Britaniyadan razı qalmadım - Tramp .....                        Torpaq çərşənbəniz mübarək! .....                        İrandakı müharibə nə vaxt başa çatacaq? .....                        İran Avropa ölkəsini təhdid etdi: cavab verəcəyik! .....                        Bakı metrosunda YENİ QADAĞA .....                        Avropa Birliyi Ermənistana xüsusi qrup göndərir - Rusiyaya qarşı .....                        İranda öldürülən növbəti general .....                        ABŞ səfirliyinə hücum - partlayışlar olub .....                        Müctəba Xamenei sağdır, yoxsa ölüb? - Trampdan müəmmalı açıqlama .....                       
Tarix : 14-09-2015, 08:46
Konsulluq əməkdaşının siyasi sığınacaq istədiyi təsdiqləndi


Butov.az Lent.az-a istinadən nəzərinizə çatdırır ki, Azərbaycanın Niderlanddakı səfirliyinin konsulluğunun keçmiş əməkdaşı Nahid Cəfərovun Azərbaycana qayıtmaqdan imtina etməsi və Niderlanddan siyasi sığınacaq istəməsi barədə məlumat yayılması barədə xəbər vermişdik.

Keçmiş diplomat Arif Məmmədov “facebook”dakı səhifəsində yazdığı statusda N. Cəfərovun Niderland Krallığından sığınacaq istədiyini təsdiqləyib.

O qeyd edib ki, N. Cəfərov Azərbaycan Diplomatik Akademiyasının və Avropa Təhlükəsizliyi üzrə Genevrə Mərkəzinin məzunu olub, onlar 2012-ci ildən tanış olublar: “Nahidlə birgə Azərbaycanda insan hüquqlarının bərpası fonunda qərb dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini özündə əks etdirən plan üzrə çalışırdıq”.

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Niderlanddakı səfirliyində konsulluq işləri üzrə əməkdaşın ölkəyə gəlməkdən imtina etməsi və Niderlanddan siyasi sığınacaq istəməsi məsələsinə aydınlıq gətirib.

APA-nın sorğusuna cavab olaraq XİN-nin Mətbuat xidmətindən bildiriblər ki, Xarici İşlər Nazirliyi sistemində belə bir adam işləmir.

“Xarici işlər naziri Elmar Məmmədyarovun KİV-ə 9 sentyabr 2015-ci il tarixli açıqlamasında bütün bu kimi məsələlərə münasibət bildirilib”,- deyə açıqlamada qeyd olunur.

Xatırladaq ki, E. Məmmədyarov sözügedən açıqlamasında bütün dövlət qurumlarında olduğu kimi Xarici İşlər Nazirliyində də tutduğu vəzifəsindən asılı olmayaraq qanunun tələblərini, dövlət qulluqçusunun etik davranış qaydalarını pozan, əqidəsinə xilaf olan, fəaliyyətində nöqsanlara yol verən və diplomat adına ləkə gətirən əməkdaşlara qarşı qanunla müəyyən olunmuş qaydada ən sərt intizam tədbirlərin görülduyunu və bundan sonra da görüləcəyini bildirib.

“Prezidentin apardığı uğurlu xarici siyasət kursundan narahat olan dairələr bilməlidir ki, xarici işlər nazirliyində və xaricdəki, o cümlədən dünyanın ən qaynar bölgələrindəki diplomatik nümayəndəliklərimizdə cənab Prezidentimizin bütün tapşırıq və göstərişlərini layiqincə yerinə yetirən, dövlətçiliyə sədaqətli kifayət qədər peşəkar diplomatlarımız xidmət edir”, - deyə E. Məmmədyarov əlavə edib.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!