Dünyanın ən yaxşı bacısı .....                        Dünya səyyahları Füzulidə .....                        Putin İlham Əliyevə təşəkkür etdi .....                        Polis gücləndirilmiş iş rejiminə keçdi .....                        Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI .....                        Kəlbəcər və Laçına qar yağır .....                        Masallıdakı qəzada yaralananların son durumu .....                        Naxçıvana qar yağır .....                        Bakı-Şamaxı yolunda qəza - Yol bağlandı .....                       
Tarix : 6-04-2017, 12:00
Bank filialları ləğv edildi

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 5 aprel 2017-ci il tarixli qərarına əsasən “Bank VTB” (Azərbaycan) ASC-nin “Azadlıq” və “Sumqayıt” filialları və “NİKOYL İKB” ASC-nin “Masallı” filialına verilmiş icazələr ləğv edilib.

Butov.az xəbər verir ki, palatadan Teleqraf.com-a verilən məlumata görə, banklar müraciətlərində sözügedən filialların bağlanmasına səbəb olaraq xərclərin optimallaşdırılmasını qeyd edib.

Direktorlar Şurası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2.9-cu və 17.3-cü maddələrini, eləcə də MBNP-nin Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq Bank VTB (Azərbaycan) ASC-nin “Azadlıq” filialının 01.08.2014-cü il tarixli №162/9 saylı və “Sumqayıt” filialının 05.11.2014-cü il tarixli №162/13 saylı icazələrini, həmçinin “NİKOYL” İKB ASC-nin “Masallı” filialının 25.06.2014-cü il tarixli 203/19 saylı icazəsini ləğv edib.

Direktorlar Şurasının iclasında həmçinin “Azərpoçt” MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş icazəsinin ləğvi ilə bağlı müraciətə baxılıb və müsbət qərar qəbul edilib.

MBNP “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 13-4.5.4-cü maddəsinə əsasən “Azərpoçt” MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş 26.08.2010-cu il tarixli 1-MO/Ş-149 saylı icazənı ləğv edib.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!