“Nəriman barədə nə deyəcəyimi özüm də bilmirəm” - Qurban Qurbanov .....                        “Qarabağ” baxımlı qollar vurdu - Rəqib komanda .....                        “Qarabağ” Bakıda məğlub oldu .....                        Meloni-Zelenski görüşü gərgin keçib .....                        Bakıda yağan yağış azyaşlını xəstəxanalıq etdi .....                        Elm və Təhsil Nazirliyi 1,5 milyonluq odun alır .....                        Daha bir ölkə "Avroviziya 2026"dan imtina etdi .....                        Tramp Avropa liderləri ilə Ukraynanı müzakirə etdi .....                        İsveçrədə yeni prezident seçildi .....                       
Tarix : 2-05-2017, 20:26
İrandan ölkəmizə gətirilən məhsullar təhlükəlidir?

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyası İrandan Azərbaycana idxal edilən kənd təsərrüfatı məhsullarının kimyəvi cəhətdən təhlükəli olub-olmadığını açıqlayıb.

Butov.az Trend-ə istinadən xəbər verir ki, İran Məclisinin Səhiyyə Komissiyasının üzvü Behruz Bonyadi İranın kənd təsərrüfatı məhsullarının 35 faizinin kimyəvi cəhətdən çirkləndiyini açıqlayıb.

B.Bonyadi bildirib ki, İranda pestisidlər və antibiotiklərdən həddən artıq istifadə olunduğuna görə kənd təsərrüfatı məhsullarında mikroblara qarşı dayanıqlılıq yaranıb. Bu isə insan sağlamlığı üçün təhlükə yaradır.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov isə Trend-ə bildirib ki, Azərbaycandan İrana idxal edilən, eyni zamanda İrandan Azərbaycana ixrac edilən kənd təsərrüfatı məhsullarının hamısında kimyəvi maddələr var. Lakin bu maddələr məhsulun tərkibində müəyyən həddə olur və insan orqanizmi üçün təhlükə yaratmır.

Y.İbrahimov qeyd edib ki, idxal və ixrac edilən bütün kənd təsərrüfatı məhsullarının tərkibi Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən yoxlanılır: "Məhsulun tərkibində kimyəvi maddənin həcmi yol verilən həddən yuxarı olduqda onu ölkəyə buraxmırıq”.

Qeyd edək ki, Azərbaycan İrandan soğan, kartof, pomidor və s. kənd təsərrfatı məhsulları idxal edir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!