Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ .....                        Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş .....                        Müsəlmanları təhqir edən qadın həbs edildi .....                        Tayvan ətrafında gərginlik: Çin 26 döyüş təyyarəsi göndərdi .....                        İran bu raketi ilk dəfə istifadə etdi .....                        İslamın yanlış təqdim edilməsi qəbuledilməzdir - Azərbaycan XİN .....                        Daha 18 nəfər İrandan Azərbaycana təxliyə olundu .....                        Ramazan ayının 25-ci gününün iftar vaxtı .....                        Bəhreyndə İran casusları saxlanıldı .....                       
Tarix : 3-02-2017, 10:47
DİN rayon polis şöbələrinə işçi axtarır

Respublikanın şəhər, rayon polis idarə və şöbələrində (Naxçıvan, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) orta rəis heyəti vəzifələrinə hüquqşünas ixtisaslı mütəxəssislərin xidmətə qəbulu ilə əlaqədar müsabiqə keçirilir.

Butov.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, cəmi 150 vəzifənin (o cümlədən yalnız qadınlar üçün 10 yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifəsi) tutulması ilə əlaqədar keçirilən müsabiqə müsahibədən və test imtahanından ibarətdir.

Müsahibə – "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə, test imtahanları – müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərlə daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüquq və azadlıqlarına dair beynəlxalq aktlara aid, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən proqram və onu əhatə edən suallar üzrə Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilir.

Müsabiqədə dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası almış (xarici dövlətlərin təhsil müəssisələrinin yalnız əyani şöbəsini bitirmiş və ixtisasları Azərbaycan Respublikasında tanınmış), yaşı 28-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (daxili işlər orqanlarında xidmətə bərpa olunan və yaxud yenidən qəbul edilən orta və böyük rəis heyəti vəzifələrində işləmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan yalnız subay namizədlər respublikanın rayonlarında yaşayış şəraitləri nəzərə alınmaqla müsabiqəyə buraxılacaqlar. Müsabiqə qaliblərinin təyinatı zamanı ilk növbədə həmin rayonda yaşayış şəraiti olanlara üstünlük veriləcək və təyinatlarından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər http://www.mia.gov.az/index.php?/az/content/29821/ ünvanda yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Müsabiqədə iştirak etmək üçün sənədlər 2017-ci il fevral ayının 03-dən mart ayının 03-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10-dan 18-dək şəhər, rayon polis idarə və şöbələrində qəbul olunur.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!