"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 17-04-2017, 14:05
Sumqayıtın futbol qürurları

Bu gün sizə Sumqayıtın bir şəhər, Sumqayıt futbol məktəbinin bir camiə kimi Azərbaycan futboluna yetirdiyi və belə desək sumqayıtlı futbolçuları bilməyənlərə tanıtmaq, tanıyanlara isə xatırlatmaq istərdim. Hansı ki, bir anlıq Azərbaycan futbolunu onlarsız təsəvvür etsək futbolumuzda böyük bir boşluğun yarandığını özümüz də duyarıq. Hər-halda mən sizə özünümün sumqayıtlı olduğunu, bir vaxtlar bu şəhərdə yaşayıb-böyüdüyünü, bu şəhərin məhəllələrində dərsdən sonra saatlarla evə başı uşaqlarla futbol oynamağa qarışdığından gec gəldiyini bildiyim, bu şəhərin havasını udub, suyunu içən, Sumqayıtı özlərinə ən əziz yaxınları qədər doğma bilən şəxslərdən söhbət açmaq istəyirəm.

Əgər söhbəti bu mövzuda açmışıqsa Sumqayıt futbol məktəbinin yetirmələrinin sırasında ən başlıca çəkəcəyimiz adlardan birinin karyerası ərzində ampulaca yarımmüdafiəçi kimi çıxış etmiş Kamal Quliyev olduğunu düşünürəm. Peşəkar karyersına 16 yaşında - o zamanlar Sumqayıtı təmsil edən “Xəzər Sumqayıt” klubunda başlamış gənc Kamal burada keçirdiyi beş il ərzində yüz iki oyuna çıxaraq, rəqib komandaların qapısını on bir dəfə havalandırmağı bacarmışdı. Burada peşəkar karyersında ilk təcrübələrini qazandıqdan sonra Azərbaycanın həmişə ən güclüsü olmuş və əfsuslar olsun ki, bu gün adına, keçmişinə yaraşacaq günləri yaşamayan “ Neftçi” ə transeferi reallaşan Kamal Quliyev burada öz istedadı, futbol duyumu nəticəsində komandanın əvəz edilməzləri siyahısına daxil olmuş, meydana çıxdığı yüz doqquz oyuna on səkkiz qolla fərqlənməyi bacarmışdı. Məhz “Neftçi” dəki çıxışından sonra müstəqillik dönəmimizdə ölkə sərhədlərindən kənarda top qovan ilk futbolçulaımızdan olmuşdu. Belə ki, artıq 2002-2004- cü illər ərzində Ukrayna “Volın”-ının heyətində Kamal Quliyevi görə bilərdik. Burada iki il ərzində otuz doqquz oyuna çıxmaq şansı qazanmış Kamal Quliyev cəmi bir dəfə qol ilə fərqlənə bilmişdi. Sonradan yenidən Vətənə qayıdaraq “ Karvan”, “Xəzər-Lənkəran”, “Standart” kimi komandaların şərəfini qorumuşdur. 1999-2005 – ci illərdə yığmanın futbolçusu kimi oyunlara dəvət almış və çıxış etdiyi zamanlarda da millinin əvəz edilməzləri siyahısında olmuşdur. Peşəkar futbolçu karyersını bitirdikdən sonra “Neftçi”nin məşqçilər korpusunda yer alan və gənc məşqçi kimi ilk təcrübələrini ağ-qaralarda qaazandıqdan sonra “artıq aramızda olmayan və hörmət və sayqı ilə andığımız” “Neftçala” komandasına baş məşqçi kimi dəvət edilmiş və ard-arda komandanı 2014-cü və 2015-ci illərin sonunda Divizion çempionu edərək özünün baş məşqçi kimi adından söz etdirmişdir.

Şəhərin digər yetirməsi sırasında Azərbaycan futbolunda öz çəkisi olan, öz mövqeyində etibarlılığı ilə seçilən, təcrübəli qolkiperimiz Elşən Poladovun adını çəkə bilərik. Peşəkar karyerasına 1996- cı ildə “Xəzər Sumqayıt” da start verən Elşən qısa zamanda şəhərin futbol və ümumiyyətlə idman ictimaiyyətinin dərin hörmət və sevgisini qazanmışdır. Sonralar Azərbaycanın “Şəfa”, “Dinamo Bakılı”, “Turan”, “İnter”, AZAL kimi komandalarının şərəfini qorumuş Elşən Poladov çıxış etdiyi bütün komandalarda qapı xəttinin onun meydanda olduğu zaman etibarlı əllərdə olduğunu sübut etmişdir.

Əgər Poladov qardaşlarından söhbət açılıbsa, Sumqayıtın Azərbaycan futbol ictimaiyyətinə bəxş etdiyi Ruslan Poladovdan bəhs etməmək ən azı təqsir olardı. Peşəkar karyerasına 2003-cü ildə “Xəzər Sumqayıt” da on üç oyuna üç qolla başlayan etibarlı müdafiəçi sonralar sumqayıtlı azarkeşlərin hələ də bir gün yenidən doğuşunu həsrətlə gözlədikləri “Gənclərbirliyi”komandasında otuz oyuna bir qolla fərqlənə bilmişdi. “Gənclərbirliyi” indən ayrıldıqdan sonra “Rəvan”, “Standart”, “Xəzər-Lənkəran”, “İnter”, “Simurq” kimi komandaların heyətində qazandığı təcrübəni 2014-2015-ci il mövsümündə doğma Sumqayıtın eyni adlı komandasına qayıdaraq gənclərlə, onların inkişafı naminə bölüşmüşdür.

