Tramp Çin lideri ilə danışıqlar apardı .....                        Azərbaycanla Slovakiya birgə silah istehsal edə bilər .....                        Ərdoğan Orbanla 16 saziş imzaladı .....                        Zelenski Prezident Aparatının rəhbəri postuna namizədlər irəli sürdü - ADLAR .....                        İlham Əliyev həmkarını Azərbaycana dəvət etdi .....                        Zelenski Avropa liderləri ilə bir arada .....                        Prezidentlər “Azadlıq Qapısı” abidəsini ziyarət etdi - FOTO .....                        Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalandı .....                        Azərbaycan Slovakiya ilə dostdur .....                       
Tarix : 15-03-2017, 10:09
Çaydan meyiti tapılan qadın öldürülübmüş

Qaxda 4 gün əvvəl çayda meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub, qatil həbs edilib.
Butov.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Qax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-i Qax rayonu Əlibəyli kənd inzibati ərazisində çaydan meyiti tapılan Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnar Çingiz qızı İbrahimovanı Yevlax şəhər sakini, 1969-cu il təvəllüdlü Mail Turan oğlu Məmmədovun öldürdüyü müəyyənləşib.

Mail Məmmədov Yevlax şəhər ərazisində tutularaq, istintaqa təhvil verilib.

Məlum olub ki, əvvəllər qonşu Rusiya dövləti ərazisində cinayət törətdiyi üçün məhkumluq həyatı yaşayan Mail Məmmədov mart ayının 8-i Gülnar İbrahimova ilə birlikdə Yevlax rayonu Xanabad kəndi ərazisində fəaliyyət göstərən yeməkxanalardan birində yeyib içən zaman aralarında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Bu zaman Mail Məmmədov Gülnara bir-neçə sillə vurub. Sərxoş vəziyyətdə olan Gülnar sillənin təsirindən özünü itirib. Mail Məmmədov hadisənin izini itirmək üçün Gülnarı Qax rayonuna gətirərək Əlibəyli kənd inzibati ərazisindən axan çaya tullayıb. Gülnar İbrahimova çaya atılan zaman huşu özündə olmayıb, o, suda boğularaq ölüb.

Faktla bağlı Qax rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.


Paylaş



Bölmə: Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!