Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 23-01-2015, 17:15
Cavid Qurbanov: “Dövlətimiz onların azad olunması üçün bütün mümkün vasitələrdən istifadə edir və edəcək”

Məlumdur ki, 2014-cü ilin iyulunda üç azərbaycanlı - Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov silahsız, tam əliyalın uzun illərdir düşmən işğalında olan ata yurdları Kəlbəcəri görməyə gedərkən işğalçı ölkənin silahlı qrupları tərəfindən girov götürülüblər. Soydaşlarımıza edilən işgəncələr nəticəsində Həsən Həsənov dünyasını dəyişdi, hazırda Şuşada saxlanan digər iki girova qarşı da işgəncələr davam edir. Azərbaycan dövləti onların azad olunması üçün məsələni beynəlxalq müstəviyə qaldırsa da hələ ki, işğalçı dövlət heç bir addım atmayıb. Cəmiyyətimiz də bu məsələyə həssas yanaşır, rəsmi və qeyri-rəsmi qurumlar QHT-lər, ictimaiyyət hər an iki soydaşımızın azad olunmasına çalışır, dua edir, ailələri ilə görüşüb dərdlərinə şərik olurlar.
Amma təəssüf ki, baş verdiyi gündən bu hadisə cəmiyyətimizdə birmənalı qarşılanmadı. Müxtəlif fikirlər yarandı və hər ikisi də mətbuatda səsləndi. Belə ağır günlərdə Kəlbəcər camaatının, xüsusilə girovların ailələrinin yanında olan, onlara mənəvi dəstək olanlardan biri də, 123 saylı Kəlbəcər seçki dairəsindən III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş Cavid Qurbanovdur. O, hələ deputat seçilməzdən öncə də Kəlbəcər sakinlərinin yanında olmuş, dərd-səriylə maraqlanmış, problemlərinin həllində birbaşa iştirak etmişdir. Kəlbəcərlilər deyir ki, Cavid Qurbanov hər bir seçicisinin deputatıdır və biz onun diqqət və qayğısını hər gün daha çox hiss edirik. Biz də bunu nəzərə alaraq bəhs etdiyimiz məsələ ilə bağlı Milli Məclisin deputatı Cavid Qurbanova müraciət etdik:
- 25 ildən artıqdır ki, Erməistanın Azərbaycan torpaqlarına təcavüzü və bu təcavüz nəticəsində 20 fazidən artıq ərazimizin erməni işğalçıları tərəfindən zəbt olunması, bir milyondan çox soydaşımızın dədə-baba torpaqlarından zorla çıxarılaraq qaçqın və məcburi köçkünə çevrilməsi bu gün də ən ağrılı problem olaraq qalır. Təəssüf ki, münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər və başqa bir çox beynəlxalq qurumlar nəinki Ermənistanı cəzalandırmır, əksinə təcavüzkar dövlətə açıq və gizli şəkildə dəstək göstərməkdə davam edirlər. Dünyanın problemə bu şəkildə - ikili standart mövqeyindən yanaşması nəticədə illərdir problemin həll olunmasına imkan vermir, Azərbaycan ən çox ikili yanaşmadan əziyyət çəkir ki, bunu hamımız bilirik, görürük. Ölkə prezidenti də dəfələrlə xarici ölkələrdəki çıxışlarında bunu birbaşa söyləyib, dünyanı haqqı-gerçəyi görməyə çağırıb.
Bir neçə ay öncə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundan məcburi köçkün Dilqəm Əsgərov, Şahbaz Quliyev və Cəbrayıl rayonundan məcburi köçkün Həsən Həsənov ata-baba torpaqlarını, əzizlərinin məzarlarını ziyarət etmək məqsədilə işğal altında olan Kəlbəcər rayonuna getmiş və orada işğalçı erməni ordusunun əsgərləri tərəfindən girov götürülmüşlər. Təəssüf ki, Həsən Həsənov öldürülüb. Onlar mülki şəxsdirlər, üstlərində silah-sursat da olmayıb. Doğma yurdlarına getmək istəyi, əzizlərinin və yaxınlarının qəbirlərini ziyarət etmək arzusu təbiidir. Girov götürülməzdən əvvəl də
Cavid Qurbanov: “Dövlətimiz onların azad olunması üçün bütün mümkün vasitələrdən istifadə edir və edəcək”
Dilqəmgil bir neçə dəfə Kəlbəcə getmiş, oraya köçürülmüş ermənilərə heç bir zərər verməmişlər. Ermənistan bu vətəndaşların aid olduğu vətəni, torpağı heç bir haqq-hüququ olmadan işğal edib. Ermənistanın müdafiə nazirinin orada yaşamağa birmənalı haqqı olan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun “diversant” və ya “silahlı qrup” kimi təqdim etməsindən bəlli idi ki, bu işğaıçı ölkə soydaşlarımıza işgəncə verəcək, zülm edəcək. İşğal olunmuş ərazilər BMT, o cümlədən dünya tərəfindən tanınan və qəbul edilən suveren Azərbaycan torpağıdır. Bu, beynəlxalq hüquq tərəfindən də təsbit olunmuşdur. Hüquqi cəhətdən də onlar heç bir dövlət sərhəddini pozmamış, vətənlərinə getmişlər. Azərbaycanlıların orada hərəkət etməsinə heç bir dövlət, heç bir kəs qadağa qoya bilməz. Biz bununla bağlı həqiqəti dünyaya nümayiş etdirmişik, lakin ermənilər faşist əməllərindən əl çəkmir, beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edirlər.
