Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 1-10-2015, 09:48
Teleradio Şurası ANS-i HƏDƏLƏDİ: “Davam etsələr, cəza tədbirləri olacaq”


Butov.az modern.az saytına istinadən xəbər verir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sentyabrın 30-da keçirilən iclasında ANS televiziyasının efirində yayımlanan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarında sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğu, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna çevrildiyi nəzərə alınaraq, bu verilişlərin yayımının 1 ay müddətinə dayandırılması qərara alınıb. Bu qərardan narazı qalan ANS TV-nin baş direktoru Mirşahin Ağayev Teleradio Şurasını məhkəməyə verəcəyini açıqlayıb. Mirşahin Ağayev MTRŞ sədri Nuşirəvan Məhərrəmlini “Onun Xoşqədəm problemi var” deyə ittiham edib.

MTRŞ-nın bu açıqlamaya cavabı gecikməyib. Şuranın aparat rəhbəri Toğrul Məmmədov Modern.az saytına bildirib ki, hər bir Azərbaycan vətəndaşının məhkəməyə müraciət etmək hüququ var:

“ANS-in yarıtmaz fəaliyyətinin nəticəsidir ki, proqram siyasətində əhalinin çoxsaylı narazılığına səbəb olan bayağı verilişlər yayımlanır. Uzun müddətdir ki, əhalinin müxtəlif təbəqəsi verilişlərlə bağlı narazılıqlarını şuraya bildirirdi. Şou xarakterli, bayağı, milli-mənəvi dəyərlərə uyğun olmayan verilişlərin yayımı “Televiziya və radio yayımı” haqqında qanunun tələblərinin pozulması kimi qiymətləndirilir. Qanunun 32-ci maddəsinə əsasən, proqram yayımına bir sıra tələblər verilib. Maddədə milli-mənəvi dəyərlərə ardıcıl şəkildə əməl olunması, şəxslərin hüquq və azadlıqlarının qorunması və s. kimi tələblər var. Qeyd edim ki, bu tip verilişlərin dayandırılması bundan sonra da davam etdiriləcək”.

Toğrul Məmmədov Mirşahin Ağayevin “verilişin dayandırılması Xoşqədəm Hidayəqızına qarşı atılmış addımdır” fikrinə cavab olaraq deyib ki, bu, onun şəxsi mülahizəsidir:

“Hər bir insan istədiyi fikri söyləməkdə sərbəstdir. Burada söhbət əhalinin müxtəlif təbəqələrinin yekdil fikrindən, bu cür verilişlərdən narazılığından gedir. Milli Televiziya və Radio Şurası da əsasnaməyə uyğun olaraq dövlətin və cəmiyyətin mənafeyinə xidmət edir”.

MTRŞ-nın qərarında göstərilir ki, “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” verilişlərinin fəaliyyəti 1 ay müddətinə dayandırılır. Belədə hər iki veriliş 1 aydan sonra fəaliyyətini bərpa edə bilər?..

T.Məmmədov suala belə cavab verib:

““Televiziya və radio yayımı” haqqında qanunun 23.1 maddəsinə əsasən, şuraya həm proqramın, həm də xüsusi lisenziyanın qüvvəsinin 1 ay müddətinə dayandırılması səlahiyyəti verilib. Şura bu səlahiyyətdən istifadə edərək belə bir qərar çıxarıb. Qərarda da gösətirilib ki, həmin proqramların efir vaxtında mədəni, maarifçilik, intellektual xarakterli proqramların yayımı ANS telekanalı tərəfindən təmin edilməlidir. Əgər bu qərardan sonra bu cür hallar davam edəcəksə, əlbəttə cəza tədbirləri olacaq”.

Qurum rəsmisi şuranın verilişin bağlanmasında səlahiyyətli olmadığı iddiasını da cavablandırıb:

“Qanunvericiliyin tələblərindən xəbəri olmayan insanlar deyə bilər ki, şuranın verilişin yayımını dayandırmaq hüququ yoxdur. 2015-ci ilin fevral ayında “Televiziya və radio yayımı” haqqında qanuna edilmiş dəyişikliyə əsasən, bu səlahiyyət şuraya verilib. Sentyabr ayında da prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası” haqqında əsasnamənin 8.11-1-ci bəndinə əsasən, qanunvericiliyin tələbləri və lisenziyanın şərtləri pozulduğu təqdirdə şura lisenziyanı 1 ay müddətinə ləğv etmək, həm də proqramı 1 ay müddətinə dayandırmaq ixtiyarındadır”.


Butov.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!