Putin Pezeşkiana başsağlığı verdi .....                        53 vətəndaşımız İrandan təxliyə edildi .....                        Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur .....                        İranda minlərlə hədəfi vuracağıq - Netanyahu .....                        Azərbaycan və İran XİN başçıları telefonla danışdı .....                        Xameneinin yerinə o təyin olundu .....                        Xamenei kim idi - DOSYE .....                        İran Hörmüz boğazını açdı .....                        Bu ölkələrin vətəndaşları Azərbaycana təxliyə olundular .....                       
Tarix : 13-04-2015, 16:35
Milli İstiqlal partiyası seçkilərdə iştirak edəcək

Etibar Məmmədov seçkilərdə iştirak qərarı verdi.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının (MŞ) iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, MŞ-nın gündəliyinə Təşkilatı məsələ, ölkədəki ictimai-siyasi vəziyyətin müzakirəsi, Milli Məclisə 2015-ci ilin noyabrında keçiriləcək seçkilərdə iştirak, AMİP növbəti XI qurultayının çağrılması ilə bağlı məsələlər daxil idi.
İclasda ilk olaraq AMİP Lideri Etibar Məmmədovun 60 illik yubileyi ilə əlaqədar Mərkəzi Şura adından təbrik məktubu səsləndirilib.
Təşkilatı məsələ ilə əlaqədar AMİP Siyasi Şurasında vakant olan yerlərə namizədlər irəli sürülmüş və səs coxluğu ilə Xanmirzə Məlikəliyev, Yəhya Həsənov, Əli Oruclu və Afsəddin Nəbiyev AMİP SŞ üzvləri seçiliblər.
Ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı AMİP sədri Yusif Bağırzadə siyasi məruzə ilə çıxış edib.
İclasda Milli Məclisə seşkilərdə partiya olaraq iştirak etmək barədə ilkin qərar qəbul edilib və seçkiqabağı demokratik mühitin formalaşması, seçkilərə nəzarətin birgə təşkili, bəzi seçki dairələri üzrə daha şanslı namizədlərin müdafiəsi və sair məsələlərlə əlaqədar digər partiyalarla müzakirələr aparılması və əməkdaşlıq barədə sazişlərin imzalanması məqsədəmüvafiq hesab edilib. Mərkəzi Şura AMİP Nizamnaməsinə müvafiq olaraq bu kimi məsələlərlə əlaqədar qərar verilməsi barədə partiyanın Siyasi Şurasına əlavə səlahiyyətlər verib.
Daha sonra AMİP-in növbəti XI Qurultayının çağırılması ilə bağlı məsələ müzakirə edilib və Siyasi Şurada AMİP Baş Katibi Arzuxan Əlizadənin rəhbərliyi ilə Qurultayın Keçirilməsi Üzrə Təşkilat Komitəsinin formalaşdırılması barədə qərar qəbul edilib.
Sonda ölkədəki ictimai-siyasi vəziyyət və digər müzakirə olunan məsələlərlə əlaqədar AMİP Mərkəzi Şurasının Qətnaməsi qəbul edilib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!