Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 11-05-2017, 18:54
Cahangir Hacıyevin səhhəti ağırlaşdı – Məhkəmə

Azərbaycan Beynəlxalq Bankı ASC İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyev səhhətində yaranan problemlərdən söz açıb.

Bildirib ki, vəziyyəti məhkəmədə iştirak etməyə, danışmağa imkan vermir.
Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyevin Bakı Apelyasiya Məhkəməsinə göndərdiyi məktub elan edilib. Vəkil prosesin təxirə salınmasını istəyib. O, Cahangir Hacıyevin digər vəkili Aqil Layıcovun mayın 10-da Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasına getsə də, hüquqlarını müdafiə etdiyi şəxslə görüşə bilmədiyini səbəb gətirib.

Buna baxmayaraq, hakim məhkəmə iclasının davam etdirilməsi barədə qərar qəbul edib.

Prosesdə təqsirləndirilən şəxslərdən Beynəlxalq Bankın Nərimanov filialının rəhbəri olmuş Məmməd Cahangirovun vəkili çıxış edib. O, müvəkkilinə bəraət istəyib.

Beynəlxalq Bank və onun tabeliyindəki qurumların mühafizəsini həyata keçirən “İntersecurity” şirkətinin rəhbəri İbrahim Hüseynovun vəkili də hüquqlarını müdafiə etdiyi şəxsə bəraət istəyib.

Digər təqsirləndirilən Yusif Ələkbərovun vəkili də hökmdən narazı olduğunu deyib: “Yusif Ələkbərov Cahangir Hacıyevin rəhbərliyi dövründə Beynəlxalq Bankın hüquq-mühafizə orqanlarına şikayəti əsasında həbs olunub. Əgər bunlar mütəşəkkil dəstə olsaydılar, Cahangir Hacıyev ondan şikayət edərdimi?”.

Proses mayın 18-də davam edəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum olunub. Ondan 63 milyon manat tutularaq Beynəlxalq Banka ödəniləcək.

Digər təqsirləndirilən şəxslər - 3 il sınaq müddətinə olmaqla Anar Sultanov 7 il 6 ay şərti, İlqar Abdullayev 6 il 6 ay şərti, Kənan Orucov 7 il 23 gün şərti, Məhəmməd Cahangirov 7 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Yusif Ələkbərov 8 il 6 ay, İbrahim Hüseynov 8 il, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum olunub.
Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxslər hökmdən apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!