Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 11-04-2016, 12:10
İcra başçısı bəyanat yaydı


Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bəyanat yayıb.

Butov.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, rayon İcra Hakimiyyəti adından yayılan bəyanatda bildirilir ki, son günlər bəzi saytlarda Füzuli rayonu və rayon İcra Hakimiyyətinin başçı Alı Alıyev barədə heç bir fakta söykənməyən, əsassız, qərəzli, ictimaiyyət arasında çaşqınlıq yaradan, şər-böhtan xarakterli yazılar dərc olunur: “Bildiririk ki, aprelin 1-dən 2-ə keçən gecə cəbhə xəttində ermənilərin təxribatının qarşısını alarkən Füzuli rayonundan 4 nəfər şəhid olub, xeyli əsgər və zabit yaralanıb. Düşmən təxribatının qarşısını alarkən qəhrəmanlıq göstərərk şəhidlik zirvəzinə yüksələn bütün şəhidlərimiz kimi füzuli rayonundan olan şəhidlərində də dəfni rayon İcra Hakimiyyəti tərəfindən yüksək səviyyədə, minlərlə insanın iştirakı ilə keçirilib”.

Bəyanatda qeyd olunur ki, cəbhədə baş verən hadisələrə bağlı yaşından, cinsindən və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir kəs bu gün ümumi düşmənimiz olan Ermənistana qarşı mübarizəyə kökləndiyi bir zamanda, bəzi saytların şər böhtan yolunu tutması doğru deyil: “Son hadisələrlə bağlı rayonun ağsaqqalları, ziyalılar, din xadimləri, gənclər sadə insanlar prezident İlham Əliyevə, rayon İcra Hakimiyyətinə müraciət edərək bütün məsələlərdə olduğu kimi hər zaman dövlətin və dövlətçiliyin yanında olduqlarını, Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdiklərini bəyan edirlər. Füzulililər bildirirlər ki, bu gün Azərbaycanın bir düşməni var, bu torpaqlarımızın 20 faizini işğal edən, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamasına səbəb olan Ermənistandır. Bu gün hər bir azərbaycanlı ölkə başçısının ətrafında yumruq kimi birləşməli, ümumi düşmənimiz olan Ermənistana qarşı mübarizə aparmalıdır.

Bəzi saytların rayon İcra Hakimiyyəti başçısı Alı Alıyevin oğlu Elvin Alıyevin dəbdəbəli həyat sürməsi, istifadəsində bir neçə bahalı avtomobil olması barədə yaydıqları məlumatlar da yalan və əsassızdır. Alıyev Elvin Alı oğlu Polis Akademiyasının məzunudur, polis zabitidir. İstifadə etdiyi avtomobil isə Toyota Corolla markalıdır.

Füzuli rayonu cəbhə xəttində yerləşir və ərazisinin böyük bir hissəsi hələ də işğal altındadır. Təəssüf ki, mətbuatın ali məqsədini unudaraq heçə sayan, obyektivlik və peşəkarlıq prinsipindən uzaq olan bu saytlar dəfələrlə Mətbuat Şurasının “qara siyahı”sına daxil edilsələrdə görünür bundan nəticə çıxarmaq istəmirlər.

Sonda bir daha bəyan edirik ki, düşmənin təxribat xarakterli hərəkətlərinə layiqli cavab verən ordumuzun əldə etdiyi qələbə bütün Azərbaycan vətəndaşlarının, o cümlədən füzulililərin qəlbini qürur hissi ilə doldurub”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!