Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
Tarix : 31-05-2016, 10:07
İsveçdə "Oyanışdan Qurtuluşa" həftəsi sona çatdı


Mayın 22-də Stokholmda Güney Azərbaycan Konqresinin təşkilatçılığı, habelə Odlar Yurdu dərnəyi və milli fəal Rza Qaraçayın əməkdaşlığı ilə 22 May Güney Azərbaycanda Oyanış Hərəkatının başlanması və 28 May Cumhuriyyət Günümüz münasibətilə start götürən "Oyanışdan Qurtuluşa" adlı tədbirlər həftəsi sona çatıb. "Oyanışdan Qurtuluşa" həftəsinə Borçalı Cəmiyyətinin sədri, tanınmış ictimai xadim Zəlimxan Məmmədli və Ümid Partiyasının sədr müavini Rüfət Muradlı dəvətli idilər. Açılış tədbirində onların obyektiv səbəblərə görə tədbirdə iştirak edə bilməmələri iştirakçıların nəzərinə çatdırılıb və Zəlimxan bəyin göndərdiyi müraciət oxunub. Təqbirdə elan olunub ki, ictimai-siyasi, elmi və incəsənət fəaliyyətlərində Güney Azərbaycan məsələsini hər zaman diqqətdə saxladığına və Güneydəki soydaşlarının haqlı mübarizəsinə daim dəstək olduqlarına görə Güney Azərbaycan Konqresinin 22 may (1 xordad) tarixli qərarı ilə İqbal Ağazadə, Zəlimxan Məmmədli, Rüfət Muradlı, Yasəmən Qaraqoyunlu, Solmaz Kosayeva və AMEA Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin əməkdaşları Seyid Cəfər Pişevəri mükafatına layiq görülüblər. Tədbirin davamında Odlar Yurdu dərnəyinin sədri Sevinc Bakılı və digər iştirakçılar 22 may və 28 may münasibətləri haqqında çıxış ediblər. Sonda Güney Azərbaycan Konqresinin 10 illiyi münasibətilə təbriklər səslənib və GAK-nin gördüyü işlər, apardığı mübarizə barədə danışılıb.
İsveçdə "Oyanışdan Qurtuluşa" həftəsi sona çatdı
İsveçdə "Oyanışdan Qurtuluşa" həftəsi sona çatdı

"Oyanışdan Qurtuluşa" adlı həftə çərçivəsində Güney Azərbaycandakı son durum, milli haqlar uğrunda soydaşlarımızın mübarizəsi, habelə Quzey Azərbaycanın İstiqlala qovuşmasından sonra üzləşdiyi sorunlar, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı İsveç Parlamentinin deputatları ilə görüşlər həyata keçirilib. GAK-nin sədri Abdulla Əmir Haşimi Cavanşirin rəhbərliyi və İsveç Qarabağ Cəmiyyətinin sədri Ayda Əmir Haşiminin iştirakı ilə mayın 24-də Moderatlar Partiyasından parlamentarlar Kristina Lutz və Marqaret Cederfeld, daha sonra Sosial demokrat millət vəkili Andrine Vinter ilə görüşlır gerçəkləşdirilərək o taylı, bu taylı Azərbaycanın həqiqətləri onların diqqətinə çatdırılıb. Bundan başqa həmin heyətin İsveç Xarici İşlər Nazirliyində də analoji mövzuda görüşü olmuşdur.
Həftə çərçivəsində tədbirlərdən biri də Sevinc Bakılının rəhbərlik etdiyi İsveç Odlar Yurdu Cəmiyyətinin təşəbbüsü ilə keçirilən 28 May Cumhuriyyət Günü ilə bağlı olmuşdur. Tədbir Dtokholmda yaşayan soydaşlarımızın çıxışları və bayram ovqatlı musiqi proqramları ilə yadda qalmışdır.
İsveçdə Güney Azərbaycam Konqresinin təşəbbüsü və Odlar Yurdu Dərnəyinin əməkdaşlığı ilə start götürən Oyanışdan Qurtuluşa həftəsi dünən sona çatmışdır.
İsveçdə "Oyanışdan Qurtuluşa" həftəsi sona çatdı
İsveçdə "Oyanışdan Qurtuluşa" həftəsi sona çatdı

Butov.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!