“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
Tarix : 17-09-2013, 16:12
Azərbaycan və İranın Sərhəd Qoşunlarının komandanları Bakıda görüşdülər


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyevin dəvəti ilə İran İslam Respublikası Sərhəd Qoşunlarının Komandanı general-leytenant Hüseyn Zülfüqarinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər edib.

DSX-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən cəbərə görə, səfər çərçivəsində İİR nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən qəbul edilib, görüş zamanı Azərbaycan və İran dövlət sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində və Xəzər dənizində mövcud vəziyyət və onun inkişaf tendensiyaları, həmçinin əvvəlki görüşlərdə imzalanmış sənədlərin icra vəziyyəti barəsində fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı dövlət sərhədindən qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və digər transsərhəd cinayətkarlıq fəaliyyətlər ilə mübarizə üzrə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, dövlət sərhədindən buraxılış məntəqələrindən AR və İİR vətəndaşlarının gediş-gəlişinin asanlaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi vacibliyi vurğulanıb.

Tərəflər qarşılıqlı əlaqələrin səviyyəsini yüksək qiymətləndirmiş və sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mövcud əməkdaşlığın genişləndirilməsi zəruriliyini qeyd ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış ediliblər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!