Prezident İraq Kürdüstanının Baş naziri ilə görüşüb .....                        Paşinyanın 28 il əvvəl etdiyi 20 Yanvar etirafı .....                        Bakıda iki bacı dəm qazından öldü .....                        Sabah Xankəndiyə ilk köç olacaq .....                        Ceyhun Bayramov Hakan Fidanla danışdı .....                        Geomaqnit qasırğası müşahidə olunur .....                        Sabah da qar yağacaq .....                        Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                       
Tarix : 4-04-2017, 18:04
Səhiyyə Nazirliyinin baş neonatoloqu sahə həkimlərini tənqid etdi

“Sahə həkimlərinin diaqnozu eyni olur, onlar uşağa baxdıqları an eyni “xəstəlikləri” müəyyən edirlər”.
Butov.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin baş neonatoloqu, Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov APA-ya bildirib ki, indiyə kimi poliklinikalarda, sahə həkimləri tərəfindən körpələrdə “timus vəzinin olması” ilə bağlı diaqnozun qoyulması dəb halını alıb.

Bu mövzunun Azərbaycanda həkimlər arasında nəsildən-nəslə ötürüldüyünü deyən R.Hüseynov qeyd edib ki, ötən əsrin 60-cı illərində “timus vəzi” mövzusu ətrafında çoxlu müzakirələr aparılıb:

“Çox təəssüf ki, biz indi də belə hallara rast gəlirik. Timus adi vəzdir və bütün uşaqlarda olmalıdır. Kimdəsə bir az böyük, ayrı-ayrı ölçülərdə olur. Müəyyən müddətdən sonra öz funksiyasını itirir və sorulmağa başlayır. Onunla bağlı nə müalicə, nə də başqa tədbirlərə ehtiyac yoxdur.

Yaxud körpələrdə əmgəyin böyük və balaca olması Azərbaycan üçün “böyük problem” olub. Əmgəyin mövcudluğu insana doğuş zamanı lazımdır, ondan başqa sümüklərin arasında şırımların da öz rolu var. Kəllə sümüyü tam olsaydı, doğuş zamanı sına, zədələnə bilərdi. Ona görə də başın bir neçə sümüyünün arasında ara məsafə var. Doğuşdan sonra artıq məsələnin bu dərəcədə böyüdülməsinə gərək yoxdur. Çünki əmgəklər zamanla gec və ya tez onsuz da bağlanacaq”.

Digər problemdən danışan baş neonatoloq qeyd edib ki, həkimlər tərəfindən uşaqlara “fizioloji sarılıq” diaqnozu ilə müxtəlif müalicələr edilir. Əslində təbii fizioloji sarılığın uşaqların 80%-də olduğunu deyən R.Hüseynov vurğulayıb ki, həkimlər daha çox sarılığın keçməsi üçün şirin çay, şirin suyun, qlükozanın verilməsini tövsiyə edir:

“Valideyn də venadaxili inyeksiya üçün nəzərdə tutulan qlükozanı uşağa içirir ki, sarılıq getsin. Kimyanın qanunudur ki, qeyri-düz bilurubin suda həll olmur. Buna heç ehtiyac da yoxdur.

Əgər problemin adı təbii fizioloji sarılıqdısa, heç bir müdaxilə edilməməlidir. Bu sarılıq II-III gündən başlayır, V-VI gün pik həddə çatır, VIII-IX gün başa çatır. Bəzilərində isə bu müddət uzanaraq 2-3 həftə davam edə bilər. Əgər uşağın vəziyyəti yaxşıdırsa, normal yeyirsə, süd qəbul edirsə, əlavə müdaxilə etmək lazım deyil”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!