Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ .....                        Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş .....                        Müsəlmanları təhqir edən qadın həbs edildi .....                        Tayvan ətrafında gərginlik: Çin 26 döyüş təyyarəsi göndərdi .....                        İran bu raketi ilk dəfə istifadə etdi .....                        İslamın yanlış təqdim edilməsi qəbuledilməzdir - Azərbaycan XİN .....                        Daha 18 nəfər İrandan Azərbaycana təxliyə olundu .....                        Ramazan ayının 25-ci gününün iftar vaxtı .....                        Bəhreyndə İran casusları saxlanıldı .....                       
Tarix : 12-04-2017, 18:24
II Avropa oyunları Bakıda müzakirə olundu

2019-cu ildə Minskdə təşkil olunacaq II Avropa oyunları ilə əlaqədar ölkəmizə səfərə gəlmiş Belarus Respublikasının müvafiq qurumlarının vəzifəli şəxslərindən ibarət geniş tərkibdə nümayəndə heyətində təmsil olunmuş Belarusun Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 11 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə görüşüblər.

Butov.az xəbər verir ki, FHN-dən Axar.az-a verilən məlumata görə, qonaqları səmimi salamlayan nazir müavini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə ətraflı məlumat verib.

2019-cu ildə Minsk şəhərində II Avropa oyunlarının keçiriləcəyini xatırladan nümayəndə heyətinin üzvləri bildiriblər ki, respublikamıza səfərlərinin məqsədi Azərbaycanda keçirilmiş I Avropa oyunlarının təşkili ilə bağlı təhlükəsizlik məsələlərində ölkəmizin təcrübəsinin öyrənilməsidir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev I Avropa oyunları zamanı təhlükəsizliyin aidiyyəti üzrə təmin edilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş işlərdən söz açıb. Görüşdə yarışların keçirilməsi üçün nəzərdə tutulmuş obyektlərdə yanğın-texniki müayinələr və monitorinqlərin aparılması, risklərin qiymətləndirilməsi, təxliyyə planlarının dəqiqləşdirilməsi, fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı keçirilmiş təlimlər, cəlb olunmuş qüvvə və vasitələrin operativ idarə olunmasının təmin edilməsi məqsədilə açılmış əməliyyat qərargahının fəaliyyəti barədə ətraflı məlumat verilib.

Ölkəmizə səfər çərçivəsində belaruslu qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin fəaliyyəti ilə də yaxından tanış olublar.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!