Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 17-10-2016, 12:33
"Bank VTB (Azərbaycan)" əmanət faizlərini artırıb


"Bank VTB (Azərbaycan)" manat əmanətləri üzrə faiz dərəcəsini artırıb.

Butov.az xəbər verir ki, Bankdan "APA-Economics"ə verilən məlumata görə, indi "Sərfəli" əmanəti üzrə maksimal faiz dərəcəsi 17% təşkil edir.

Yeni şərtlərə əsasən, müştərilər 6, 12 və ya 24 ay müddətinə depozit hesabı aça bilər. Faizlər aylıq və ya depozit müddətinin sonunda ödənilir. Əmanətin minimal məbləği əvvəlki kimi 100 manat təşkil edir.

Faiz dərəcəsi faizlərin ödənilməsi şərtlərindən və depozitin müddətindən asılı olaraq dəyişir. Faizlər hər ay ödənildikdə illik faiz dərəcəsi 13-15,8% təşkil edir. Vəsaitlər depozit müddətinin sonunda verildikdə faizlər 14-17% arasında dəyişir. Faiz dərəcəsinin artırılması "Bank VTB (Azərbaycan)"-ın müştərilərinə əmanətlərini sərfəli şərtlərlə yerləşdirməyə imkan verəcək.

1 sentyabr 2016-cı il tarixinə bankın depozit portfelinin artımı ötən ilin göstəricisi ilə müqayisədə 37% təşkil edib ki, bu da rahat və əlverişli bank xidmətlərinin mövcudluğundan irəli gəlir və əmanətçilərin yüksək etibarından xəbər verir.

“Sərfəli” əmanətinin bütün şərtləri ilə bankın saytından tanış olmaq mümkündür: http://ru.vtb.az/personnel/depositspersonnel/depozit-viqodniyy.php

"Bank VTB (Azərbaycan)" ASC "VTB Bank" ASC-nin törəmə bankıdır. "Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarları: "VTB Bank" ASC və "AtaHolding" ASC-dir. "Bank VTB (Azərbaycan)" ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!