Tovuzda ailə münaqişəsi: 1 ölü, 1 yaralı .....                        Patriarx Lukaşenkonu təltif edib .....                        Səfirimiz Britaniyada lobbiçilərin cavabını verdi .....                        Ərdoğandan Ukrayna-Rusiya və Suriya mesajı .....                        Matviyenko İrəvanda Azərbaycanla bağlı bunu istədi .....                        Kremldən Tramp-Mask qarşıdurmasına reaksiya .....                        Paşinyan Matviyenko ilə görüşdü .....                        Paytaxtda qurbanlıq heyvanları bu qiymətə satırlar .....                        Azərbaycanda bank kartları yenə talandı .....                       
Tarix : 3-12-2015, 10:26
Mirşahin Ağayevlə MTRŞ arasında məhkəmələr davam edir



Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı apellyasiya şikayətləri üzrə səkkiz məhkəmə işi başa çatıb.

Butov.az-ın "Report"a istinadən məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi şirkətin şikayətlərini təmin edib və birinci instansiya məhkəməsinin qərarları ləğv olunub. İşlər baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın 5 oktyabr 2015-ci il tarixli - 09/3 saylı, 09/4 saylı, 09/5 saylı,09/6 saylı, 09/7 saylı, 09/10 saylı və 13 oktyabr 2015-ci il tarixli 10/2 saylı qərarından şikayət edib və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılması barədə Səbail Rayon Məhkəməsində tələb irəli sürüb. Məhkəmə həmin iddiaları rədd edib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev apellyasiya şikayəti verib.

Xatırladaq ki, bu həftə Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı 8 şikayətinə baxılıb. Həftənin sonunadək şirkətin daha 5 şikayətinə baxılacağı gözlənilir. Şuranın 9 dəfə məhkəməyə verilməsi ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru M.Ağayev tərəfindən olub. Digər 4 halda isə televiziya kanalının müdafiəçiləri tərəfindən məhkəməyə müraciət edilib


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!