Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                       
Tarix : 6-09-2013, 12:03
Daxili işlər orqanlarında işləmək istəyənlər üçün imtahan keçiriləcək


“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sentyabrın 10-da Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək”. Lent.az-ın məlumatına görə, TQDK-nın şöbə müdiri Natiq Əliyev keçirdiyi mətbuat konfransında bildirib ki, sənədlərin qəbulu Daxili İşlər Nazirliyi tərəfindən aparılıb: “Müsabiqədə iştirak etmək üçün 80 nəfərin namizədliyi qeydə alınıb. Onların hamısı hüquq istiqaməti üzrə imtahan verib. Namizədlərə imtahanda iştirak etmək üçün “İmtahana buraxılış vərəqəsi” və “yaddaş kitabçası” sentyabrın 5-dən etibarən təqdim olunub. İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunacaq. Suallardan 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaq. Sualları cavablandırmaq üçün namizədlərə 3 saat vaxt verilir”.

TQDK-nın şöbə müdirinin sözlərinə görə, hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə-müsahibəyə buraxılırlar.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!