Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                        Zabil Qəhrəmanovun həbs müddəti uzadıldı .....                        Tramp Avropa avtomobil sənayesinə zərbə vurdu .....                        Azərbaycanda milli geyim standartları hazırlanıb .....                        "Niva" ilə 40 yaşlı kişini vurub öldürdü .....                        İranda internet bərpa olunur .....                        İran Ermənistana uçuşları ləğv etdi .....                        Axtarışda olan 3 şəxs ölkəmizə gətirildi .....                       
Tarix : 19-11-2015, 14:44
“Əhalinin ödəyə bilmədiyi kreditlər silinməlidir”




“Milli Məclisdə təklif edəcəm ki, bankirləri yığıb toplantı keçirək və baxaq görək onların dərdləri nədir. Azərbaycanda niyə problemli kreditlər bu qədər artır? Banklar əhalidən 9-10%-dən əmanətlər götürür və 30-35%-dən kredit verir. Bankın 20-25% xərci ola bilməz. Bu məsələ çox ciddi diqqət yetirmək lazımdır”.

Butov.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında millət vəkili, Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov söyləyib. Onun sözlərinə görə, ölkədə qaytarılmayan kreditlərin həcmi hər ötən ay artır və bunun qarşısı alınmalıdır: “Bilirsiniz ki, prezident bu məsələyə toxunub, amma təəssüf ki, kreditlər azalmaq bilmir. Qaytarılmayan kreditlər artıq 1,4 mlrd. manata çatıb. Bu hal Azərbaycanın maliyyə vəziyyəti üçün problemlər yaradır. Gecikdirilən kreditlər içərisində elə kreditlər var ki, bəlkədə onların qaytarılma imkanı sıfıra bərabərdir. Bütün bunlar araşdırılmalıdır. Bank özü də məsuliyyət daşımalıdır. Kredit hansı məqsədlə verilibsə, buna nəzarət edilməlidir. Biznes üçün verilən kreditlərdən gedib müştəri maşın və ya ev alırsa bu, sonda arzuolunmaz vəziyyətə gətirib çıxarır. Əgər biz bankların dəqiq problemlərini bilsək onlara hansı maliyyə yardımı məsələsini də qaldıra bilərik”.

Millət vəkili vurğulayır ki, bank kredit faizini 30-35%-ə verir və sonradan bunu qaytarmaq qeyri-mümkün hala çevirilir. Prezident sahibkarlığın inkişafı ilə bağlı ciddi qərarlar verib: “Bu qərarlar onun üçündür ki, Azərbaycan gələcəkdə iqtisadi problemlərlə üzləşməsin. Neftin qiyməti yenə ucuzlaşır və bu, manatın növbəti devalvasiyasına gətirib çıxara bilər. Bir tərəfdən də problemli kreditlər əngəllər törədir.

Azərbaycanda bank sektoru normal işləməsə ölkə iqtisadiyyatı üçün problemlərin yaranması qaçılmaz olacaq. Ehtiyyac varsa qanunlara dəyişiklik edilməlidir və problemin həlli istiqamətində iş aparılmalıdır. Bank sisteminə inamı qaytarmaq lazımdır. Vaxt var idi banklara qoyulan əmanətlərin 75%-i manatla idi, indi isə tərsinədir. 75% əmanətlər xarici valyutada saxlanılır. Əhalinin manata olan inamını artırmaq lazımdır. Bunun üçün də banklar müəyyən güzəştlərə getməlidir”.

Vahid Əhmədov hesab edir ki, Azərbaycanda maliyyə amnistiyasına ehtiyac var. Komitə üzvü bildirir ki, ölkədə çoxları öz vəsaitlərini xaricdə saxlayır. İnsanlar pullarından Azərbaycanda istifadə etməyə qorxurlar: “Maliyyə amnistiyası ilə bağlı qanun qəbul edilməlidir və orada göstərilməlidir ki, vətəndaş bu sahələrdə vəsaitini istifadə edə bilər. Biz elə etməliyik ki, vətəndaşlarımız xarici ölkələrə investisiya yatırımı etməsin. İnsanlar əlindəki pulu ölkəmizdə hansısa biznes sahəsinə yönəltməlidir”.

Millət vəkili bildirib ki, problemli kreditlərin azalması üçün kreditlərin strukturuna baxmaq lazımdır. Lazım gələrsə bəzi güzəştlərə gedilməlidir: “Əgər kredit götürən şəxsin vəsaiti geri qaytarmaq qabiliyyəti sıfıra bərabərdirsə, onun heç bir mülkü yoxdursa ona güzəştə getmək lazımdır. Siyahını artırmaqla Azərbaycan üçün heç bir müsbət nəticə əldə etməyəcəyik. Beynəlxalq maliyyə qurumlarına verilən hesabatlarda 1,4 mlrd. kredit olduğunu bildirmək Azərbaycanın maliyyə imici üçün də mənfi haldır. İlbəil problemli kreditləri artıra-artıra hara gedirik? Bunun qarşısını almaq üçün konkret addımlar atılmalıdır. Bəzi kreditlərin silinməsi və ya güzəştlərin edilməsi lazımdır”.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!