Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ .....                        Gənc oğlan idman zalında vəfat etdi .....                        Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü .....                        Bələdiyyə sədri əməliyyat zamanı öldü .....                        Suriya Kosovonu tanıdı .....                        Sahibə Qafarova: Şuşa Bəyannaməsi qardaşlığımızı zirvəyə yüksəldib .....                        Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi .....                        Müdafiə Nazirliyini aldadan iş adamının CƏZASI AZALDILDI .....                        Prezident daha bir qəbul keçirdi .....                       
Tarix : 10-11-2016, 17:57
Nazir: “Türkiyəyə yatırılacaq investisiyaların həcmi 20 mlrd. dollara çatdırılacaq”


İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

Butov.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, səfir təyin olunması münasibəti ilə E. Özoralı təbrik edən Ş. Mustafayev Azərbaycan-Türkiyə əlaqələrinin strateji səviyyədə olduğunu, əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, birgə layihələrin reallaşdırıldığını vurğulayıb. Bildirilib ki, bu ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişi cəhdi zamanı Azərbaycan xalqı böyük narahatçılıq keçirib: “Lakin Türkiyə xalqının və dövlətinin nümayiş etdirdiyi birlik nəticəsində bu dəhşətli cinayətin qarşısı alınıb”.

Nazir ölkələr arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyət göstərdiyini, enerji və nəqliyyat sahələrində birgə layihələr həyata keçirildiyini, gələn il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə veriləcəyini qeyd edib: “Türkiyə Azərbaycanın əsas ticarət və investisiya tərəfdaşlarındandır. Türkiyə tərəfindən Azərbaycana 10,1 mlrd. dollar, o cümlədən qeyri-neft sektoruna 2,6 mlrd. dollar, Azərbaycan tərəfindən isə Türkiyə iqtisadiyyatına 7,9 mlrd. dollar investisiya qoyulub. 2020-ci ilədək Türkiyəyə yatırılacaq investisiyaların həcminin 20 mlrd. dollara çatdırılması nəzərdə tutulur”.

Nazir əlavə edib ki, Azərbaycanda 2600-dən çox türk şirkəti, Türkiyədə isə 1700-dən artıq Azərbaycan şirkəti fəaliyyət göstərir: “Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində indiyədək müxtəlif formatlı çoxsaylı tədbirlər keçirilib. Növbəti belə tədbir - 5-ci Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu noyabrın 16-da İstanbulda təşkil ediləcək”.

Ş.Mustafayev üçtərəfli formatlı tədbirlərin Azərbaycan və Türkiyənin iştirakı ilə Rusiya, İran və Qazaxıstanla da keçirilə biləcəyini qeyd edib. Vurğulanıb ki, Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının fəaliyyəti nəticəsində tranzit yükdaşımalarında ciddi artıma nail olunub. Qeyri-neft sektorunun və ixracyönümlü iqtisadiyyatın inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu vurğulayan Ş.Mustafayev son zamanlar iqtisadi sahədə həyata keçirilən islahatlar barədə məlumat verib, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasından Türkiyəyə ixracın genişləndirilməsi üçün tədbirlər görülür.

E. Özoral Türkiyədəki 15 iyul dövlət çevrilişinə cəhd zamanı Azərbaycanın Türkiyənin yanında olduğunu vurğulayıb və qardaş Azərbaycana minnətdarlıq edib. E. Özoral ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu qeyd edərək səfirliyin iqtisadi əlaqələrin genişləndirilməsinə dəstəyini davam etdirəcəyini diqqətə çatdırıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!