Direktor müəllimləri təhqir edib? - Araşdırma aparılır .....                        "Səssiz ölüm" - Hikmət Hacıyevdən paylaşım .....                        Ağ Evdəki danışıqların yeganə qalibi Putindir .....                        Parisdə verilən 220 medal geri qaytarılıb .....                        Putin-Zelenski görüşü bir şərtlə baş tuta bilər .....                        Hakan Fidan Lavrovla Ukrayna məsələsini müzakirə etdi .....                        ABŞ-Avropa müttəfiqliyi sona yetir - Türkiyə faktoru önə çıxır .....                        Hacıqabulda qatar uşağı vurub öldürdü .....                        Paşinyan Bakıya təklif verib: “Hələ açıqlaya bilmərəm” .....                       
Tarix : 24-05-2016, 12:07
İlham Əliyevin İstanbuldan verdiyi 3 mesaj


Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il başlayandan faktiki hər ay bu və ya digər səbəblə Türkiyədə səfərdə olub. Türkiyə və Azərbaycan prezidentlərinin dostluğu getdikcə güclənir. Təsadüfi deyil ki, mayın 23-də İstanbulda keçirilən Dünya Humanitar Sammitinə qatılan onlarla lider şəkil çəkdirərkən Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın bir tərəfindən BMT baş katibi Pan Gi Mun, digər tərəfində İlham Əliyev dayanmışdı. Bu Ərdoğanın Əliyevlə və Azərbaycanla münasibətlərə verdiyi önəmdən irəli gəlir.

Butov.az-ın AzVision.az-a istinadən məlumatına görə, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O, prezident İlham Əliyevin sammit çərçivəsində ikitərəfli görüşlər keçirdiyini xatırladıb: “Əliyevin Ərdoğanla görüşündə əsas müzakirə mövzusu Dağlıq Qarabağ oldu. Böyük ehtimalla bu müzakirəyə daha çox Ərdoğanın ehtiyacı olub. Çünki Ərdoğan ABŞ, Fransa və Rusiyanın xarici işlər nazirlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirdikləri görüşün detalları haqqında məlumat almaq istəyə bilərdi.

İlham Əliyev İstanbulda Ukrayna prezidenti Pyotr Poroşenko ilə də görüşdü. Azərbaycan və Ukrayna prezidentləri müxtəlif beynəlxalq tədbirlər çərçivəsində bir neçə dəfə görüşüblər. Budəfəki görüşün əsas məqsədi Ukrayna prezidentinin Azərbaycana səfərini müzakirə etmək idi. Böyük ehtimalla Poroşenko 2016-cı ilin sonuna qədər Azərbaycana rəsmi səfər edəcək”.

İlham Əliyevin İstanbuldan verdiyi 3 mesaj



E.Şahinoğlunun fikrincə, prezident İlham Əliyevin Dünya Humanitar Sammitindəki çıxışını 3 hissəyə bölmək olar:

“İlham Əliyev çıxışının birinci hissəsini Dağlıq Qarabağ münaqişəsinə həsr etdi. Azərbabaycan prezidenti tədbirdə BMT baş katibinin iştirakından istifadə edərək (Bakıdakı Qlobal Foruma gəlməkdən son anda vaz keçmişdi) öz iradını çatdırdı. İrad bundan ibarət idi ki, BMT-nin bəzi hallarda qətnamələri bir neçə həftəyə icra edilir, ancaq Azərbaycanın işğal altındakı torpaqlarıyla bağlı 4 qətnaməsi 22 ildir yerinə yetirilmir.

İlham Əliyevin çıxışının ikinci hissəsində diqqəti Ermənistanda yerləşən “Metsamor” atom elektrik stansiyasına yönəltdi. Ümumiyyətlə son həftələr rəsmi Bakı bu mövzunu beynəlxalq aləmdə aktuallaşdırmağa çalışır. Bunun iki səbəbi var. Birinci səbəbi odur ki, avadanlıqları köhnəlmiş “Metsamor” atom elektrik stansiyası bölgə üçün təhlükə mənbəyidir, ikinci Çernobıl hadisəsinin təkrarlanması ehtimalı az deyil. İkinci səbəb isə odur ki, Ermənistan hakimiyyəti atom elektrik stansiyasının tullantılarından “çirkli bomba” hazırlaya bilər və bu haqda siqnalların sayı getdikcə çoxalır.

İlham Əliyevin çıxışının üçüncü hissəsi Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlı qaçqınlarla bağlı idi. Yəni Azərbaycan dövlət başçısı dünyaya bu mesajı verdi ki, beynəlxalq aləm işğal nəticəsində azərbaycanlı qaçqınlarının varlığını da unutmamalıdır”.

Politoloqun sözlərinə görə, ölkə başçısının İstanbuldakı çıxışı bölgədə vəziyyətin yenidən gərginləşə biləcəyindən oncə beynəlxalq aləmə son xəbərdarlıq mesajı kimi də qiymətləndirilə bilər. Çünki, Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayının sonundakı görüşündən də nəticə çıxmazsa bölgədə toqquşmaların baş verməsi ehtimalı yenidən artacaq.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!