Adını çəkdiyimiz digər futbolçular peşəkar karyeralarına Sumqayıtı təmsil edən komandalarda başlamışlarsa, onlardan fərqli olaraq Fərhad Vəliyev 2000-ci ildə Qusar “Şahdağ” ının qapısını qoruyaraq böyük futbola gəlmişdir. 2004-cü il Sumqayıtın “Gənclərbirliyi”ə gələnədək öz təcrübəsini Masallını təmsil edən eyni adlı komandada və “Neftçi”də zəginləşdirmişdir. Sonralar Bakı “İnter” inin şərəfini qorusa da karyerasının böyük və ən önəmli hissəsi köhlən atlarla- “Qarabağ” la bağlı olmuşdur. Uzun illər millimizin də şərəfini qoruyan Fərhad Vəliyevi şübhəsiz bir çox futbolsevər azərbaycanlı golkiperlər arasında öz qapıçılıq bacarığına görə öncül pillələrə qoymaqla yanılmadığını Vəliyev dəfələrlə istər yığma, istərsə də klub komandaları heyətində dəf etdiyi kritik anda verilən penaltilərlə sübuta yetirmişdir. Bu gün Vəliyev karyerasını “Sumqayıt” ın heyətində davam etdirir və öz qapıçılıq təcrübəsini gənc qapıçılarla bölüşərək “Sumqayıt”komandasının qapısının hələ uzun illər etibarlı əllərlə qorunmasına zəmin yaratmış olur.

Və Azərbaycan futboluna bu günədək gəlib-getmiş simalar arasında istər öz müdafiəçi keyfiyyətinə, istərsə də özünəməxsusluğuna görə azarkeşlərin və futbol ictimaiyyətinin yaddaşlarında silinməyəcək izlər buraxan Mahir Şükürov. O da bir çox sumqayıtlı futbolçu kimi böyük futbolla ilk “Gənclərbirliyi” nin şərəfini qorumaqla tanış olmuşdur. Məhz doğma şəhərin komandasında müdafiəçi kimi püxtələşdikdən sonra “Şəfa”, “Karvan”, “Neftçi”, “İnter”, “Xəzər-Lənkəran”, “Olimpik” kimi komandaların heyətində top qovmuşdur. Hələ 2004-cü ildə “Antalyaspor” un heyətinə transfer olunmaqla nə inki o zamanki, hətta bu gün də bəzi futbolçularımız üçün əlçatmaz sayıla biləcək keçidi reallaşdırmışdı. 2010-2011- ci il mövsümündə o zamanlar daha iddialı olan Maxaçqala “Anji” i ilə razılıq əldə edən Mahir Şükürov bu dəfə nə inki Azərbaycanlı və çempionatımızda çıxış edən bir çox futboçu üçün hətta bir çox dünya ulduzları üçün şirin yuxu sayıla biləcək əfsanəvi braziliyalı Roberto Karlosla komanda yoldaşı olaraq istər onun, istərsə də Rusiya futbol ictimaiyyətinin önündə futbolumuuzu təmsil etmişdir. “Anji” təcrübəsindən sonra yenidən Azərbaycana qayıdan Şükürov “Qəbələ”də bir müddət çıxış etdikdən sonra ona digər doğma bir komanda olan “Neftçi” ə dönmüş, Azərbaycan futbolu tarixində 2012-ci ildə “Neftçi” in Avropada sayılıb seçilən “Apoel Limassol” u avroliqanın pley-off mərhələsində mübarizədən kənarlaşdıraraq, qrup mərhələsinə qalmasında böyük pay sahibi olmuşdur. Məhz Avro Liqanın qrup mərhələsində “Neftçi” in ilk qol ötürməsini də Mahir Şükürov sehirli sağ ayağı ilə vermişdir. Kaş Şükürovun həmən sehirli sağ ayağından bir çox futbolçularımıza da qismət olardı. Çünki yığma və çıxış etdiyi klub komandalarında sağ cinahdan uzaq məsafədən sağ ayaqla qapı qarşısına edilən asmalarla məhsuldar ötürmələr verən Şükürovun bu texnikasına hələ çox ehtiyacımız olacaq.

Adını çəkdiyim Sumqayıt futbol məktəbini təmsil edən simalar həmən təmsilçilərin yalnızca bir qismi idi. Bu gün də Sumqayıt futbol məktəbi yeni Kamal Quliyevlər, Poladovlar, Fərhad Vəliyevlər və Mahir Şükürovlar yetirməkdədir. Onlara misal kimi Tərlan Əhmədli, Bəxtiyar Həsənalızadə, Xəyal Nəcəfov və Ayaz Mehdiyev kimi futbolçuların adını çəkərək Azərbaycan futbol ictimaiyyətinin diqqətini onların üzərinə çəkmək istəyirəm.

Səbuhi Allahverdizadə


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!