Qanunsuz ağac kəsmə: 3 milyon ziyan dəyib .....                        Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin məzunudur .....                        Ana azyaşlı qızını döyüb küçəyə atdı: araşdırma başladı .....                        Tramp "KQB"nin agenti olub? - Keçmiş rəisdən ŞOK İDDİA .....                        Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? .....                        Oljas Bektenov Zəfər parkında .....                        İlham Əliyev nazir müavininə yüksək vəzifə verdi .....                        QHT yeni layihəyə start verir .....                        “Blue Ghost” kosmik aparatı aya endi .....                       
Tarix : 13-08-2013, 14:53
İkinci Qrup üzrə rekort qıran  Kənan Səfərli  Qafqaz Universitetini seçdi.


İkinci Qrup üzrə rekort qıran Kənan Səfərli Qafqaz Universitetini seçdi.

Bakıda Avqustun 3-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ikinci ixtisas qrupu üzrə qəbul imtahanı keçirmişdir. Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Qubada keçirilmişdir. Ümumilikdə 2013-cü ildə ikinci qrup üzrə 23 min 52 abituriyent ərizə təqdim etmişdir. Onlardan 20 min 544 nəfəri Azərbaycan bölməsinin, 2 min 508-i isə rus bölməsinin məzunudur. II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 23052 abituriyentdən 718 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən 22334 abituriyentdən 34 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir. Ən yüksək nəticə - 690 bal olmuşdur. Yüksek nəticəni göstərən abituriyent Bakı şəhəri Nizami rayonunda yerləşən 277 saylı məktəbin şagirdi Kənan Səfərlidir. O ikinci qrup üzrə rekort qıraraq Qafqaz Universitetinin sənayenin təşkili fakultəsini seçib. Kənan: “Qafqaz Universitetini seçməyimin bir çox səbəbləri var. Neçə ildir universitetlərə qəbul olan yüksək bal toplayan abituriyentləri izləyirdim. Onlar da Qafqaz Universitetini seçiblər. Mənim də arzum Qafqaz Universitetində oxumaq idi. Çoxları bilir ki, Qafqaz yalnız diplom verən bir universitet deyil əsl elm verən təhsil ocağıdır. Elə buna görə həmin universiteti seçdim. Məncə, Qafqaz Universiteti mənim həyat yolumdu”.

Qafqaz Universitetinin mətbuat xidməti.


Paylaş



Bölmə: Xəbər / Köşə / Manşet
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!