Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür .....                        Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur - "Azərişıq” .....                        Əliyar Ağayev Avropa Liqasına təyinat aldı .....                        Vaqif Allahverdiyevə 8 il həbs verildi .....                        Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - İlham Əliyev .....                        İlham Əliyev bank prezidenti ilə görüşdü .....                        Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ .....                        Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov .....                       
Tarix : 21-07-2016, 12:28
ASAN Könüllülərinin “Həmrəylik Düşərgəsi”

ASAN Könüllülərinin “Həmrəylik Düşərgəsi”nin açılış mərasimi keçirilib

2016-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan olunması münasibəti ilə keçirilən silsiləvi tədbirlərə töhfə vermək məqsədi ilə “Həmrəylik düşərgəsi” layihəsinin rəsmi açılış mərasimi keçirilib.
Tədbir Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinin ifasında dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.
ASAN Könüllülərinin “Həmrəylik Düşərgəsi”

Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov gələn qonaq və iştirakçıları salamlayaraq Lahıcın Azərbaycanın mədəniyyət mərkəzi olduğunu bildirib. İcra başçısı bu layihənin Lahıc qəsəbəsində həyata keçirilməsi üçün ismayıllılılar, xüsusilə də lahıclılar adından təşkilatçılara minnətdarlığını bildirib.
ASAN Könüllülərinin “Həmrəylik Düşərgəsi”

Azərbaycan Respublikasınınm Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov ASAN Könüllüləri Təşkilatının 8 000 gənci ətrafında birləşdirdiyini və bu günə qədər vətənpərvərlik, mədəniyyət, sosial məsuliyyət və digər sahələrdə onlarla layihələri icra etdiyini qeyd edib. Dövlət Agentliyinin sədri, “Həmrəylik düşərgəsi”ndə könüllülərin sosial məsuliyyətlə yanaşı vətənpərvərlik ruhunda tərbiyə alacaqlarını və bu işdə köməklik göstərən Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.
ASAN Könüllülərinin “Həmrəylik Düşərgəsi”

Daha sonra Mədəniyyət və Turizm nazirinin birinici müavini Vaqif Əliyev və Dövlət Sərhəd Xidmətinin rəis müavini general-mayor Ədalət Əliyev çıxış edərək, Azərbaycanda ilk dəfə keçirilən bu layihənin gənclər arasında milli - mədəni irsin, multikultural dəyərlərin qorunması, vətənpərvərlik hissinin aşılanması, onların arasında düşərgə mədəniyyətinin formalaşdırılması, yeni bilik və bacarıqların öyrənilməsində xüsusi yer tutacağını qeyd ediblər.
ASAN Könüllülərinin “Həmrəylik Düşərgəsi”

Sonda layihəyə dəstək olan bütün şirkətlər adından çıxış edən Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev sosial layihələrdə özəl şirkətlərin iştirakının vacibliyini vurğulayıb
ASAN Könüllülərinin “Həmrəylik Düşərgəsi”

Qeyd edək ki, 20-25 iyul tarixində keçiriləcək layihə, ASAN Könüllüləri Təşkilatının təşəbbüsü, Dövlət Sərhəd Xidməti, Mədəniyyət və Turizm Nazirliyi, "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT–nin Əhali Fondunun təşkilati dəstəyi ilə həyata keçirilir. Layihə müddətində bir-birindən maraqlı tədbirlər, təlimlər keçiriləcək və müxtəlif turlar təşkil olunacaqdır. Düşərgə zamanı həmçinin, dövlət rəsmilərinin və Milli Məclisin deputatlarının iştirakçılar ilə görüşü nəzərdə tutulub.
ASAN Könüllülərinin “Həmrəylik Düşərgəsi”
ASAN Könüllülərinin “Həmrəylik Düşərgəsi”

Butov.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!