Tarix : 24-01-2014, 12:52
 
 
Butov.az Daxili İşlər Nazirliyinin saytına istinad edərək məlumat  verir ki, Lənkəran  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Sütəmurdov kəndinin ərazisindən 4 ədəd “TM-62” markalı tank əleyhinə mina, 80 ədəd patron və 3 ədəd mərmi başlığı tapılaraq zərərsizləşdirilib. 
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Sahil küçəsindəki məişət tullantıları sahəsindən “Naqan” tipli tapança, 9 ədəd patron darağı, 3 ədəd tüstüverici şaşka və 121 ədəd müxtəlif çaplı patron tapılıb.
 
 Paylaş
  Bölmə: Kriminal / Karusel / Xəbər lenti