Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 11-09-2015, 10:25
"Qəbələ" yeni rekorda doğru


Milli komandamızın "Avro-2016"nın seçmə mərhələsində rəsmi oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə başa çatır.

Butov.az "Qəbələ İK" qəzetinə istinadən verdiyi məlumata görə, "Qəbələ" geridə qalan 3 turun yekunlarına əsasən cari mövsümə uğurlu start verməsi ilə diqqət çəkib.

Ən uğurlu start

"Qırmızı-qaralar" fasiləyə şərikli lider kimi yollanmışdı. Sadəcə, "Qarabağ" "Qəbələ"ni top fərqində deyil, çox qol vurduğuna görə turnir cədvəlində qabaqlayıb. "Qəbələ"nin hər 3 turda meydanı qolsuz tərk etməməsi də diqqət çəkir. 3 turda 7 xal qazanaraq lider mövqeyə yüksəlməsi "Qəbələ"nin tarixində ən uğurlu startdır.

Hətta "qırmızı-qaralar" üçün ən yaxşı mövsümlər olan ötən 2 çempionatda da başlanğıc bu qədər uğurlu olmayıb. Komanda yalnız bu mövsüm ilk 3 turda məğlub olmayıb. 10 mövsümdə ilk 3 turdan sonra nəticələr aşağıdakı kimi olub:

2006/07 - 1 xal
2007/08 - 6 xal
2008/09 - 6 xal
2009/10 - 4 xal
2010/11 - 0 xal
2011/12 - 5 xal
2012/13 - 4 xal
2013/14 - 6 xal
2014/15 - 6 xal
2015/16 - 7 xal

Zets - qol vuran ilk bosniyalı

Çempionatın başlanğıcında vurulmuş 5 qoldan 4-ü yenilərin payına düşür. Hücumçular - Sergey Zenyov, Aleksey Antonov və Ermin Zets artıq milli çempionatımızda qol hesabını açıblar. Samir Zərgərov "Qəbələ"yə 6 ildən sonra qayıdışını çempionatda ilk oyununda qolla qeyd edib. Bununla da 29 yaşlı futbolçu komandasının heyətində 11-ci dəfə fərqlənib. Aleksey Qay isə "Qəbələ"də 5-ci qolunu vurub. Təcrübəli futbolçu həm də ilk dəfə penaltidən rəqib qapısına yol tapıb.

Zets "Qəbələ"də qol hesabını Qəbələdə keçirdiyi ilk oyununda açıb. Yeri gəlmişkən, o, 5-ci matçında (3-ü Avropa Liqası, 2-si çempionat) fərqlənib. Ermin həmyerlisi Miliya Slobodan Jijiçdən (2008/09 mövsümü) sonra "Qəbələ"də çıxış edən 2-ci bosniyalı futbolçudur. "Qırmızı-qaralar"ın heyətində 15 matç keçirən Jijiç fərqlənə bilmədiyindən, Zets "Qəbələ" tarixinə qol vuran ilk bosniyalı futbolçu kimi düşüb.

1 oyunla 2 seriyaya davam

"Qəbələ" "Kəpəz"lə matçda 2 seriyasını davam etdirib. Əvvəla, "Qəbələ" Gəncə təmsilçisiylə ev oyunlarında uduzmur və ardıcıl 3-cü qələbəsini qazanıb. Həm də komanda tarixi rekordunu - çempionatda 16 oyunluq məğlubiyyətsiz seriyanı təkrarlayıb. Daha öncəki rekord 2011-ci ildə qeydə alınmışdı. Uğurlu seriya bu il fevralın 19-da evdə "Xəzər Lənkəran" üzərində qazanılan qələbə ilə başlanıb. "Qəbələ" sentyabrın 13-də "İnter"lə səfər matçında da uduzmazsa, 10 illik tarixində yeni rekorda imza atacaq.


Butov.az


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!