Cəlilabad sakini Bakıda dəm qazından öldü .....                        Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş... .....                        Şərif Trampdan İranla bağlı xahiş edib .....                        "Real" evdə uduzdu, "Arsenal" səfərdə qalib gəldi .....                        Ağdaban qətliamından 34 il ötür .....                        Küveyt hakimiyyəti: "Evlərinizdə qalın" .....                        ABŞ Bəhreyndəki vətəndaşlarına xəbərdarlıq etdi .....                        Rusiya və Çin BMT-nin Hörmüz boğazı ilə bağlı qətnaməsini blokladı .....                        Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər? - YENİ QAYDA - VİDEO .....                       
Tarix : 7-10-2016, 11:36
“İnşaatçılar” metrosunun yaxınlığında 2 ədəd ağac kəsilib


İnşaatçılar metrosunun yaxınlığında 2 ədəd ağacın kəsilməsi ilə bağlı məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Butov.az xəbər verir ki, Nazirlikdən “Trend”ə verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, oktyabr ayında Yasamal rayonu Şərifzadə küçəsi bina 148 ünvanında yaşayan Alim Babayev tərəfindən sözügedən ünvanda qəzalı ağaclara müvafiq rəy verilməsi üçün ETSN-nin Dövlət Ekspertiza İdarəsinə müraciət edilib. Nazirliyin mütəxəssisləri tərəfindən əraziyə keçirilən baxış zamanı təhlükəli vəziyyətdə olan 2 ədəd qovaq ağacı aşkar olunub. Vətəndaşlara və binalara təhlükə yaradacağını nəzərə alaraq qovaq ağaclarının kəsilərək əvəzinə müvafiq torpaq mülkiyyətçisi tərəfindən yeni ağacların əkilməsi şərti ilə rəy verilib.

Bildiririk ki, mövcud qaydalara əsasən qurumuş 2 ədəd qovaq ağacının kəsilməsi və kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında xidməti sahəsi olan Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir.

ETSN yaşıllıqların qorunması məqsədilə vaxtında məlumat verən bütün vətəndaşlara, KİV nümayəndələrinə minnətdarlığını bildirir və daxil olan belə məlumatların araşdırılması və diqqətdə saxlanılması üçün qanunamüvafiq operativ tədbirlərin görülməsini davam etdirir.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!