Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ .....                        Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş .....                        Müsəlmanları təhqir edən qadın həbs edildi .....                        Tayvan ətrafında gərginlik: Çin 26 döyüş təyyarəsi göndərdi .....                        İran bu raketi ilk dəfə istifadə etdi .....                        İslamın yanlış təqdim edilməsi qəbuledilməzdir - Azərbaycan XİN .....                        Daha 18 nəfər İrandan Azərbaycana təxliyə olundu .....                        Ramazan ayının 25-ci gününün iftar vaxtı .....                        Bəhreyndə İran casusları saxlanıldı .....                       
Tarix : 28-05-2016, 09:15
Təhlükəyə qarşı Beynəlxalq Koalisiya: Dörd ölkənin QHT-si birləşir


Hazırkı mərhələdə region üçün ən böyük təhlükə mənbəyi Ermənistandakı "Metsamor" Atom-Elektrik Stansiyasıdır.

Azərbaycanda fəaliyyət göstərən bəzi QHT rəhbərləri ilə söhbətimizdə təklifin reallaşması üçün geniş imkanların və bütün bunların fonunda istəklərin olduğunu bildirdilər.(sesqazeti.az)
Təhlükəyə qarşı Beynəlxalq Koalisiya: Dörd ölkənin QHT-si birləşir

"Şəmsi Əsədullayev" Xeyriyyə İctimai Birliyinin nümayəndəsi Cəsarət Hüseynzadə:

- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin "Metsamor" AES-in bağlanması üçün Beynəlxalq Koalisiyasının yaradılması təklifinə ölkədaxili və xaricdə olan QHT-lərdən dərhal dəstək gəldi. "Metsamor" AES-in doğurduğu təhlükə yalnız Ermənistanın deyil, bütün region üçün təhlükəsi nəzərə alınarsa, koalisiyanın tərkibinin Azərbaycan, Gürcüstan, Türkiyə və İran QHT-ləri ilə məhdudlaşmayacağına əmin olmaq olar. Fikrimcə, formalaşan Beynəlxalq Koalisiya rəsmi tədbirlərlə yanaşı, başqa effekti təbliğat üsullarından da istifadə etməklə, problemi dünya ictimaiyyətinə, beynəlxalq təşkilatların nəzərinə çatdırmalıdır. Bildiyimiz kimi, ilk növbədə petisiya təşkil edilib. Bundan başqa, sosial çarxların hazırlanması, xarici ölkələrdə flaşmobların keçirilməsi, "Çernobıl", "Fukusima-1" faciələrinin yenidən gündəmə gətirilməsi labüddür. Koalisiya formalaşdırdıqdan sonra dərhal Azərbaycan, Gürcüstan, Türkiyə və İranda paralel təbliğat işləri aparılmalıdır. Vətəndaş cəmiyyəti nümayəndələri olaraq, biz bu istiqamətdə səylərimizi birləşdirməliyik və hər bir təşkilat üzərinə düşən məsuliyyəti dərk edərək, regionun xilas olunmasında iştirak etməlidir.

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov:

- Region üçün ən böyük təhlükə mənbəyi olan Ermənistandakı "Mesamor" Atom-Elektrik Stansiyasının təhlükəsinin qarşısının alınması üçün təkcə qonşu ölkələr deyil, o cümlədən Rusiya da maraqlı olmalıdır. Ümumiyyətlə, dünya ölkələri və beynəlxalq təşkilatlar da bu təhlükənin qarşısının alınması işində maraqlı olmalı və bu istiqamətdə sərt addımlar atmalıdırlar. Çünki uzun illərdir ki, istismarda olan stansiya artıq köhnəlib, ciddi nasazıqlarlala üzləşib. Nəzərə almaq lazımdır ki, istismara verildiyi 1976-cı ildən bu günə qədər stansiyada dəfələrlə qəzalar baş verib. Növbəti qəza isə nəticəsi təsəvvür edilməyən dəhşətli faciələr deməkdir. S.Sarkisyan rejimi bunun fərqini başa düşməli və ya ona başa salınmalıdır. Bir sözlə, region ciddi təhlükə qarşısındadır və bu təhlükənin qarşı isə vaxtında alınmalıdır.
Butov.az


Paylaş



Bölmə: Xəbər / Sosial / Karusel / Slayd
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!