Hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi .....                        Bu işçilərə ödənişsiz məzuniyyətlər veriləcək .....                        Suriya ordusu daha bir şəhəri nəzarətə aldı .....                        "VAZ" beton maneyə çırpıldı - Xəsarət alanlar var .....                        İranda ölənlərin sayı 3 mini ötüb - KİV .....                        Səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi .....                        Ermənistanda İran əleyhinə aksiya keçiririlir - FOTO .....                        Oğurluq edən 5 nəfər saxlanıldı .....                        50 yaşlı kişi su kanalında boğularaq öldü .....                       
Tarix : 17-11-2015, 15:54
“Dekabrın 18-dən sonra 1 dollar 1.50 manat olacaq” – İqtisadçıdan qorxunc proqnozlar




“Dekabr ayında 1 dollar 1.40-1.50 manata kimi bahalaşacaq”.

Bunu AzNews.az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, dolların dünya bazarlarında bahalaşmasının əsas səbəbi Federal Ehtiyat Fondunun uçot dərəcələrinin artırılma ehtimalıdan irəli gəlir: “Əvvəlki dövrlərdə, xüsusi ilə sentyabr toplantısından sonra dünya bazarlarında, o cümlədən maliyyə mərkəzlərində belə bir fikir formalaşdı ki, Federal Ehtiyat Fondu böyük ehtimalla 2015-ci ildə uçot dərəcəsini artırmayacaq. Bunun qarşılığında dolların sürətli ücuzlaşması müşahidə edildi. Bu proses oktyabr ayına kimi davam etdi.

Noyabrın əvvəlində isə ABŞ iqtisadiyyatı ilə bağlı açıqlamalar göstərdi ki, bir çox sahələrdə artımlar müşahidə olunub. Federal Ehtiyat Fondunun açıqlamasından da məlum oldu ki, əgər proseslər bu istiqamətdə davam edərsə, dekabr toplantısında böyük ehtimalla uçot dərəcələrinin artırılması ilə bağlı qərar verilə bilər”.

Ekspertin sözlərinə görə, Federal Ehtiyat Fondu artıq 2014-cü ilin sonundan açıqlama verib ki, 2015-ci ilə uçot dərəcəsini artıracaq: “Enerji bazarında və dünya iqtisadiyyatında baş verənlərin fonunda Ehtiyat Fondu bu qərarı qəbul etməkdə çətinlik çəkirdi. Bundan 10 ay keçməsinə baxmayaraq, hələ bu qərar qəbul edilməyib. Federal Ehtiyat Fondu öz siyası nüfuzunu qorumaq üçün mütləqdir ki, uçot dərəcələrinin artılması haqqında qərar versin.

Ümumiyyətlə, bu kimi təhlillərin fonunda hazırki investorlar gözləyir ki, dekabrda uçot dərəcələrinin artırılması haqda qərar veriləcək və dollar sürətlə bahalaşacaq. Bunun nəticəsində bu gün dollara olan təlabat sürətlə artıb”.

R.Həsənov hesab edir ki, bütün bunlar təbii ki, Azərbaycana da öz təsirini göstərir: “Dekabrın 18-nə kimi dolların qalxması daha böyük sürətlə davam edəcək. Ondan sonra Federal Ehtiyat Fondunun qərarından asılı olaraq, ola bilsin ki, Mərkəzi Bank addımlar atmaq məcburiyyətində qalsın. Fond uçot dərəcəsini artıracaqsa bir çox maliyyə qurumları, o cümlədən dolların bahalaşması davam edə bilər. Bu, Azərbaycan üçün təhlükə formalaşdıracaq”.

Ekspertin fikrincə, neftin qiymətində də bahalaşma müşahidə edilməzsə, o zaman böyük ehtimalla Mərkəzi Bank 2016-cı ilin əvvəlində sərt qərarlar qəbul etməyə, yaxud da 2015-ci ilin fevral ayında baş verən devalvasiyaya bənzər bir prosesin olacağı ilə bağlı qərar verə bilər: “Manatın məzənnə siyasəti tətbiq olunarsa bu zaman ilkin dövrlərdə 1 dollar 1.40, 1 50-yə kimi bahalaşacaq. Sonrakı dövrlərdə isə 1.35 arasında stabilləşə bilər”.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!