“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 26-04-2016, 17:15
Girovlara işgəncə verilib? - RƏSMİ



Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) erməni girovluğunda saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncə verilməsi ilə bağlı səslənən fikirlərə dair açıqlama verib.

Butov.az xəbər verir ki, qurumun Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az saytına deyib ki, saxlanan şəxslərə sonuncu dəfə aprel ayının 21-də baş çəkilib:

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin bütün dünyada iş prinsipi belədir ki, baş çəkdiyi şəxslər barədə ictimaiyyəti məlumatlandırmır, fiziki durumu barədə açıqlama vermir. O ki, qaldı məktub yazıb-yazmamalarına, qeyd edim ki, saxlanılan şəxslər məlumatları ailələrinə müxtəlif növdə göndərə bilərlər. Bu məlumat şifahi və yazılı da ola bilər”.

İ.Hüseynova deyib ki, saxlanılan şəxslərdən ailələrinə məlumat çatdırılıb: “Bu dəfə yazılı məlumatın olmaması saxlanılan şəxslərin fiziki durumunun yaxşı olmaması anlamına gəlmir və heç bir şeyə dəlalət etmir”.


Qeyd edək ki, azərbaycanlı girovların ailələri sonuncu başçəkmədən sonra Dilqəm Əsgərov və Şahbaz Quliyevdən yazılı informasiya ala bilməyib. Ailə üzvlərinin bildirdiklərinə görə, BQXK rəsmiləri məktub yazılmamasını cəbhədə vəziyyətin gərginləşməsilə izah ediblər.

Yaxınları Komitənin şifahi olaraq “yaxşıdılar” informasiyana inanmır, onlara işgəncə verildiyini iddia ediblər.

2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qurulan “məhkəmə” qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!