Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                       
Tarix : 11-04-2016, 13:37
Azyaşlını yaralayan Türkiyə vətəndaşı tapılıb


“Keçən il mayın 21-də Sumqayıtda 10 yaşında məktəblini şəxsi avtomabili ilə vuraraq ölümcül hala salan Türkiyə vətəndaşı Arikan Mehmet tapılıb və məhkəməyə gətiriləcək”.

Butov.az xəbər veri ki, bu sözləri Modern.az-a açıqlamasında Sumqayıt Apellyasiya Məhkəməsinin icraçı katibi Bəbir Əliyev deyib. O qeyd edib ki, məhkəmə aprelin 13-də keçiriləcəyi üçün indidən nəsə demək tezdir.

“Biz sahə rəisinə türk vətəndaşını tapmaq üçün müraciət etmişdik. Artıq o tapılıb. Ona məhkəmənin vaxtı bildirilib. Hələ indidən nəticə barədə danışmaq tezdir, iki gün var”. Keçən il mayın 21-də Türkiyə vətəndaşı Arikan Mehmet Sumqayıtda 10 yaşlı məktəblini şəxsi avtomabili ilə vuraraq ölümcül hala salıb. Zərərçəkmiş məktəbli Mərdan Mərdanovun valideynləri bildirir ki, Arikan Mehmet tərəfindən törədilən qəza uşağı elə hala salıb ki, o, normal yeriyə bilmir. Mərdan Mərdanov 22 gün Sumqayıt Travmatologiya Xəstəxanasında yatıb.

Sürücü məktəblinin müalicəsi üçün hətta Türkiyədə kömək göstərəcəyi barədə vədlər versə də, sonradan bu vədlərin arxasından çəkilib.
Şikayətdə bildirilir ki, nə xəstəxanada olarkən, nə də sonra ailəyə yardım edilib.

Müstəntiqlə ekspert birgə videogörüntüyə baxaraq rəy veriblər ki, xarici vətəndaş bu məsələdə təqsirkardır. Buna əsasən İlqar Məmmədov Aslan oğlunun hakimliyi ilə onun məhkəməsi olub. 13 yanvar 2016-ci ildə keçirilən məhkəmədə hakimin qərarı ilə təqsirkar şəxs sürücülük hüququndan məhrum olunmaq və qazancından dövlətə 20 faiz pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Qərar qəbul edildiyi gündən bu vaxta qədər isə zərərçəkən tərəfə heç bir vəsait ödənilməyib.
Nəticədə zərərçəkən tərəf Sumqayıt Məhkəməsindən apellyasiya şikayəti verib. Lakin Apellyasiya Məhkəməsinin Fərmayıl Zeynalın sədrliyilə ilə keçirilən 2 çağırışına Arikan Mehmet gəlməyib.

3-cü çağırış isə aprelin 13-də keçiriləcək. Qəzada ayaq nahiyəsindən yaralanan Mərdan Mərdanov bu səbəbdən məktəbə gedə bilmir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!