Azərbaycan güclü dövlətdir və istədiyi an torpaqları işğaldan azad etmək qüdrətində olan ordusu var. Lakin dövlətimiz beynəlxalq ictimaiyyətin, torpaqların sülh yolu ilə azad edilməsi çağırışına hörmətlə yanaşaraq, məsələnin ədalətlə, qan tökülmədən həllinə çalışır. Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı cənab prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 7 beynəlxalq təşkilata, o cümlədən BMT baş katibinə,Avropa Şurası, Avropa İttifaqı və ATƏT rəhbərlərinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, İnsan Hüquqları komissiyalarının sədrlərinə rəsmi müraciət göndərilib. Bütün nüfuzlu beynəlxalq qurumlara Azərbaycan hökuməti adından müraciət edilib. Təəssüflər olsun ki, bəzi qurumlar azərbaycanlı girovlarla bağlı məsələyə biganə yanaşır. Mən də Kəlbəcərdən olan millət vəkili kimi düşmən əlində əziyyət çəkən soydaşlarımın durumuna görə narahatam, ailələrinin nələr çəkdiyini onlar qədər çəkirəm. Aylardır gözləri yoldadı, gərginlik içində xoş xəbər gözləyirlər. İnanın, hamımıza çətindir. Nə Dilqəm, nə də dostları ələ keçəsi oğullar deyildilər. Onların valideynlərinin, ailələrinin, övladlarının üzünə baxmaq olmur, ümidlə bizdən xəbər gözləyirlər.
Bilirsiniz ki, xəbər yayıldıqdan dərhal sonra cənab prezident durumu nəzarətə götürdü. Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər müvafiq qurumlar girovlarımızın azad edilməsi üçün prezidentimizin tapşırığına uyğun olaraq məsələni hüquqi müstəvidə həll etməyə çalışdılar və bu yöndə çalışmalar davam etdirilir. Sonun müsbət nəticələnəcəyinə hamımız ümid edirik və inanırıq. Yadınızdadırsa 2014-cü il avqustun 10-da Soçidə Rusiya prezidenti Putinin də qatıldığı görüşdə prezident İlham Əliyev girovlarımızla bağlı məsələni gündəmə gətirdi və tələb etdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Bazeldə və bu günlərdə Moskvada keçirdiyi mətbuat konfranslarında Ermənistan silahlı qüvvələrinin girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin tezliklə azad edilməsi barədə çağırış edib. Dilqəm Əsgərovun Rusiya vətəndaşı olması və Rusiyanın bu məsələdəki mövqeyini daha da gücləndirib.
Təssüf edirəm ki, bu hadisə baş verdiyi gündən cəmiyyətimizdə birmənalı qarşılanmadı. Bəziləri hətta üç nəfəri Kəlbəcərə getməkdə qınadı, bu barədə mətbuata müsahibə də verdilər. Bu vətənpərvər insanlar nə günah işlədiblər ki, doğulub böyüdükləri yurdlarına, evlərinə gedə bilməsinlər?! Dilqəmgilin heç bir başqa məqsədləri yox idi, sadəcə vətənlərini görmək istəyirdilər. Bir başqaları isə dövlətin və hökumətin onların azad edilməsi uğrunda çalışmadığına iddialanaraq, mitinq və ya küçə yürüşünə çıxmağa cəhd edirlər. Yuxarıda dediyim kimi hər şey göz önündədir. Bu məsələ şəxsən cənab prezidentin nəzarətindədir və müvafiq strukturlar girovlarımızın azad edilməsi üçün əllərindən gələni edirlər. İstər dövlət, istərsə də girovların ailələri cəmiyyətdən birmənalı dəstək gözləyirlər. Belə olan təqdirdə fikrimcə cəmiyyətin də münasibəti birmənalı olmalıdır. Bundan başqa Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında da separatçı rejiminin təşkil etdiyi "məhkəmə”nin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə çıxardığı "hökm”lə bağlı da məsələ müzakirə olunmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşündə onlardan tələb edib ki, Ermənistan tərəfindən girov götürülən soydaşlarımızın tez bir zamanda azad olunması üçün bu ölkə qarşısında məsələ qaldırsınlar. Dövlətimiz girovların azad edilməsi üçün maksimum çalışır. Onları azad edənədək mübarizəmizi aparacağıq. Mən inanıram ki, hər iki soydaşımız sağ-salamatdırlar və sağ-salamat da vətənə gələcəklər.
