Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-ci ildəki fəaliyyəti haqqında hesabat konfransında Şura sədri Azay Quliyev bildirib. Onun sözlərinə görə, Şura 2015-ci il ərzində elan etdiyi maliyyə yardımı müsabiqələrində yerli QHT-lərin 513 layihəsinə 4 milyon 750 min 644 manat, 7 xarici quruma isə 504 min 670 manat vəsait ayırıb, reallaşdırılan layihələr üzrə isə 847 nəfər əməkhaqqı alıb.
A. Quliyev bildirib ki, Şura bundan sonra layihələrin icrası ilə bağlı müqavilə öhdəliyini yerinə yetirməyən QHT-lər haqqında cinayət işinin açılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməyi planlaşdırır. Məqsəd QHT-lərin problemlərini həll etmək, onlara yardım etməkdir. Amma QHT-lər də anlamalıdırlar ki, biz bu qədər güzəştlər ediriksə, bu, o demək deyil ki, güzəştlər davamlı olacaq. QHT-lər də öz məsuliyyətlərini dərk etməlidirlər. Şuranın QHT-lərdən yeganə istəyi müqavilə öhdəliklərinin dürüst icra edilməsidir.
Əgər QHT bir layihənin icrasını nəzərdə tutubsa, bunun üçün öhdəlik götürübsə, bunu qüsursuz şəkildə yerinə yetirməlidir. Yoxsa bizi incitmək, hesabatlılığı gecikdirmək, yaxud hesabatlarda kifayət qədər qüsurlara yol verməyə dözə bilmərik. Bununla bağlı müvafiq qərarlar qəbul etmişik və bunu da QHT-lərə açıq şəkildə deyirik. Əgər Şuranın bu cür xəbərdarlıqlarından kimsə nəticə çıxarmasa, müqavilə öhdəliklərini açıq-aşkar şəkildə pozmağa davam etsə, Şura bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək”.
Fərqlənən QHT-lərə sertifikat təqdim olunub

Şura sədri əlavə edib ki, bu il qrant müsabiqəsi ilə bağlı təqdim olunmuş layihələrlə əlaqədar ekspertlərin rəylərini mətbuatda dərc edəcək: “Bu, Şuranın fəaliyyətinin daha şəffaf qurulması istiqamətində atılmış növbəti bir addım olacaq”.
O, hazırda Şuranın nəzdində Apelyasiya Şurasının fəaliyyət göstərdiyini, qrant müsabiqəsindən narazı qalan QHT-lərin müraciətlərinə baxıldığını da nəzərə çatdırıb.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2015-ci ildə Şuranın maliyyələşdirdiyi layihələrin icra səviyyəsinə görə əla, yaxşı, kafi və qeyri-kafi olaraq qruplaşdırıldığını da nəzərə çatdırıb. Daha sonra fəaliyyətində fərqlənən QHT-lərə sertifikatlar təqdim olunub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!