Xaricdən bir telefon gətirsəniz də, bu halda rüsum ödəyəcəksiniz .....                        Tramp yenidən Xameneini hədələdi .....                        "Oğlumu bıçaqlayıb dərəyə atıblar": Meyiti tapılan şəxsin anasından şok iddia .....                        "Görüş əsaslı və məhsuldar keçdi" - Umerov .....                        İmamoğlu barəsində "casusluq işi" üzrə ittiham aktı hazırlanıb .....                        Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib .....                        Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib .....                        Ermənistanın Baş naziri: "Sülh hər kəsə lazımdır" .....                        Paşinyan: "Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar" .....                       
Tarix : 4-05-2016, 15:45
Ermənistan “çirkli bomba” hazırlaya bilər



"Ermənistanın nüvə materialından "çirkli bombaların" yaradılması üçün istifadə oluna bilər".

Bu barədə Beqin-Sadat Mərkəzinin və Bar-İlan Universitetinin baş elmi işçisi Aleksandr Murison ABŞ-da nəşr olunan "Washington Times" jurnalında yazır.

Murisonun fikrincə, bu yaxınlarda ABŞ-ın paytaxtında keçirilən "Nüvə təhlükəsizliyi üzrə dördüncü Sammit"də "qaydaları pozan" ölkələrə sanksiyaların tətbiqi barədə mövzular müzakirə oluna bilərdi. Amma Barak Obamanın səyləri nəticəsində sammit sülhsevər liderlərlə səmimi söhbətlərlə baş tutub.

Bundan başqa, alim hesab edir ki, sammitdə Azərbaycan prezidenti İlham Əliyev çox səmimi qarşılanıb və iki ölkə arasında strateji əməkdaşlıq və həmrəylik müzakirə olunub.

Murison yazır ki, Cənubi Qafqazla bağlı böyük həyəcan keçirən Gürcüstan hakimiyyəti bir neçə Ermənistan vətəndaşının saxlanılması barədə məlumat yayıb, şikayətini dilə gətirib. Məlumata görə, bir neçə gün əvvəl Gürcüstanda 200 milyon dollar dəyərində nüvə materialları satmaq istəyən bir neçə erməni və Gürcüstan vətəndaşı saxlanılıb. Onların satmağa çalışdığı Uran-238 yüksək radioaktiv maddə öldürücü qurğuların hazırlanmasında istifadə olunur.

"Ermənistan nüvə materiallarından təhlükəli "çirkli bomba" hazırlaya bilər"

""Çirkli bombalar" terrorizmlə mübarizədə bütün dünya üzrə birinci dərəcəli təhlükəli əhəmiyyətə malikdir. Ermənistanın da bu bombaları xüsusən Azərbaycanın işğal etdiyi ərazilərində hazırlaması barədə məlumatlar var. Hazırda, çox güman ki, həmin ərazilərdə Ermənistan qaçaqmalçılıqla məşğul olur - buraya nüvə materiallarından tutmuş, təhlükəli silah və narkotik maddələr də aiddir".

Onun sözlərinə görə, Ermənistanın reaktorunun təhlükəsizliyi məsələsi Vaşinqtonda keçirilən sammitdə də müzakirə olunub. Bu müzakirəyə əsasən, ABŞ prezidenti ilə regionun iki ən görkəmli lideri - Azərbaycan və Türkiyə prezidentləri - İlham Əliyev, Rəcəb Tayyip Ərdoğanla danışılıb.

Ermənistan prezidenti Serj Sarkisyan isə bütün ittihamları rədd edib. Ermənistandakı reaktor ancaq təhlükəsizliyə hədə deyil, həm də "çirkli bomba" üçün potensial radioaktiv material mənbəyi ola bilər".
Ermənistan “çirkli bomba” hazırlaya bilər


"Washington Times"da yer alan məqalə

Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti martın 31-də başlayıb və aprelin 1-də başa çatıb. Sammitin ilk plenar iclası "Nüvə təhlükəsizliyinin gücləndirilməsi üzrə milli tədbirlər" mövzusuna həsr olunub.

Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində 50-dən çox ölkənin lideri iştirak edir. Onlardan biri də Azərbaycan prezidenti İlham Əliyev olub.

Azərbaycan prezidenti bir sıra mühüm görüşlər keçirib. Prezident Vaşinqtonda ABŞ prezidenti Barak Obama, dövlət katibi Con Kerri, vitse-prezident Co Bayden ilə görüşüb.

Dövlət başçısı bütün görüşlərində Dağlıq Qarabağ məsələsini qaldırıb. Dövlət katibi Con Kerri və vitse-prezident Co Bayden bəyan edib ki, rəsmi Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.


Anspress.com


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!