- Cavid müəllim, bir neçə gün öncə Rusiyanın “Rossiya 1” kanalında yayımlanan “Vladimir Solovyovla bazar axşamı” adlı verilişində Azərbaycana qarşı növbəti təxribata yol verildi. Ukraynadaki siyasi vəziyyətə, Donbas və Luqansk vilayətlərində baş verən proseslərə həsr olunmuş verilişdə “Luqansk xalq respublikaları"nın mövcudluğu və gələcək perspektivləri müzakirə olunarkən Rusiya Dumasının sabiq deputatı, Boris Nadejdin Donetsk və Luqanskın heç bir zaman müstəqil siyasət həyata keçirə bilməyəcəyini, orada yaşayanların iqtisadi vəziyyətinin heç vaxt düzəlməyəcəyini söylərkən aparıcı Solovyov "Bəs Dağlıq Qarabağ bu gün necə mövcuddur?" deyə soruşdu. B.Nadejdin Dağlıq Qarabağın bir dövlət kimi mövcud olmadığını, həmin ərazilərin Azərbaycanın tərkib hissəsi olduğunu bildirsə də, Solovyov həyasızcasına buna etiraz edərək Dağlıq Qarabağın "müstəqil" olduğunu əsaslandırmağa çalışdı.
- Əlbəttə, bunlardan xəbərimiz var. Solovyov əvvəllər də bir neçə dəfə aparıcısı olduğu verilişdə xalqımıza qarşı təxribat xarakterli fikirlər söyləyib. Rusiyanın bir neçə kanalı və mətbuat orqanı, o cümlədən dediyiniz həmin Solovyov ermənipərəst mövqeyi ilə tanınır. Donetsk ilə Dağlıq Qarabağın hüquqi statusunu eyniləşdirmək və problemin həllinə belə mövqedən yanaşmaq nə təsadüfidir, nə də bilməzlikdən irəli gəlir. Solovyov və onun kimi erməni dəyirmanına su tökənlər yaxşı bilirlər ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və başda Rusiya dövləti olmaqla bütün dünya Azərbaycan ərazisini belə tanıyır. Onun bu cür təxribatçı hərəkətlərini Ermənistan prezidenti Sərkisyan fəxri medalla təltif edib. Yəni hər şey göz qabağındadır. Demək bu, öz payın alıb. Solovyov və onun kimi bir neçə muzdlu “mirzələr” və muzdlu “aparıcıların” verilişlərində Azərbaycana qarşı etdikləri təxribatlar iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir. Azərbaycan və Rusiya prezidentlərinin yürütdüyü siyasət nəticəsində iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və onlar hər görüşlərində münasibətlərin daha da yaxşılaşmasının vacibliyini vurğulayırlar. Mən həmin kanalın rəhbərliyinə aparıcının verilişdə xalqımıza və ərazi bütövlüyümüzə qarşı söylədiyi təxribatçı fikirlərinə kəskin etiraz bəyanatımı göndərmiş, kanalın düzgün mövqe nümayiş etdirmədiyini, Azərbaycana qarşı açıq- aşkar düşmən mövqe tutduğunu bildirərək xalqımızdan üzr istəməsini tələb etmişəm. Milli Məclisin yaz sessiyasının ilk iclasında da Rusiyanın bəzi televiziya proqramlarının və mətbuatının xalqımıza qarşı qərəzli olduğunu bir daha diqqətə çatdıracam, bu cür birtərəfli, qərəzli və separatçı verilişlərə son qoyulması üçün Milli Məclisin Rusiya Dövlət Dumasına rəsmi müraciət göndərməsinə çalışacam.
V.Bəhluloğlu


Paylaş



Bölmə: Xəbər / Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!