Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
Tarix : 28-09-2015, 08:42
Bakı Ali Neft Məktəbi İndoneziya ilə əlaqələr qurur


Butov.az Modern saytına istinadən xəbər verir ki, İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Prayono Atiyanto və bu ölkənin Energetika və mineral ehtiyatlar Nazirliyinin Neft-qaz məsələləri üzrə direktorluğunun rəhbəri Viratmaca Puca Bakı Ali Neft Məktəbində (BANM) olublar.

BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov qonaqları salamlayaraq, onları ölkənin ən gənc Ali Məktəbində görməkdən məmnunluğunu ifadə edib. Ramiz Hümbətov Ali Məktəbin yaranma tarixi, 4 il ərzində əldə etdiyi nailiyyətləri, mühəndis kadrların hazırlanmasında tətbiq olunan müasir tədris proqramları və texnologiyaları, tələbələr üçün SOCAR-ın müəssisələrində, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə, həmçinin yerli müəssisələrdə istehsalat təcrübəsinin təşkili ilə tədris prosesinin təcrübə ilə vəhdətinin səmərəliyinin artırılması haqqında bəhs edib. O, Ali Məktəbin öz beynəlxalq əlaqələrinin genişləndirməsində maraqlı olduğunu və İndoneziyanın yanacaq-energetika kompleksinin müəssisələri və ali təhsil ocaqları ilə işgüzar əlaqələrinin qurulmasına hazır olduğunu bildirib. İndoneziya Respublikasının Azərbaycandakı səfiri Prayono Atiyanto görüşün təşkilinə görə Ali Məktəbin rəhbərliyinə təşəkkürünü bildirərək, BANM-in fəaliyyətini yüksək qiymətləndirib.

Səfir SOCAR-ın rəhbərliyi ilə aparılan danışıqların nəticələri barədə danışıb və İndoneziyanın ali məktəbləri və müəssisələri ilə BANM-in əməkdaşlıq əlaqələrinin inkişafına hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib. Energetika və mineral ehtiyatlar Nazirliyinin Neft-qaz məsələləri üzrə baş direktorluğunun rəhbəri Viratmaca Puca Azərbaycanın nüfuzlu Ali Məktəbində olmasından məmnunluğunu ifadə edərək, müəllim və tələbə heyətinin mübadiləsini həyata keçirmək üçün ali təhsil müəssisələri ilə əlaqələrin yaradılmasının zəruri olduğunu vurğulayıb. O, həmçinin, oktyabr ayında Bakıda keçiriləcək İndoneziyanın nailiyyətlərinə həsr olunmuş sərgi haqqında məlumat verib. Görüşdə, həmçinin BANM-in İndoneziyanın müvafiq müəssisələri və ali məktəbləri ilə əməkdaşlığının ayrı-ayrı məsələləri ətrafında müzakirə aparılıb.


Butov.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!