Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs saxlanılıb .....                        "Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var" .....                        Tramp Azərbaycanı Vaşinqtona dəvət etdi .....                        Suriyada daşqınlar: Üç nəfər ölüb, ikisi uşaqdır .....                        Əsədin son günləri: Reallıqdan qopmuş, videooyunlara aludə lider .....                        Gəncədə iki avtomobil toqquşdu, piyada xəsarət aldı .....                        Zelim Tçkayev Paris “Böyük Dəbilqə”sində finala yüksəldi .....                        Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq .....                        Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib .....                       
Tarix : 8-06-2016, 11:45
Nazirlik Qubadakı torpaq sürüşməsi ilə bağlı məlumat yaydı


İyunun 7-də axşam saatlarında Şahdağ Milli Parkının Quba meşəbəyliyinin 13a saylı dolayında, Quba-Xınalıq yolunun təxminən 29-cu kilometrliyində meşə ilə örtülü ərazidə torpaq sürüşməsi baş verib.

Butov.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hadisə yerinə dərhal qurumun mütəxəssisləri gələrək araşdırmalara başlanılıb. Aparılan araşdırmalara görə, sürüşməyə səbəb son günlər bölgəyə yağan intensiv və güclü yağışların olduğu müəyyən edilib.

Mütəxəssislərin ilkin rəyinə görə, sürüşmə kütləsinin aşağı hissəsinin eni 30-40, yuxarı hissədə 20, sürüşmə səthinin dərinliyi 2-3, uzunluğu isə 150 metr olmaqla Qudyalçayın yatağına doğru istiqamətlənib. Sürüşmə nəticəsində diametri 12-28 sm olan müxtəlif cinsli (əsasən vələs və fıstıq) təxminən 60-dək ağac kökündən aşaraq torpaq kütləsinə qarışıb. Hazırda sürüşmə prosesinin dayanmasına baxmayaraq, ətraf hissələrdə torpağın aşınması müşahidə edilir.

Qeyd edək ki, sürüşmə zonası yaşayış məntəqələrindən, iaşə obyektlərindən və avtomobil yolundan kənarda olduğundan insanların həyatı üçün heç bir təhlükə yoxdur.

Əraziyə nəzarət olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən növbətçilik təşkil olunub.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!