Baş prokuror Çinə səfər edib .....                        Bakıda 2 nəfər dəm qazından öldü .....                        Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                       
Tarix : 8-01-2016, 15:45
Neftin beynəlxalq inhisarçılıq predmetinə çevrilməsində OPEK-in rolu

BVF: Orta Şərq ölkələrinin aşağı neft qiymətləri səbəbi ilə qarşılaşdıqları zərər 360 milyard dolları keçib

Sənaye inqilabından başlayaraq neftin qiyməti və hasilatı dünyada böyük siyasi dəyişikliklərə səbəb olub və bu proses indi də davam edir. Xüsusilə də siyasi kataklizmlər zamanı “qara qızıl” həm də təsir rıçaqına çevrilib və hazırda da bunun şahidi oluruq. Əslində isə neftin əhəmiyyətini artıran amil onun əsas enerji daşıyıcısı rolunda çıxış etməsidir. Təsadüfi deyil ki, dünyada ilk dəfə neft hasilatında inhisarçılıq yaratmaq məqsədi ilə 1870-ci ildə Con Rokfeller “Standart Oil” şirkətini yaratmışdı və 5 il sonra ABŞ neft bazarının 90 faizinə nəzarəti edirdi. Bunun ardınca neft yataqları uğrunda aparılan Birinci Dünya müharibəsi və bunun ardınca 1918-ci ildə dünyada ilk dəfə Sovet Rusiyasında neft şirkətlərinin milliləşdirilməsi, İkinci Dünya müharibəsində tərəflərin strategiyasının başında “qara qızıl” yataqlarına nəzarəti ələ keçirtmək planları olması neftin geosiyasi əhəmiyyətinin nə dərəcədə olduğunu hələ ötən əsrin birinci yarısına qədər olan dövrdə ortaya qoyurdu.
Dünyanın əsas neft ehtiyatlarının cəmləşdiyi ölkələrin -Səudiyyə Ərəbistanı və Venesuelanın energetika nazirlərinin iqtisadi inkişafın sürətləndirilməsi və beynəlxalq inhisarlardan müdafiə məqsədi ilə 1960-cı ildə Bağdad konfransında neft ixrac edən ölkələrin təşkilatını (OPEK) yaratmaqları və üzv ölkələrin sayının artırılması da neft uğrunda müharibədə yeni mərhələnin əsasını qoymuş oldu. Bununla da böyük həcmdə neft idxal edən ölkələrin ucuz qiymətlərlə xam neft alıb əvəzində yüksək qiymətlərlə hazır əmtəə satışı ilə bağlı təzyiqləri azalsa da, OPEK-in sabit qiymət tətbiqi uzun müddət davam etmirdi. Xüsusilə də Ərəb-İsrail (1973) müharibəsində İsraili dəstəklədikləri üçün ABŞ, Portuqaliya, Niderland, Cənubi Afrika Respublikasına neft satışına qoyulmuş qadağa və İran inqilabından (1979) sonra hasilatın azaldılması, “Brend”markalı neftin bir barrelinin qiymətinin 1986-cı ildə 8,75 dollara qədər enməsi və ən əsası isə neftdən asılı olan iri dövlətlərin təzyiqi nəticəsində OPEK-i sabit qiymət tətbiqini dayandırdı və neft bazarında itirdiyi bazar payını yenidən qazanmaq üçün qiymətləri endirdi. Bu addım eyni zamanda, keçmiş SSRİ ilə “soyuq” müharibə aparan ABŞ-ın hər tərəfli maraqlarına xidmət etmiş oldu və sosialist ölkəsinin süqutunu sürətləndirdi.
Məhz bundan sonra neft idxalçısı olan iri dövlətlərin maraqlarından asılı olan OPEK Asiyada iqtisadi böhranın başlamasını səbəb gətirərək hasilatın miqdarını 10 faiz yüksəltməyi 1998-ci ilin sonunda “Brend” markalı neftin qiymətini 10 dollardan da aşağı salmışdı.
OPEK-in dünya güclərinin iradəsinə uyğun olaraq addımlar bununla bitmir. Dünyanın ən böyük iqtisadiyyatı və ən böyük enerji istehlakçısı ABŞ-da 11 sentyabr hadisəsi də neft qiymətinin aşağı düşməsi ilə nəticələndi. ABŞ və onun müttəfiqlərinin İraqı işğal etməsi ilə neft bazarında neftə olan tələb gündəlik 2,5 milyon barrel azaldı. Ancaq artan tələb 2003-2004-cü illərdə neftin qiymətini canlandırmağa nail oldu və bu proses 2008-ci ilin ilk günlərində xam neftin bir barrel qiyməti ilk dəfə 100 dollar sərhəddini keçməsi ilə nəticələndi. Artıq 2008-ci ilin iyul ayında qiymət 147,27 dollarla bütün dövrlərin ən yüksək səviyyəsinə qalxmışdı. Qlobal iqtisadi böhran ilə neftin qiyməti 147,27 dollardan 2008-ci il dekabr ayında 32,4 dollara qədər endirildi. Nəticədə dünya neft bazarı 2009-cu ilin 1-ci yarısında qlobal böhran səbəbilə ən aşağı səviyyəyə düşmüşdür. Bu elə bir səviyyədir ki, bundan sonra o yalnız qalxa bilərdi və qalxdı da...

