ŞƏRƏFLİ ÖMRÜN AKKORDLARI .....                        Trampdan Nobel mükafatı ilə bağlı açıqlama .....                        Ələtdəki hava limanına yeni rəhbər təyin edildi .....                        “HƏMAS dağıdılmasa, Netanyahu hökumətini devirəcəyik” .....                        Qəzzada müharibə başa çatdı: döyüşlər dayandırıldı .....                        Əminəm ki, Rusiya-Ukrayna müharibəsi də bitəcək .....                        Qəzzaya yardım aparan gəmidə azərbaycanlılar da var imiş - RƏSMİ .....                        MDB nazirləri Düşənbədə görüşdülər .....                        Qardaşı tərəfindən bıçaqlanan gənc xəstəxanada öldü .....                       
Tarix : 30-09-2016, 18:13
"Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər İctimai Birliyi"ndən Butov.az-a verilən məlumata görə, sentyabrın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının İqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq münasibətlərinin dostluq və qarşılıqlı etimad şəraitində ilbəil uğurla inkişaf etdiyindən, o cümlədən hərbi sahədə də əlaqələrin genişləndirilməsindən məmnunluq ifadə olunub.
Qonaqlara regiondakı hərbi-siyasi vəziyyət barədə danışan Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı məlumat verib.
Bolqarıstanın iqtisadiyyat naziri də öz növbəsində ölkələrimiz arasında qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin inkişafından məmnunluğunu bildirib. Ölkələrimizin ənənəvi dostluq əlaqələrinə malik olmaqla yanaşı, Azərbaycanın həm də Bolqarıstanın mühüm strateji tərəfdaşı olduğunu vurğulayan B.Lukarski Bakıda keçirilən görüşlərin də bu əməkdaşlığa güclü təkan verəcəyinə əminliyini bildirib.
Görüşdə ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Azərbaycan Respublikasının Müdafiə naziri Bolqarıstanın İqtisadiyyat naziri ilə görüşüb
Azərbaycan Respublikasının Müdafiə naziri Bolqarıstanın İqtisadiyyat naziri ilə görüşüb


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!