Bütün Türkiyə bu hadisədən danışır – Bir ailə məhv oldu .....                        “Lukoil” Azərbaycanı tərk edir – TARİX ELAN EDİLDİ .....                        Azərbaycanlı milyarderin şirkəti külli miqdarda borca düşdü .....                        Türkiyə bütün sirləri açacaq – Ərdoğan bəyan etdi .....                        Mədinədə faciə yaşandı - 45 nəfər öldü .....                        Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı - FOTO .....                        Ramiz Mehdiyevin gəlininin yerinə TƏYİNAT .....                        Onlar məhkəmə qərarı ilə evlərindən çıxarılır - Nazirlikdən açıqlama .....                        ABŞ vitse-prezidenti qəzaya düşdü .....                       
Tarix : 27-02-2016, 13:04
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Xocalı faciəsi anılıb


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Öncə Xocalı soyqırımının qurbanları 1 dəqiqəlik sükutla yad edilib.
Mərasimi açan Xidmət rəisinin müavini general-mayor Novruzəli Orucov Xocalının işğalı zamanı ermənilərin dəhşətli cinayətlər törətdiklərini deyib: “Xocalıda törədilən soyqırım bütün dünyanın gözü qarşısında baş verdi. Hətta ermənilər özləri də bunu açıq etiraf edirlər. Azərbaycan xalqının düşməni, erməni yazıçısı Zori Balayan “Ruhumuzun canlanması” adlı kitabında Xocalıda törətdikləri cinayət əməlləri geniş şəkildə açıqlayır”.
Novruzəli Orucov Xocalı faciəsinə hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin xüsusi rolu olduğunu qeyd edərək, artıq dünyanın Xocalı faciəsini soyqırım kimi qəbul etdiyini bildirib: “Ermənilər dünyada özlərini məzlum kimi göstərərək böyük cinayət törətdilər. İndi isə dünya ermənilərin əsl kimliyini görməyə başlayır. Artıq bir neçə ölkə, ABŞ-ın ştatları Xocalı faciəsini rəsmi şəkildə soyqırım kimi tanıyıb”.

Daha sonra “Xocalıda Son Gecə” filmi nümayiş etdirilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!