Sonrakı illərdə “Ərəb baharı”nda müqavimət görməyən ABŞ-ın Ukraynada Rusiyanın fəal müdaxiləsi ilə üz-üzə qalması onu neft “kartı”na əl atmasına imkan yaratdı. OPEK hasilatı artırmaq qərarı verdi və yaxın zamanlarda da kvotanın azaldılması inandırıcı görünmür. Təşkilat daxilində fikir ayrılıqları, gizli sövdələşmələr OPEK-i ancaq üzv olmayan ölkələrə əhəmiyyətsiz tövsiyyələri ilə yadda qalır. Nəticədə neftin 2014-cü ilin iyun ayından bəri davam edən enişi hazırda 36-40 dollar arasında dövr edir. Bu isə əsl məqsədi inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafını təmin etmək və onları beynəlxalq inhisarlıqdan qorumaq olan OPEK-in hazırda böyük dövlətlərin alətinə çevrildiyini deməyə əsas verir. Üstəlik ABŞ-ın 40 ildən sonra xam neft satışına dair qadağanı ləğv etməsi, İrana qarşı sanksiyaların aradan qaldırılması qiymətin yeni psixoloji həddə uyğunlaşmasına xidmət etdiyi də açıq-aydın ortadadır. Xam neft istehlakının dörddə üçünü idxal hesabına ödəyən ABŞ-ın qiymətlərə təsir edəcək miqdarda neft ixrac etməsi, eləcə də uzun müddətdən bəri sanksiyalar ucbatından neft hasilatını minimuma endirən İranın da qısa zaman ərzində bazara böyük həcmdə “qara qızıl” çıxarmaqla bağlı məlum bəyanatları məhz psixoloji məqsəd daşıyır.
Bu arada OPEK-də daxilində verilən qərarlara böyük təsir imkanı olan Səudiyyə Ərəbistanın üzünə Avropanın neft emalı zavodların qapılarının taybatay açılması da onu iflasdan qurtara bilməyəcəyi deyilir. Belə ki, Beynəlxalq Valyuta Fondu (BVF) Səudiyyə Ərəbistanını neft gəlirlərinin sürətlə aşağı düşdüyü bir zamanda xərclərini məhdudlaşdırmayacağı təqdirdə iflas edə biləcəyi barədə xəbərdar edib.
Qurumun son hesabatına əsasən, xüsusilə Orta Şərq ölkələrinin aşağı neft qiymətləri səbəbi ilə qarşılaşdıqları zərər 360 milyard dolları keçib. Bu baxımdan ən çox zərər edən ölkələrin siyahısında isə Səudiyyə Ərəbistanı birincidir. Ölkənin bu il təxminən 73 milyard dollar zərər etdiyini deyən BVF neftdə enmənin bu sürətlə davam etməsi şəraitində Səudiyyə Ərəbistanının yaxın 5 ildə iflas edə biləcəyini açıqlayıb. Məlumatlara görə, Səudiyyə Ərəbistanının neftdə enmə başlamadan öncə 750 milyard dollarlıq valyuta ehtiyatı olub. Avqust ayının məlumatına əsasən, valyuta ehtiyatları artıq 654 milyard dollara düşüb. Hazırda 800 milyard dollarlıq ümumi daxili məhsul istehsal edən ölkədə əhalinin gəlirlərinin 90 faizi neft satışı ilə bağlıdır.

Ceyhun Piriyev


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!