İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 11-10-2016, 20:16
BANM-də tələbə gənclərin layihələrinə dəstək verilir


Bakı Ali Neft Məktəbində (BANM) Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Gənclər Birliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Bakı Ali Neft Məktəbinin (BANM) birgə təşkilatçılığı ilə BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının üçüncü kurs tələbəsi Pakizə Paşayevanın “I can or I must” (“Mən bacararam və yaxud etməliyəm”) adlı layihəsinin yekununa həsr olunmuş tədbir keçirilib.

Butov.az xəbər verir ki, BANM-dən AZƏRTAC-a bildirilib ki, BANM-in rektoru Elmar Qasımov bu ali təhsil ocağının qısa vaxtda əldə etdiyi uğurlardan danışıb, görülən işlər, perspektivlər haqqında məlumat verib. Rektor BANM-in yeni kampusunun artıq hazır olduğunu, tələbələrin potensialının üzə çıxarılması üçün orada daha geniş imkanların yaradıldığını bildirib. Tələbələrin inkişafı üçün bütün layihələrə və təşəbbüslərə dəstək göstərildiyi qeyd edilib.

P.Paşayeva müəllifi olduğu layihə barədə məlumat verib. O, gənclərin hərtərəfli inkişafı üçün Azərbaycanda bütün təminatların yaradılmasından söz açıb. Gənclərə dövlət səviyyəsində göstərilən qayğıdan danışan P.Paşayeva göstərilən dəstəyə görə BANM-in rəhbərliyinə təşəkkür edib.

Azərbaycan Respublikasının Prezidentı yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov gələcəkdə BANM-in tələbələrinin bir çoxunun dünyanın ən iri şirkətlərində, təşkilatlarında rəhbər mövqelərə sahib olacaqlarına əminliyini bildirib.

Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu söyləyən, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə BANM-də gənclərin inkişafı və keyfiyyətli təhsil üçün hərtərəfli şəraitin yaradılmasını yüksək dəyərləndirib.

Digər çıxış edənlər ölkəmizdə aparılan uğurlu gənclər siyasəti, gənclərin siyasətdə rolu, müasir dövrdə ingilis dilinin əhəmiyyəti barədə danışıblar.

Sonra “I can or I must” layihəsinin qaliblərinə və iştirakçılarına sertifikat və medallar təqdim olunub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!